Войти

Çoxlu mürəbbə yemək dəhşətli xəstəlik yaradırmış

Problem

Ən sevilən ləzzətlərdən biri olan mürəbbənin əslində mədəyə və qaraciyərə böyük zərərləri olduğu məlum olub.

Mediaxeberleri.Az Milli.az-a istinadən xəbər verir ki, şəkər və əlavələrlə zəngin olan bu şirin ləzzət hər gün, xüsusilə səhərlər qaşıq-qaşıq yeyildikdə, həzm sistemində bir sıra problemlərə yol aça bilər.

Mütəxəssislər bildirirlər ki, mürəbbənin ifrat istifadəsi mədə turşusunun artmasına, qastrit və reflü kimi narahatedici halların yaranmasına səbəb ola bilər. Eyni zamanda, bu cür şəkərli qidalar mədənin bakterial balansını pozur, bağırsaqlarda faydalı mikrofloranın azalmasına və pis bakteriyaların çoxalmasına şərait yaradır.

Mürəbbənin tərkibindəki yüksək fruktoza qısa zamanda piyə çevrilərək qaraciyərdə yağlanmanı sürətləndirə bilər. Bu da qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyinə (NAFLD) yol aça bilər. Uzun müddət davam edən bu proses isə insulin müqavimətinin artmasına və 2-ci tip şəkərli diabet riskinin yüksəlməsinə gətirib çıxarır.

Mürəbbənin gündəlik və nəzarətsiz istifadəsi həm də həzm prosesini ləngidə bilər. Mədə boşalmasının gecikməsi nəticəsində qaz, şişkinlik və narahatlıq halları müşahidə edilə bilər.

Bu səbəbdən səhər süfrələrinin ayrılmaz hissəsi sayılan mürəbbənin miqdarına xüsusi diqqət yetirilməli, sağlam və balanslı qidalanma vərdişi prioritet sayılmalıdır. Təbii və az şəkərli alternativlərə üstünlük vermək isə həm mədə, həm də qaraciyər sağlamlığı üçün daha faydalıdır.

İnternet olmayacaq

Problem

20.04.2025-ci il tarixində Lerik rayonunun inzibati ərazisinin bəzi hissələrində "Azercell Telekom" MMC-dən asılı olmayan səbəblərdən telekommunikasiya xidmətlərindən istifadə zamanı müvəqqəti çətinliklərlə qarşılaşılması mümkündür.

 

"Azercell Telekom"dan verilən məlumata görə, hazırda yaranmış halın aradan qaldırılması üçün müvafiq ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabellərin zədələnmiş hissələrinin bərpası istiqamətində təcili tədbirlər görülməkdədir.

 

Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, tez bir zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir.

500-dən çox saxta spirtli içki satışının qarşısı alındı

Problem

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvanda topdansatış mağazasında yoxlama keçirib.

Bu barədə Mediaxeberleri.Az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik “Belaruska” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

“Heç nədən zövq almıram” deyirsinizsə, diqqətli olun

Problem

Depressiya müasir dövrün ən geniş yayılmış psixi sağlamlıq problemlərindən biri olaraq, yalnız fərdin emosional vəziyyətini deyil, eyni zamanda fiziki sağlamlığını və həyat keyfiyyətini də ciddi şəkildə təsir altına alır. 

 

Mediaxeberleri.Az bildirir ki, gündəlik həyatın stressi, genetik meyllilik, travmatik hadisələr və ya hormonal disbalans depressiyanın əsas səbəbləri arasında yer alır.

 

Depressiya nədir?


Depressiya – şəxsin davamlı şəkildə kədərli, ümidsiz və enerjisiz hiss etdiyi, həyatın ümumi zövqlərindən uzaqlaşdığı ciddi psixi pozuntudur. Klinik olaraq “major depressiv pozuntu” kimi tanınan bu hal, beyindəki kimyəvi balanssızlıq və ətraf mühit faktorlarının birgə təsiri ilə meydana çıxır. Bu, sadəcə keçici bir kədər hissi deyil, uzunmüddətli və ciddi bir sağlamlıq problemidir.

 

Depressiyanın əsas əlamətləri:


Daimi kədər və ümidsizlik hissi

Günlük fəaliyyətlərə maraq və zövq itkisi

İştahda dəyişikliklər: həddindən artıq yemək və ya iştahsızlıq

Yuxu problemləri: yuxuya gedə bilməmək, tez oyanmaq və ya çox yatmaq

Davamlı yorğunluq və enerji itkisi

Danışıq və hərəkətlərdə yavaşlıq

Özünü dəyərsiz və günahkar hiss etmək

Diqqət dağınıqlığı, qərar vermə çətinliyi

İntihar düşüncələri

 

Bu simptomların ən az iki həftə davam etməsi depressiya diaqnozu üçün əsas göstərici hesab olunur. Depressiya uşaqlıqdan qocalığa qədər hər yaşda müşahidə oluna bilər və qadınlarda daha çox rast gəlinir. Depressiya bir dəfə keçirmiş şəxslərdə sonradan təkrarlanma riski yüksəkdir.

 

Depressiyanın səbəbləri


Depressiyanın tək səbəbi yoxdur. Psixoloji, bioloji və sosial faktorların birgə təsiri bu xəstəliyin yaranmasında rol oynayır.


Major depressiya nədir?


Major depressiya – ən geniş yayılmış depressiya növlərindən biridir və fərdin gündəlik funksiyalarını ciddi şəkildə pozur. Bu hal uzun müddətli ümidsizlik, enerji itkisi və depressiv emosional vəziyyətlə xarakterizə olunur.

 

Depressiya necə müalicə olunur?


Depressiya peşəkar yardım və fərdi səylərlə idarə edilə bilər. Əsas müalicə metodları bunlardır:

 

Psixoterapiya: Koqnitiv-davranış terapiyası kimi metodlarla düşüncə tərzi dəyişdirilir

 

Dərman müalicəsi: Antidepressantlar beynin kimyəvi balansını tənzimləyir

 

Həyat tərzi dəyişiklikləri: Fiziki fəaliyyət, düzgün qidalanma və stressin idarə olunması depressiyanın yüngülləşməsinə kömək edir

 

Depressiyaya nə yaxşı təsir edir?

 

Müntəzəm idman

Sağlam və balanslı qidalanma (omega-3, B12, fol turşusu)

Sosial dəstək və ünsiyyət

Meditasiya və yoga

 

Depressiyadan necə çıxmaq olar?

 

Depressiyadan qurtulmaq zaman və səbr tələb edir. Kiçik addımlarla başlamaq və bu addımları davam etdirmək müsbət nəticələr verir. Ən əsası peşəkar yardım almaqdan çəkinməmək lazımdır.

FHN: "Yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb"

Problem

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunanlarla bağlı nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.

Hazırda nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.

Səhər yeməyi yeməyən uşaqlarla bağlı MÜHÜM XƏBƏR

Problem

Uşaqlarda sağlam qidalanma həm fiziki inkişaf, həm də məktəbdəki nailiyyətlər baxımından olduqca vacibdir. Düzgün və kifayət qədər qidalanmayan uşaqlarda tez-tez qan azlığı (anemiya) problemi yaranır ki, bu da birbaşa olaraq tədris müvəffəqiyyətini mənfi təsir altına salır.

 

Mediaxeberleri.Az bildirir ki, qan azlığı uşaqlarda həm fiziki, həm də zehni inkişafı ləngidir.

 

Qan azlığı nədir?

 

Qan azlığı – qırmızı qan hüceyrələrinin (eritrositlərin) miqdarının yaşa uyğun normal səviyyədən aşağı düşməsi ilə xarakterizə olunan vəziyyətdir. Ən çox rast gəlinən səbəb isə dəmir çatışmazlığıdır. Dəmir çatışmazlığı zamanı orqanizm kifayət qədər hemoglobin istehsal edə bilmir, bu da uşağın ümumi sağlamlığına mənfi təsir göstərir.

 

Uşaqlarda qan azlığının əsas səbəbləri:

 

Dəmir çatışmazlığı: Ən geniş yayılmış səbəbdir.

 

B12 vitamini çatışmazlığı: B12 və fol turşusunun azlığı da anemiyaya səbəb olur.

 

Xroniki xəstəliklər: Böyrək xəstəlikləri, artrit, lupus kimi xroniki xəstəliklər də qan azlığına yol aça bilər.

 

Əlamətləri nələrdir?

 

Qan azlığı olan uşaqlarda aşağıdakı əlamətlər müşahidə oluna bilər:

 

Halsızlıq və yorğunluq

 

İştahsızlıq

 

Solğun dəri

 

Başgicəllənmə

 

Tez-tez xəstələnmə

 

Ürəkdə döyüntülər

 

İçeqapanıqlıq və depressiya

 

Zehni inkişafın ləngiməsi

 

Yaxşı qidalanma qan azlığını önləyir

 

Qan azlığı olan uşaqların müalicəsində düzgün və balanslı qidalanma əsas rol oynayır. Qırmızı ət, quru meyvələr, bəhməz, fındıq kimi dəmir baxımından zəngin məhsulların istifadəsi tövsiyə olunur.

 

Xüsusilə, məktəb dövründə olan uşaqlar səhər yeməyindən imtina etməməlidirlər. Tədqiqatlara görə, səhər yeməyi edən uşaqlar dərslərində daha uğurlu olur. Səhər yeməyində tam taxıllı çörək, süd, yumurta və pendir kimi zülalla zəngin qidalar mütləq yer almalıdır. Bu, uşağın konsentrasiyasını və qavrama qabiliyyətini artırır.

 

Qan azlığının səbəbi müəyyən edilməlidir

 

Qan azlığının müalicəsində ilk addım onun səbəbini dəqiq müəyyənləşdirməkdir. Dəmir çatışmazlığına əsaslanan qan azlığı halları dünyada ən çox rast gəlinən anemiya növüdür.

 

Uşaqlarda qan azlığının müalicəsi necə aparılır?

 

Qan analizləri nəticəsində uşağın vəziyyəti və anemiyanın növü təyin edilir. Müalicəyə dəmir preparatları ilə başlanılır. Körpələrə sirop və damcı şəklində dərmanlar verilir. Müalicə müddətində uşaqların vəziyyəti mütəmadi olaraq yoxlanılmalı və təhlillər aparılmalıdır.

 

Qan azlığının qarşısını almaq üçün nə etməli?

 

Təzə meyvə sularından və meyvələrdən istifadə artırılmalıdır

 

Qırmızı ət və balıq kimi məhsullar mütəmadi qəbul olunmalıdır

 

B12 vitamini ilə zəngin qidalarla uşağın rasionu dəstəklənməlidir

 

Hər səhər yeməyində süd, yumurta və pendir kimi zülalla zəngin məhsullar olmalıdır.

 

Uşağınız dırnağını yeməklə sizə nə demək istəyir?

Problem

Uşaqlarda dırnaq yemə davranışı valideynlərin tez-tez rast gəldiyi və narahatlıq yaratdığı hallardan biridir.

 

Mediaxeberleri.Az bildirir ki, bu vərdişin arxasında müxtəlif psixoloji və sosial faktorlar dayanır və uşaqların ağızlarına fərqli obyektlər (məsələn, qələm, oyuncaq, saç və s.) saldıqları da müşahidə olunur.

 

Uşaqlar niyə dırnaq yeyir?

 

Dırnaq yemə davranışı çox zaman uşağın yaşadığı daxili və ya ətraf mühitlə bağlı narahatlıqların nəticəsi olaraq ortaya çıxır. Bu davranışı yaradan əsas səbəblər bunlardır:

 

Stress

 

Narahatlıq

 

Tək qalmaq

 

Qorxu

 

Diqqət çatışmazlığı

 

Həyəcan

 

Qəzəb

 

Özünə inamın aşağı olması

 

Bu halların fonunda uşağın psixoloji inkişafını və sosial çevrəsini araşdırmaq səbəblərin müəyyən edilməsinə kömək edə bilər.

 

Məktəbəqədər dövrdə dırnaq yeməyə səbəb ola biləcək faktorlar:

 

Bacı-qardaş qısqanclığı

 

Avtoritar və sərt valideyn münasibəti

 

Şiddətə məruz qalmaq

 

Ayrılma qorxusu

 

Güvən problemi

 

Ana-ata laqeydliyi

 

Məktəb yaşında olan uşaqlarda isə səbəblər fərqli ola bilər:

 

İmtahan narahatlığı

 

Müəllim qorxusu

 

Məktəb fobiyası

 

Aşağı akademik nəticələr

 

Öyrənmə çətinlikləri

 

Diqqət pozuntusu

 

Uşaqlar ətraflarını müşahidə edərək davranış öyrənirlər. Əgər onların ətrafında dırnaq yeyən bir böyüklə qarşılaşarlarsa, bu davranışı təqlid etmələri çox təbiidir.

