Leysan 200 illik məscidi uçurdu
Nigerdə leysan yağışlar nəticəsində 200 illik məscid uçub Mediaxeberleri.Az xəbər verir ki, bu varədə “Le Figaro” qəzeti məlumat yayıb. Məlumata görə, Zinder şəhərində tikilmiş ən qədim məscidlərdən biri ölkədə yağan güclü yağışlar nəticəsində yararsız hala düşüb. Nəşr aydınlaşdırır ki, bu məscid ölkənin ikinci böyük şəhəri olan Zinder sakinləri üçün dini simvol kimi böyük əhəmiyyət kəsb edirdi. “Yüz illərdir ki, möminlər namaz qılmaq üçün çox vaxt uzaq məsafələrdən buraya gəlirlər”, - deyə yerli dini lider Əl-Həcc Mənsur Kakale deyib. Yağışlı mövsümün səbəb olduğu daşqınlar Nigerdə üç ayda 217 nəfərin ölümünə, daha 200 nəfərin yaralanmasına səbəb olub. Təbii fəlakət səbəbilə 350 mindən çox ölkə sakini müxtəlif ziyanlarla üzləşib.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: