Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"İrəvan xanlığının unudulmuş mətbəx xəzinələri" adlı buraxılışda Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov İrəvan xanlığının unudulmuş mətbəx xəzinələrindən söz açıb.
O bildirib ki, İrəvan mətbəxi saray və köçəri ənənələrinin qovuşuğudur: "Azərbaycan mətbəxi xəritəsi xörəklərin dili ilə danışan xalçadır. Torpağa qayıdan xalq mətbəxini də geri gətirir".
Əməkdar mədəniyyət işçisi köçəri mətbəxindən oturaq mətbəxə keçidin xüsusiyyətləri, paxlava, şəkərbura, şilə plovu, İrəvan kətəsi, tutmaç, buğraç, xəngəl ənənələri və türk dünyasında yayılma xəritəsindən söz açıb.
T.Əmiraslanov İrəvan mətbəxinin sirrləri və tarixçəsi, eləcə də paxlavanın niyə saraylarda yaranmasına aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Hun türk etnonimindən yaranan yaşayış məskəni" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə erməni saxtakarlığına və addəyişmə siyasətinə məruz qalan Aşağı Türkmənli, Aşağı Xatınarx, Aşağı Xotanan, Aşağı Hunud və Aşağı Çanaxçı toponimləri haqqında məlumat verilib.
Bildirilib ki, indiki Ermənistan ərazisindəki toponimlərin əksəriyyətinin Azərbaycan mənşəli olması danılmaz faktdır.
Aşağı Türkmənli - Karpibasar mahalının Üçkilsə (sonradan Eçmiədzin) rayonunda yerləşən kənd olub. 1935-ci ildə kəndin adı Musagyuğ, yəni Musakənd olaraq dəyişdirilib.
Aşağı Xatınarx - Karpibasar mahalının Üçkilsə (sonradan Eçmiədzin) rayonunda kənd adıdır. 1670-1680-ci illərdə Çuxur-Səd bəyləribəy Səfixanın Qarasu çayından çəkdirdiyi arxın kənarında, həyat yoldaşı Xatın tərəfindən kənd salınıb və ona Xatınarx adı verilib. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamış, 1828-1829-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb. 1978-ci ildə kəndin adı Qay olaraq dəyişdirilib.
Aşağı Xotanan - Zəngəzur mahalının Qafan rayonunda kənd olub. Adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib.
Aşağı Hunud - Şəmşəddil mahalının Şəmşəddin rayonu ərazisində qışlaq adıdır. 1930-cu ildə ləğv edilib.
Aşağı Çanaxçı - Vedibasar mahalının Vedi (sonradan Ararat) rayonunda kənd olub. XX əsrin əvvəllərində ləğv edilib.
Sonda vurğulanıb ki, Qərbi Azərbaycanda erməni saxtakarlığına məruz qalan kəndlərin tarixi, deportasiya faktları və toponimlərin etimologiyası bu ərazilərin türklərə məxsus olduğunu sübut edir:
"Təbii ki, bu torpaqlar yalnız coğrafi məkan deyil, həm də Azərbaycan xalqının mədəni və tarixi kimliyinin ayrılmaz hissəsidir".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi tarixçi Şahlar Hacıyev olub.
O, Qərbi Azərbaycanın Göyçə mahalından söhbət açıb. Bildirib ki, Göyçə mahalı 1988-ci ilə kimi azərbaycanlıların kompakt yaşadığı ərazi olub. Göyçə mahalı tarixi mənbələrdə adı dəfələrlə qeyd edilən Göyçə gölünün sahilləri boyu geniş ərazini əhatə edir. Bu coğrafi ərazi tarixən türk tayfalarının yaşayış məskəni olub. Hətta Urartu mənbələrində belə, Göyçənin adı çəkilib.
Tarixçinin sözlərinə görə, Oğuz türklərinin əcdadı sayılan Oğuz xanın məzarının Göyçə gölü ətrafında olması da bu qədim yurdun əzəli sakinlərinin kimliyindən xəbər verir. Bəzi tarixi mənbələrdə isə Göyçə müqəddəs insanların məkanı kimi təqdim olunub.