 

Dırnaq yemənin qarşısını necə almaq olar?

 

Valideynlərin buraxdığı ən böyük səhvlərdən biri uşağı hər dəfə bu davranışa görə sərt dillə danlamaqdır. Məsələn: "Əlini ağzından çək!" və ya "Yemə dırnağını!" demək problemi daha da artırır.

 

Bu məqamlara diqqət yetirmək tövsiyə olunur:

 

İlk mərhələdə uşağın bu davranışı görməzdən gəlinməlidir.

 

Dırnaq yeməyə səbəb olan hallar müşahidə edilməli, nə zaman bu vərdişə əl atdığı izlənməlidir.

 

Məsələn, əgər televizora baxarkən edirsə, izlədiyi proqramların məzmunu sizə ipucu verə bilər.

 

Ən əsas səbəblərdən biri maraq və diqqət çatışmazlığıdır. Uşağınıza yetərli diqqət və sevgi göstərsəniz, bu vərdişin azaldığını müşahidə edəcəksiniz.

 

Dırnaq yeməyə başladığı anda onu başqa bir fəaliyyətlə məşğul etmək də təsirli olar. Məsələn, puzzle düzəltmək.

 

Bu cür fəaliyyətlər həm dırnaq yemənin qarşısını alacaq, həm də uşağın əllə əlaqəli bacarıqlarının inkişafına töhfə verəcək.

 

Səhiyyə “islahatı”: nə həkim var, nə şərait, yalnız “ölüm”...

Problem

Rayonlarda həkim çatışmazlığı problemi təkcə bu günün yox, son illərin müzakirə mövzusudur. Hər il bu məsələ ilə bağlı rəsmi qurumlar çıxış edir, planlar açıqlanır, layihələr elan olunur. Amma nəticə dəyişmir. 2025-ci ilin əvvəlində TƏBİB və Səhiyyə Nazirliyi tərəfindən bölgələrdə ixtisaslı tibbi kadrların çatışmazlığını aradan qaldırmaq üçün təqdim olunan layihə də bu qəbildəndir.

Layihənin məqsədi aydındır: bölgələrə ixtisaslı həkimlər cəlb etmək, tibbi xidmətlərin keyfiyyətini artırmaq. Amma məqsədin kağız üzərində qalması, əhalinin həyatına təsir etməməsi artıq dözülməz hal alıb.

TƏBİB-in “qapalı layihəsi”

TƏBİB-ə mövzu ilə bağlı ünvanladığımız sorğuya bir həftədən sonra gələn cavab qısa və qeyri-müəyyəndir:

“Layihə icra mərhələsindədir. Layihə barəsində mediaya ümumi məlumat veriləcək mütəmadi olaraq”.

Bu cavab cəmiyyətin gözləntilərini qarşılamır. Əgər layihə doğrudan da icra olunursa, bu icra nədən ibarətdir? Hansı regionlara nə qədər həkim göndərilib? Kimlər artıq fəaliyyətə başlayıb? Hansı sahələr prioritet götürülüb? İctimaiyyətin cavab gözlədiyi suallar ortadadır.

Açıq görünür ki, ictimaiyyətin layihə haqqında məlumatı yoxdur, nəticə isə hiss olunmur. “İcra mərhələsi” kimi təqdim olunan bu mərhələ reallıqda “gözləmə rejimi”nə çevrilib.

Əmək haqqı, yoxsa şərait – kim gedəcək bölgəyə?

Ənənəvi yanaşmaya görə, həkimlərə bölgəyə getmək üçün yüksək maaş təklif olunmalıdır. Amma bu problemin yalnız maliyyə ilə həll olunmadığı artıq bəllidir. Rayonlarda mənzil şəraiti, sosial təminat, yol, təchizat, təhlükəsizlik və peşəkar mühitin zəifliyi gənc mütəxəssislərin bölgələrə üz tutmaq istəməməsinə səbəb olur. Bu məsələdə layihənin qeyri-şəffaf olması və şəraitin təmin olunmaması ciddi qüsur kimi ortadadır.

Qusar nümunəsi – sistemli laqeydliyin aydın təzahürü

Yaxınlarda Qusar Rayon Mərkəzi Xəstəxanasında baş verən hadisə bu sistemsizlik və nəzarətsizlik problemini daha qabarıq göstərdi. Məlumata görə, xəstəxananın aptek bölməsinin əməkdaşı – həm də xəstəxana direktorunun həyat yoldaşı olan İlhamə Hacıyeva tibb işçilərinin Vatsap qrupuna belə bir mesaj göndərib: “Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq”.

