Ağdamda ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülüb
Ağdam rayonu ərazisində polis əməkdaşlarının aidiyyəti qurumlarla birgə keçirdiyi tədbirlərlə ətraf mühitin çirklənməsi halları aşkarlanıb. Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən bildirilib. Sanitariya-gigiyena qaydalarının təmin olunması məqsədilə müvafiq işlər görülüb, həmin ərazilər təmizlənilib. Polis əməkdaşları tərəfindən rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması məqsədi ilə il ərzində 103 protokol tərtib olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxunub: 2 194
Xəbəri paylaş
Paylaş: