Bakını şollar suyu ilə təmin etmək mümkündürmü?
Paytaxtda şollar suyu probleminin nə zaman həll ediləcəyi maraq mövzusuna çevrilib. Mediaxeberleri.Az vaxtilə adına Hacı Zeynalabdinin şollar kəməri deyilən boru xəttinin taleyi ilə maraqlanıb. Məsələ ilə bağlı tarix elmləri doktoru Fərhad Cabbarov bildirib ki, hər nə qədər paytaxta bu suyun çəkilməsi Hacının adı ilə bağlı olsa da, onun bu məsələdə rolunu heç də müstəsna rol adlandırmaq olmaz. Bir sözlə, bakılıların hər içəndə hacının ruhuna rəhmət oxuduğu şollar suyunun indi sadəcə adı qalıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinin sədrinin müşaviri Aydın Abbasovun sözlərinə görə, Bakı şəhərinin su təchizatı üçün dövlət proqramları hazırlanır. O qeyd edib ki, Bakıda ehtiyat su anbarlarının işləməsi proqramı üzərində də aidiyyəti qurumlarla iş aparılır. Ətraflı videomaterialda: