Bərdədə dörd yaşlı uşaq həkim səhlənkarlığından ölüb? - İDDİA
Bərdədə dörd yaşlı uşaq dünyasını dəyişib. Rayon sakini Əli Bayramovun evdə tibbi müdaxilədən sonra vəziyyəti pisləşib. Mərhumun nənəsi həkimin nəvəsinə kömək etmədiyini iddia edib: "Həkim uşağa yardım etmədi, dedi ki, resept yazıram, get evə, sistem al, qoşdur. Burada Ülviyyə adlı tibb bacısı var, gəlib birdəfəlik uşağa sistemi qoşub. Uşaq həmin an şoka düşüb və ölüb. Qızdırması olub, amma hərarətini ölçməmiş sistem qoşublar." Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. Ətraflı Baku TV-nin süjetində: Bərdədə dörd yaşlı uşağın iynə vurulduqdan sonra ölməsi ilə bağlı rəsmi açıqlama verilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci il təvəllüdlü uşaq avqustun 13-ü saat 22 radələrində aqonal vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gətirilib. "Aparılan reanimasiya tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb. Saat 22:58-də ölüm faktı qeydə alınıb. Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq", - deyə məlumatda qeyd olunur. Məhərrəm Əliyev Bərdədə dörd yaşlı uşaq evdə vurulan iynədən ölüb. Mediaxeberleri.Az xəbər verir ki, rayon sakini, 2020-ci il təvəllüdlü Əli Bayramov evdə olan zaman vurulan iynədən vəziyyəti pisləşib. Valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Əli Bayramov xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.