Məşhur meyxanaçının səhhəti pisləşdi - FOTO
Meyxanaçı Xəyyam Əhmədlinin səhhəti yenidən pisləşib. Mediaxeberleri.Az olay-a istinadən bildirir ki, bu haqda aparıcı və aktyor Elcan Rəsulov məlumat yayıb. Elcan Xəyyamın təcili tibbi yardımla xəstəxanaya aparıldığı an çəkdiyi görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. Rəsulov qeyd edib ki, Əhmədlinin 15 min dollarlıq aparata ehtiyacı yaranıb: "Xəyyamın vəziyyəti yenə də ağırlaşıb. Bu dəfə isə heç əməliyyat da etmək olmaz. Meyxanaçı hansısa bir aparata qoşulmalıdır. O da 15 min dollardır". Qeyd edək ki, meyxanaçı Xəyyam bir müddət əvvəl ürək şikayətləri ilə təcili xəstəxanaya yerləşdirilmişdi. O, 2018-ci ildə ürəyindən anju olunmuşdu.
Oxunub: 1 911
Xəbəri paylaş
Paylaş: