Bu şəxs Mirzə Babayevin adı ilə dələduzluq edir - Foto
Mərhum xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev sosial şəbəkə vasitəsilə ictimaiyyətə müraciət edib. Mediaxeberleri.Az xəbər verir ki, E.Babayev tanımadıqları bir şəxsin babasının adından istifadə edərək, dələduzluqla məşğul olduğunu bildirib. “Artıq bir neçə ildir, aşağıdakı şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək, insanlardan müxtəlif formalarda yararlanır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s. Təəssüf ki bu məlumatlar mənə postfaktum çatır və bu dələduz eyni yerə 2-3 dəfədən çox getmir. Sonuncu dəfə srağagün “20 Yanvar”dakı “Bravo”da tanış bir xanımla şəkil çəkdirib. Adam özü ilə Mirzə Babayevin şəkilini gəzdirir, sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki, Mirzə Babayeva oxşasın. Onu görən olsa xahiş edirəm hansısa bəhanə ilə ya onun nömrəsini oyrənsin, ya da səhərisi gün eyni yerdə görüş təyin edib mənə məlumat versin”.