Ş.Hacıyev Göyçədə xristian türklərə aid çoxsaylı abidələrin olmasına diqqət çəkib. Deyib ki, ərazidə xaç daşların, alban kilsələrinin sayı-hesabı yoxdur. Amma bu abidələri indiki ermənilərlə heç cür əlaqələndirmək olmaz. Tarixçinin qənaətincə, hətta ermənilərin bu gün iddia etdiyi Kilikiya Məlikliyini də vaxtilə xristian türklər yaradıb.
Tarixçi vurğulayıb ki, bir neçə millətin qarışığından əmələ gələn ermənilər hazırda bu tarixə, abidələrə, mədəniyyətə sahib çıxmağa, ən müxtəlif vasitələrlə onları özününküləşdirməyə, saxtalaşdırmağa çalışırlar. Halbuki hayların XIX əsrə qədər tarixi, mədəniyyəti olmayıb. Bu etnik qrupa uydurma tarixi, süni dövləti ingilislər və ruslar yaradıblar. Göyçə gölü ətrafında arxeoloji qazıntılar zamanı üzə çıxan Ərtaşın sınır daşları üzərindəki tarixi yazılar bir daha sübut edir ki, bu torpaqların, ümumiyyyətlə Ərməniyyə deyilən ərazinin indiki ermənilərə aidiyyəti yoxdur.
Ş.Hacıyev sonda ermənilərin Azərbaycan türklərinə qarşı dəyişməyən münasibətinə toxunub. Qeyd edib ki, ermənilər tarix boyu, elə indinin özündə də uşaqlarını türklərə qarşı nifrətlə böyüdür, beyinlərini zəhərləyirlər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Baku TV bir çoxlarının bilmədiyi, indiyədək ziyarət etmədiyi tarixi məkan - orta əsrlərə aid Səngəçal karvansarası haqqında reportaj hazırlayıb.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin sözlərinə görə, karvansara Azərbaycanın orta əsrlər dövrü tarixini və memarlığını öyrənmək üçün mühüm tarixi obyektlərdən biridir:
"Bunu Şirvanşahlar dövlətinin çiçəklənmə dövrünün ən yaxşı nümunələrindən biri də hesab edə bilərik. Çünki burada gördüyünüz ərəb əlifbası ilə yazılmış kitabə abidənin Şirvanşah I Xəlilullahın dövründə, daha dəqiq desək, 1439-1440-cı illərdə inşa olunduğunu göstərir".
Fariz Xəlilli bildirib ki, hazırda baxımsız vəziyyətdə olan abidədə sovet dövründə bərpa işləri aparılıb:
"Bu, 1950-ci, eləcə də 1980-ci illərə təsadüf edir. XV əsrin memar və mühəndisləri karvansaranı möhtəşəm tiksələr də, XX əsrin memar və mühəndisləri onu çox zəif bərpa etdikləri üçün onların səhvləri nəticəsində abidədə aşınmalar yaranıb. Mən bir mütəxəssis kimi bu abidənin bərpasının deyil, konservasiya olunmasının tərəfdarıyam. Bu, çox böyük vəsait də tələb etmir".
Son zamanlar mediada tez-tez iddia olunur ki, Cənubi Qafqaz ölkələri ilə bağlı məsələlərlə hazırda Rusiya Prezident Administrasiyasında mühüm mövqe tutan Sergey Kiriyenko məşğul olur. Bu ad mənə ötən illərdən tanışdır, daha dəqiq desəm, 1998-ci ildə Ukraynanın Krım bölgəsində keçirilən MDB sammitindən.
O zaman Azərbaycan hökumətində ən gənc nazir idim. Kiriyenko isə təzəcə Rusiyanın Baş naziri təyin olunmuşdu. Sammitə də Boris Yeltsin əvəzinə məhz o qatılmışdı. Gənc, arıq, bir az çəkingən, lakin özünü göstərməyə çalışan bir insan təsiri bağışlayırdı.
Ukrayna Prezidenti Leonid Kuçmanın adından təşkil olunan rəsmi qəbul mərasiminə getmək üçün biz — nümayəndə heyətləri "Brejnev evi" deyilən iqamətgahın qarşısında toplaşmışdıq.
Buranın özünəməxsus tarixi vardı: Stalinin və hətta çar II Nikolayın da yay iqamətgahları eyni yolun üstündə yerləşirdi. Brejnevin iqamətgahının isə maraqlı özəlliyi vardı — desert zamanı şüşə panellər açılır və qonaqlar özlərini bir anda meşənin içində hiss edirdilər.
Amma əsas hadisə bu idillik detallardan əvvəl baş verdi.
Kiriyenko gözlənilmədən tədbir meydançasına gəldi. Gənc və cəld, lakin bir qədər əminlikdən uzaq şəkildə yaxınlaşıb səsləndi:
– Rusiya nümayəndəsi artıq buradadır, gedə bilərik...
Sanki sammitin gedişatını idarə etməyə çalışırdı. Lakin bu sözlər gözlənildiyi kimi qarşılanmadı.
Toplantıdakı bütün dövlət başçıları bir anlıq sükuta qərq oldu və avtomatik olaraq baxışlarını bir adama — Heydər Əliyevə yönəltdilər. Hamı onu bu məclisin "ağsaqqalı", yəni təcrübəli və söz sahibi kimi görürdü. Əslində bu baxışlarda həm məsləhət, həm də "nə edək?" sualı vardı.
Heydər Əliyev Kiriyenkoya diqqətlə baxdı və sərt, lakin ironik bir sual verdi:
– Eşitdim ki, sənin şaxtaçılar bu gün hökumət evinin qarşısında dəbilqələri ilə yerə döyərək maaş tələb edirlər. Onlar səni bura buraxıblar?..
O dövrdə Rusiyada ciddi sosial narazılıqlar vardı və xüsusilə şaxtaçılar öz maaşlarını almaq üçün Moskvada etiraz aksiyaları keçirirdilər. Əliyevin bu sualı gənc baş naziri yerində "oturtdu". Axşama qədər Kiriyenko sanki "susdurulmuşdu" – o hadisədən sonra bir daha danışmadı.
Bu xatirəni niyə yada salıram?
Bəlkə də ona görə ki, bu gün Sergey Kiriyenko – artıq "yaşlanmış Kinder Sürpriz" – bəzi Rusiya təbliğatçılarının, o cümlədən Solovyov və Mardan kimilərinin Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyalarının arxasında dayanır. Deyirlər, onları məhz o istiqamətləndirir.
Axı deyirlər ki, müdriklik yaşla gəlir. Təəssüf ki, bəzən yalnız yaş gəlir, müdriklik isə yox...
Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.
1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədiylə gəliblər.
Lakin onlar avqust ayının 28-də xüsusi amansızlıqda qətlə yetiriliblər. Belə ki, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olub və əliyalın günahsız insanlara silahla hücum çəkiblər. Nəticədə özlərini müdafiə etməyə üzərilərində heç bir silah belə olmayan 24 mülki insan amansızlıqla öldürülüb və 9 nəfər isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.
İstər Ballıqaya, istər Qaradağlı, istərsə də Xocalı və Ağdaban faciələrinin törədilməsi bir daha onu göstərir ki, ermənilər dinc azərbaycanlılara qarşı tarix boyu düşmən mövqedə dayanıblar. Onların azərbaycanlılara qarşı törətdiyi bu qətliamlar Azərbaycan tarixinin qan yaddaşına həkk olunub.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün qətliamların qisası 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı bir-bir alınıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşməni döyüş meydanında məhv edə-edə qələbə qazanmaqla yanaşı bu qisasın alınmasına nail olunub. Baxmayaraq, Ermənistan silahlı qüvvələri hətta Vətən müharibəsi günlərində də dinc əhaliyə qarşı hərbi cinayətini davam etdirib. Azərbaycan əsgərinin qarşısında tab gətirməyən düşmən döyüş meydanından qaçaraq o zamankı cəbhəyanı ərazilərdə yerləşən və eləcə də cəbhəyanı ərazilərə yaxın olan şəhər və rayonları ballistik raketlərlə bombalayıb. Gəncə və Bərdə şəhərlərinin düşmən tərəfindən ballistik raketlərlə bombalanması nəticəsində neçə-neçə günahsız insanın, azyaşlıların, qadınların həyatına son qoyulub. Eləcə də Mingəçevir, Yevlax, Naftalan, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və digər şəhər və rayonlarda mülki əhali və infrastrukturu mərmi və raket atəşinə məruz qoyması nəticəsində uşaq və qadınlar da daxil olmaqla çoxlu sayda insan qətlə yetirilib.