Bu açıqlama təsdiq olunarsa, məsələ artıq həkim çatışmazlığı yox, həyat və sağlamlığa açıq təhdid səviyyəsindədir. Vaxtı keçmiş dərmanların xəstələrə verilməsi, istər bilərəkdən, istər səhlənkarlıq səbəbindən olsun, qanun pozuntusudur, cinayət məsuliyyəti doğuracaq haldır. Üstəlik, bunu sistem daxilində kimsə adi hala çevirirsə, burada islahata yox, tam təmizlənməyə və cəzaya ehtiyac var.

Səhiyyədə real islahatlar yalnız layihə elanları ilə yox, nəticə ilə ölçülür. Əgər üç ayda bölgələrdə bir nəfər də yeni həkim fəaliyyətə başlamayıbsa, əhali hələ də günlərlə növbə gözləyirsə, müalicə üçün Bakıya üz tutursa, xəstəxanalarda dərman əvəzinə təhlükə paylanırsa, deməli, nə layihə var, nə də islahat.

TƏBİB və Səhiyyə Nazirliyi ictimaiyyəti gözlətmədən layihə ilə bağlı konkret hesabat təqdim etməlidir. Həkimlərin bölgələrə göndərilməsi üçün yalnız maaş deyil, insani şərait və peşəkar dəstək də qurulmalıdır. Əks halda, region səhiyyəsi mərkəzdən verilən “yaxşı xəbərlərlə” deyil, yerli əhalinin çarəsizliyi ilə yadda qalacaq.

Kreditlə alınan "xoşbəxtlik" uçuruma aparır? - Toydan sonra illərlə borc ödəyirlər

Problem

Mağazaların "Kreditlə al, rahat ödə!" reklamları, bloqerlərin dəbdəbəli həyatları və daha nələr. Günümüzdə xoşbəxtlik çox zaman maddi əşyalarla ölçülür.

Bəs kreditlə alınan bu xoşbəxtlik həqiqidirmi, yoxsa müvəqqəti bir illüziyadır?

Baku TV paytaxt sakinlərinin mövzu ilə bağlı fikirlərini öyrənib. Sakinlərin bir çoxu kreditdən uzaq olmağı tövsiyə edib.

"Pulun yoxdursa, evlənmə, nə məcburdur. Toydan sonra illərlə borc ödəyirlər", - deyə sakinlərdən biri söyləyib.

Bəs mütəxəssislər bu məsələyə necə baxırlar?

İqtisadçı Eldəniz Əmirov deyir ki, 2025-ci il fevralın sonuna olan göstəriciyə əsasən, Azərbaycanda 29 milyard 402 milyon manatlıq kredit qoyuluşu formalaşıb. Bunun da böyük hissəsi - 17 milyarddan çoxu ev təsərrüfatlarına düşür:

"Ümumilikdə artım dinamikasında istehlak kreditləri dayanmadan artır. Bunun müsbət tərəfləri ilə yanaşı, ciddi mənfi tərəfləri də var".

Psixoloq Dəniz Umarovanın sözlərinə görə, müəyyən bir məhsulun əldə edilməsi insanlarda özünəinam və xoşbəxtlik hissini artırır. Eyni zamanda, cəmiyyətlə ayaqlaşmaq fürsəti yaradır. Amma bu, müvəqqəti xarakter daşıyır:

"Zamanla xərclərin artması bir sıra psixoloji narahatlıqlara səbəb olur. Bəzən bu hal inklüziv xarakter daşıyır - real problemlərdən qaçmaq, mənfi emosiyalarla mübarizə, özünü təsdiqləmə ehtiyacı fonunda meydana gəlir".

Ətraflı süjetdə:





Hamiləlik dövründə dəridə niyə ləkələr yaranır?

Problem

Hamiləlik qadın həyatında həm fiziki, həm də emosional dəyişikliklərlə müşayiət olunan xüsusi bir dövrdür.


Mediaxeberleri.Az bildirir ki, bu dövr bir çox möcüzəvi hisslərlə yanaşı, müəyyən sağlamlıq və estetik problemləri də özü ilə gətirir. Onlardan biri də dəri ləkələridir.


