Deputatlığa namizədin vəkili: “Azər Əmiraslanov bizim bölgənin carçısı olaraq problemlərin həllində bilavasitə kömək olacaq”
108 saylı Ağstafa Seçki dairəsindən deputatlığa namizəd Azər Əmiraslanov bu dəfə Aşağı Göycəli kənd kənd sakinləri ilə görüşdü. Mediaxeberleri.Az-ın məlumatına görə, öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 200 nəfərdən artıq seçicinin iştirak etdiyi görüşdə namizədin tərcümeyi halı və platforması təqdim edildikdən sonra çıxışçılara söz verildi. Namizədin vəkili Şəfəq Cəlilova qeyd etdiki, bir millətin vəkili olmaq həmdə həmin bölgənin səsi olmaq deməkdir. Məhz Azər Əmiraslanov o namizədlərdəndir ki, öz böyük təcrübəsi ilə Ağstafanın səsi olacaq. Namizəd Azər Əmiraslanovun və digər vəkili Vüqar Kərimovun çıxışlarından sonra İsə seçicilərin müraciət və təklifləriləri dinlənildi,müvafiq qeydiyyat aparıldı.