t s

» » Vüqar Bayramov Azərbaycanın G20 sammitində iştirakını şərh etdi

Vüqar Bayramov Azərbaycanın G20 sammitində iştirakını şərh etdi

16-11-2015, 14:38 Yazar:  Gülnar Baxılıb: 279 Çap et
Vüqar Bayramov Azərbaycanın G20 sammitində iştirakını şərh etdi“Növbəti bir ildə G20-ə Çin sədrlik edəcək”.

Bir azdan Antalyada təşkil edilən G20 Dünya Liderlər Samiti başa çatacaq. Türkiyə Prezidentinin sədrliyi Çinə təqdim edəcəyi gözlənilir.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

“Növbəti bir ildə G20-ə Çin sədrlik edəcək. Azərbaycanın ilk dəfə qatıldığı Liderlər Samiti ölkəmiz üçün kifayət qədər uğurlu oldu.

Əvvəlla, Azərbaycan nümayənd heyəti ötən il ərzində bütün görüşlərdə və müzakirələrdə iştirak edə bildi.

Bu da Azərbaycanın regional məsələlər ilə bağlı mövqeyinin nüymayiş etdirilməsi və fikir mübadiləsi baxımdan olduqca vacib idi. İkincisi, ölkəmiz G20 Samitinə yüksək səviyyədə hazırlaşdı.

Azərbaycanda nümayəndə heyəti bütün platformalarda təmsil oluna bildi. İlk dəfə olaraq ölkəmiz Biznes 20, Beyin 20, Qadın 20 kimi platformalarda fəal iştirak etdi. Üçüncüsü, samit ərəfəsində nəşr edilən və dünyanın aparıcı liderləri də daxil olmaqla iştirakçılar arasında yayımlanan “G20” dərcisində cənab İlham Əliyevin “Ümumi Strategiyanın Formalaşdırılması” başlıqlı məqaləsi də dərc edildi.

Məqalədə ölkəmizin müstəqillik illərində keçdiyi yol, iqtisadiyyatın diversifikasiyası ilə bağlı məqamlar ilə yanaşı multikulturalizm kimi digər vacib məsələlər də öz əksini tapıb.

V. Bayramov sammitin Azərbaycan üçün əhəmiyyətindən danışıb:

“Azərbaycanda həyata keçirilən islahatlar ilə yanaşı dövlət başçısı Antalya G20 Liderlər Samiti konteksində qlobal məsələlər ilə bağlı öz fikirlərini bölüşüb. Nəhayət, samitin özünə gəldikdə isə, Azərbaycan rəhbərliyi və ekspertlər tədbirdə ölkəmizin mövqeyini geniş auditoriyaya çatdırdı.

Azərbaycan Prezidenti ikitərəfli görüşlər keçirməklə ilə yanaşı, eyni zamanda bu yüksək tədbirdə çıxış etdi. Dövlət başçımız çıxışında iqtisadi və regional məsələlər ilə yanaşı, Qarabağ münaqişəsi və ölkəmizin məruz qaldığı terror barədə məlumat verdi.

Fransada baş verən terrordan sonra Azərbaycanın uzun müddət üzləşdiyi problemləri qlobal auditoriya daha yaxşı anlamış olmalıdır.

Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ikitərəfli görüşlər keçirərək xüsusi müzakirələrdə iştirak etdi.

Mehriban xanım həmçinin Antalyada yerləşən əlillərin bərpa mərkəzini ziyarət etməklə ölkəmizin humanizmə diqqətini bir daha təqdim etdi.

Beyin 20 və Biznes 20 platformalarında nümayəndələrimiz xeyili aktiv oldular. Dünya liderləri üçün təkliflərin hazırlanmasında Azərbaycan nümayəndə heyətinin iştirakı və töhvəsi birmənalı şəkildə yüksə qiymətləndirilməlidir.

Bütövlükdə, samit çərçivəsində bütün platformalarda nümayəndə heyətinin aktiv iştirakı həm ölkəmizin təqdimatı, həm də Azərbaycan ilə G20 ölkələrinin iqtisadi əməkdalığı möhkəmləndirmək baxımdan olduqca faydalı oldu”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az