Hamiləlik dövründə ifraz olunan hormonlar dəri ləkələrini artırır
 

Hamiləlikdə dəri ləkələri tez-tez rast gəlinən problemdir. Bunun əsas səbəbi isə bu dövrdə ifraz olunan estrogen və progesteron hormonlarıdır. Günəşin yaydığı ultrabənövşəyi şüalara qarşı həssaslığın artması nəticəsində dəridə ləkələr meydana çıxa bilər. Üzdə ən çox yanaq, üst dodaq və alında yaranan bu ləkələr, üzlə yanaşı sinə arası, boyun və qolların xarici hissəsində də görülə bilər. Günəş görməyən yerlərdə yaranan ləkələr daha tünd rəngdə özünü göstərir və əksər hallarda hamiləlikdən sonra itir.


Açıq dərili hamilələr risk altındadır


Açıq dəri rəngi günəşin təsirlərinə qarşı dərini daha müdafiəsiz edir. Üstəlik, hamiləliyin gətirdiyi həssaslıqla birlikdə açıq dərili hamilələr dəri ləkələri baxımından daha böyük risk altına düşür. Gün işığı dəriyə rəng verən piqmentasiyanı artıraraq bu ləkələrin qalıcı olmasına səbəb ola bilər.


Açıq dəri tonuna əlavə olaraq:

Şəxsin genetik quruluşu,

Qidalanma vərdişləri,


Hamiləlikdən əvvəl uzun müddət doğum nəzarət həblərindən istifadə etməsi,


Uzun müddət günəşə məruz qalması kimi amillər də hamiləlik dövründə dəri ləkələrinin yaranmasında rol oynayır.


Hamiləlik ləkələri doğuşdan sonra yox olurmu?
 

Hamiləliklə birlikdə yaranan açıq və ya qəhvəyi rəngli ləkələr hamiləliyin ikinci üçaylığında artır. Son üçaylıqda daha da nəzərə çarpan bu ləkələr bədənin müxtəlif yerlərində yarana bilər. Bu ləkələr əksər hallarda doğuşdan sonra öz-özünə itir. Ancaq risk faktorlarına sahib olan və günəşdən qorunmayan şəxslərdə qalıcı ola bilər.


Günəşdən uzaq durmaq çıxış yolu deyil…


Hamilə qadınların dəri ləkələrindən qorunmaq üçün günəşdən uzaq durması düzgün deyil. Çünki hamiləlik müddətində günəşə çıxmamaq, körpənin inkişafına mənfi təsir edə bilər. Hamilə bir qadının hər gün ən az 20 dəqiqə günəşə çıxaraq vücudu üçün vacib olan D vitaminini alması lazımdır. Ancaq bu zaman uyğun şərtlər təmin edilməli və qabaqlayıcı tədbirlər görülməlidir ki, dəri ləkələrinin yaranma riski minimuma endirilsin.


Ləkə müalicəsi üçün hamiləliyin bitməsini gözləyə bilərsiniz


Demək olar ki, bütün hamilələrin ortaq problemi olan dəri ləkələrinin müalicəsi hamiləlik zamanı tövsiyə olunmur. Bunun əsas səbəbi, ləkələrin böyük əksəriyyətinin doğuşdan sonra öz-özünə keçməsidir. Əgər ləkələr qalıcı olarsa, doğuşdan sonra mütəxəssis dermatoloqa müraciət edilməlidir.


Müalicə üsulları hansılardır?


Hormonal dəyişikliklərlə yanaşı, bir çox faktora bağlı olaraq inkişaf edən ləkələr üçün hamiləliyin ilk aylarında daha çox təbii üsullara üstünlük verilir. Xüsusilə doğuşdan sonrakı dövrdə C vitamini və fitik turşusu kimi bitki tərkibli təbii məhsullar seçilir. Ləkə kremləri də digər seçimlər arasındadır. Əgər kremlərə baxmayaraq ləkələr keçməzsə, aşağıdakı müalicə üsulları tətbiq oluna bilər:
 

Lazer müalicəsi,

Kimyəvi pilinq,

PRP müalicəsi,

Ləkə mezoterapiyası.


Qeyd: Hamiləlik dövründə dəriyə xüsusi diqqət yetirilməli, özbaşına heç bir məhsuldan istifadə edilməməlidir.


В будущее В прошлое

Навигация