Bütün bunlar dinc azərbaycanlılarla düşmənçilik edən ermənilərin - erməni silahlı birləşmələrinin ideologiyasının əsas qayəsidir.
Amma onların bu ideologiyası da, mifologiya üzərində quraraq özlərini inandırmağa çalışdıqları yenilməz orduları da məhv edildi. Məhz qətiyyətli Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan xalqının birliyi və Azərbaycan ordusunun şücaəti sayəsində. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində uzun illər işğal altında saxlanılan torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla da, tarixi ədalət bərpa olundu və qələbə qazanıldı. Tarixən azərbaycanlılara qarşı kütləvi qırğın, qətliam və soyqırımı törədən erməni silahlıları və onların tör-töküntüləri isə döyüş meydanında yerindəcə məhv edildi. Əldə olunmuş Zəfərə, qazanılmış qələbəyə baxmayaraq, Azərbaycan xalqı ermənilərin törətdiyi kütləvi qətliamları heç bir zaman unutmayıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə çıxışlarında Azərbaycan xalqına qarşı yönəlmiş bu qırğınların heç birinin unudulmayacağını və buna görə Ermənistanın hüquqi müstəvidə cavab verməyə məhkum ediləcəyini bildirib.
Azərbaycan adlı coğrafiyanın ən gözəl şəhərlərindən biri Gəncədir. Tarixin bütün dövrlərinə aid qaynaq və mənbələrdə Gəncə adına rast gəlmək olur. Müxtəlif illərdə şəhərin adı bir neçə dəfə dəyişdirilib. Yaxın tarixə nəzər salsaq, 1804-cü ildən 1918-ci ilə qədər Rusiya imperiyasının hakimiyyəti illərində Gəncə rus çarı I Aleksandrın həyat yoldaşı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılıb.
Şəhərin adının yenidən Gəncə adlandırılması ilə müxtəlif tarixi faktlar yazılır, çox təəssüf ki, yanlışıqlara rast gəlmək olur. Məsəl üçün qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi. Bəli, bu Cümhuriyyətin qərarı idi. Lakin Gəncə şəhərinin adını özünə o dövrdə qaytaran Nuru Paşa olub. Bunu təsdiq edən Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşri olan "Kavkaz" qəzetinin 129 sayında, 26 iyun 1918-ci il buraxılışında dərc edilən məlumata diqqət verin. Qəzetdə yazılır:
“Zaqafqaziya Teleqraf Agentliyinin Bakı istiqamətində ezam olunmuş xüsusi müxbirinin məlumata görə, Nuru Paşanın əmri ilə Yelizavetpolun adı dəyişdirilərək Gəncə adlandırılmışdır. Vağzalda köhnə adı olan rus lövhələri götürülərək türk lövhələri ilə əvəz edilib”.
Qeyd edim ki, 1918-ci ilin mart ayında Nuru Paşa və onun rəhbərliyi altında heyət İstanbuldan Azərbaycana yollandı. Məhəmməd Əmin Rəsulzadə Nuru Paşanın mayın 25-də Gəncəyə gəlişindən yazırdı: “…Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qəbul etmişdi. Xalqın ona göstərdiyi istiqbal Gəncə tarixində görünməmişdi”.
1935-ci ildə Gəncənin adı dəyişdirilərək Sergey Kirovun adı ilə Kirovabad adlandırıldı. 1989-cu ildə Gəncənin tarixi adı bir daha bərpa edildi.
Amerikada aparılan danışıqlardan sonra Paşinyan müsahibəsində “bəzi ərazilər Azərbaycana qayıtmalıdır” fikiri səsləndirib. Onun Qazaxın 3 kəndi ilə yanaşı, Naxçıvanın Kərki kəndini də nəzərdə tutduğunu bizim əksər media yazıb.
Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib.
