Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur
- 3-09-2024, 08:09
- 1 146
Mütəxəssislər uyğun vaxt və temperaturda qaynadılmadan bağlanan turşuların ciddi xəstəliklərə səbəb ola biləcəyini bildirib.
Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, paslanmış qablarda turşuların qaynadılması qadağandır. Qaydalara əsasən, şüşə qablar 15-20 dəqiqə qaynadılaraq sterilizasiya olunmalı və qapaqları yenilənməlidir.
Əks halda turşuların tərkibində yaranan botulinum bakteriyası ağır qida zəhərlənməsinə səbəb ola bilər.
Botulizm toksini 80 dərəcədə 10-30 dəqiqə və ya 100 dərəcədə 10 dəqiqə qaynadılmaqla məhv edilsə də, uyğun olmayan şəraitdə saxlanılan qidalarda çoxalır.
Комментарии (0)