O bildirib ki, təkcə Kərki deyil, Nüvədi başda olmaqla, 1929-cu il fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, az sonra isə Kilit kəndinin torpaqlarının bir hissəsinin əkin sahələri ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir:
“O dövrdə Moskva tərəfindən Azərbaycanda həyata keçirilən sərhəd bölgüsü siyasətində birinci yerdə Sovet Rusiyasının iqtisadi maraqları, sonuncu yerdə isə region əhalisinin milli maraqları dayanırdı.
1920-ci ilin noyabrından başlayaraq Azərbaycan əraziləri mərhələ - mərhələ Ermənistan Sovet respublikasına verilməyə başladı. Azərbaycanın sərhəd bölgələrindən Zəngəzur, Naxçıvan, Gədəbəy, Qazax, Tovuz ərazilərinin bir hissəsi Ermənistanın tərkibinə verildi.
Qeyd edim ki, Ermənistan SSR Qars müqaviləsinə əsasən Azərbaycan SSR tərkibində Naxçıvanın muxtariyyətini rəsmən tanısa da, öz niyyətindən əl çəkməmiş və bir müddət sonra Naxçıvan MSSR torpaqlarının bir hissəsini qopararaq öz ərazisinə birləşdirməyə nail olmuşdu. Məlumat üçün vurğulayım ki, Naxçıvan ilə Ermənistan arasında sərhədlər 1921-ci il Qars müqaviləsi ilə tənzimlənmişdi. Naxçıvan MSSR yaradıldığı vaxt ərazisi Qars müqaviləsinin III əlavəsi əsasında 5 min 988 kvadrat kilometr müəyyən edilmişdi. Təxminən 486 kvadrat kilometr Naxçıvandan ilk iki ildə Ermənistana verildi.
O dövrdə Naxçıvan ərazilərin Ermənistana verilməsindən nə Azərbaycanın, nə də Türkiyənin xəbəri vardı. Türkiyə bu qərara etiraz notası ilə cavab verdi. Bildirildi ki, Qars müqaviləsi Türkiyə ilə bağlandığına görə onun müddəaları yerinə yetirilməlidir. Lakin bolşevik Rusiyası buna reaksiya belə vermədi.
Sovetlər dövründə də Xruşşov Mikoyanın təsiri altında Naxçıvanın Ermənistana verilməsi məsələsini qaldırıb, 1963-cü ildə Naxçıvanın Ermənistana verilməsi barədə hazırlığa başlanıb. Lakin Azərbaycanda o dövrdə hakimiyyətdə olanlar Xruşşovu fikrindən döndərə biliblər, əsas gətiriblər ki, yoldaş Lenin 1921-ci ildə Qara müqaviləsinə qol çəkib. Xruşşov antitürkiyə mövqeyindən çəkinmək istəmirdi, inad edirdi. Lakin onun işdən azad edilməsi Naxçıvanı xilas elədi”.
Alimin sözlərinə görə, Ermənistana verilən sözügedən kəndlərin əhalisi ermənilərlə qarşı mübarizə aparıb, kəndləri tərk etmək istəməyib:
“Lakin qırmızı terror orda repressiyalar həyata keçirəndən sonra ermənilərə birgə yaşamaq istəməyən naxçıvanlılar dədə-baba torpaqlarını tərk edərək Azərbaycana köçüblər”.
Rusiyanın Qafqaz işğalı tarixi qanlı ekspansiya xronikasıdır.
Mediaxeberleri.Azxəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalının yeni buraxılışında bəhs olunur.
Bildirilir ki, "mədəniyyət gətirmək" və "nizam-intizam yaratmaq" bəhanəsi altında imperiya amansız şəkildə cənuba doğru irəliləyir və yerli xalqların amansız müqaviməti ilə üzləşirdi.
"Onlarca etnosun, dilin və dinin əsrlər boyu bir arada yaşadığı Qafqaz, davamlı müharibələr, deportasiyalar və etnik təmizləmələr meydanına çevrildi. Rusiya imperiyası üçün bu, Avropa ilə Asiya arasındakı strateji keçidə nəzarəti uğrunda mübarizə idi. Qafqaz xalqları üçün isə yaşamaq uğrunda mübarizə. Qafqaz müharibəsi adlandırılan Rusiya imperiyasının Şimali Qafqazı tabe etmək üçün apardığı hərbi əməliyyat 1817-ci ildən 1864-cü ilə qədər davam etdi və Rusiya tarixinin ən uzun müharibəsinə çevrildi. Bu müharibə kütləvi qırğınlarla, məcburi köçürülmələrlə və faktiki olaraq bütöv Qafqaz xalqlarının məhv edilməsi ilə nəticələndi. Xüsusilə də çərkəzlərə qarşı törədilən soyqırım, miqyasına və vəhşiliyinə görə XIX əsrin ən qanlı insanlıq əleyhinə cinayətlərindən biri kimi tarixə düşdü", - süjetdə vurğulanır.
Nüvədiyə Azərbaycanın ayrı-ayrı kəndlərindən kömək edilirdi. Amma Azərbaycanın rəhbərliyi kəndimizə qarşı tamamilə başqa – mənfi münasibətdə idi. Bu da bizim işimizi daha da ağırlaşdırırdı. Vəziyyət getdikcə gərginləşirdi. Əliyalın əhali düşmənlə dolu kəndə - öz evinə qayıtmaq istəyirdi. Haraya müraciət etməli olduğumuzu bilmirdik. Ümidimiz hər yerdən üzülmüşdü.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcmasının Meğri rayon icmasının sədri Fikrət Əliyev söyləyib.
Onun sözlərinə görə, Nüvədi kəndinin əhalisinə vəziyyətlə bağlı yardım üçün bir neçə dəfə ölkə rəhbərliyinə müraciət etsə də, hər dəfə rədd cavabı alıb.
“Məsələn, mənə çox xəbərlər gəlirdi, görürdüm ki, vəziyyət ağırlaşır. Buna görə əlaqələrimdən istifadə edib ozamankı ölkə başçısına zəng etdim.
Dəstəyi prezidentin köməkçisi qaldırdı, ondan əlaqənin təmin olunmasını xahiş etdim. O, məsələni soruşdu və mən bütün vəziyyəti izah etdim. Bir neçə dəqiqə sonra cavab gəldi: “Mən onların prezidenti deyiləm, onları Heydər Əliyev qorusun”. Bunun da səbəbi Ulu Öndərin rus qoşunlarını Naxçıvandan çıxarması, Azərbaycanın müstəqil dövlət olduğunu, öz müqəddəratını həll edə biləcəyini rəsmi Moskvaya deməsi olmuşdu. Ondan sonra Ali Sovetin sədrinə zəng etdim, danışdım, yenə bir nəticə vermədi”, - deyə o qeyd edib.
Akademik sonda Ulu Öndər Heydər Əliyevə müraciət etdiyini bildirərək deyib: “Axırda Naxçıvana - Heydər Əliyevə zəng etdim. Həmin vaxt o, 4 gün idi ki, Ali Sovetin sədri seçilmişdi. Nüvədi əhalisi də iki gün əvvəl onun qəbulunda olmuşdu. Ona görə bir az utanırdım. Vəziyyətin getdikcə gərginləşdiyini diqqətə çatdırdım. Dedi ki, özünüzü təhlükəyə atacaq hərəkətlər qəti şəkildə etməyin. İndi mən danışıb bir şey etməyə çalışaram. Danışığımız bitdi, heç yarım saat keçmədi, zəng gəldi – Ulu Öndər idi. Sözləri hələ də yadımdadır: “Fikrət müəllim, Zəngilana helikopter göndərəcəyəm, içində də ərzaq. Keçmək istəyən də olsa, bu tərəfə keçər. Narahat olmayın. Gün ərzində nə lazımdırsa, edəcəyəm. Günün sonunda mənimlə əlaqə saxlayın”. Axşam yenidən zəng etdim. Bildirdi ki, hər şey artıq həll olunub – azuqə çatıb, maddi dəstək göstərilib, SSRİ-nin deputatları da qovulub. Ancaq bu kömək dayanmadı, Ulu Öndər camaata mütəmadi yardımlar göndərdi. Beləliklə, əhali 1993-cü ilin oktyabrınadək Zəngilanda qaldı. Həmin dövrdə də, Zəngilanın işğalı zamanı da Heydər Əliyev camaatı orada qalmağa qoymadı, dərhal İranla əlaqə yaratdı və biz Arazı keçdik”.