t s

» » Prosineçkinin millimizdə debütü uğursuz oldu

Prosineçkinin millimizdə debütü uğursuz oldu

24-02-2015, 20:55 Yazar:  Aygün Baxılıb: 574 Çap et
Prosineçkinin millimizdə debütü uğursuz olduBu gün Antalya toplanışı çərçivəsində Azərbaycan milli komandası Donetsk “Şaxtyor”u ilə yoxlama görüşü keçirib.

Mediaxeberleri.az xəbər verir ki, qeyri-rəsmi xarakter daşıyan və xorvatiyalı mütəxəssis Robert Prosineçkinin millimizdə debütü olan görüşdə komandamız uduzub.

Oyuna fəal başlayan Donetski klubu 37-ci dəqiqədə Duqlas Kosta ilə hesabı açıb. Lakin yığmamız fasiləyə qədər hesabda bərabərlik yaratmağı bacarıb. 43-cü dəqiqədə Namiq Ələsgərov fərqlənib. Fasiləyə heç-heçə ilə yollanan yığmamız ikinci yarıda qapısından növbəti qolu buraxıb. Bu dəfə 67-ci dəqiqədə braziliyalı futbolçu İsmaili komandamızı mərkəzdən başlamağa məcbur edib - 2:1.

Beləliklə, matçda bundan başqa qol olmayıb və millimiz 2015-ci ildə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, bu qarşılaşma millimizin AVRO-2016-nın martın 28-də Maltaya qarşı Bakıda keçiriləcək seçmə oyununa hazırlıq xarakteri daşıyır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:29 Yığmamız Qazaxıstan klubunu məğlub etdi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız 2015-ci ildəki ilk sınağında Qazaxıstanın “Atırau” klubu ilə üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan komandamız
01:34 Millimiz yenə ruslara uduzdu - 2:4 Azərbaycan millisi bu gün rusiyalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib. Mediaxeberleri.az xəbər verir ki, "Bakcell Arena"da 17 yaşlı futbolçular arasında baş tutan matçda millimiz 2:4 hesabı ilə uduzub. Millimiz bundan əvvəl də Rusiya ilə yoldaşlıq görüşü keçirmiş və rəqibinə 1:2 hesabı ilə
00:25 "Traktorsazi" ikinci pillədə Təbriz klubu yenə əzmkar qələbə qazanıb İran çempionatında XXI turun oyunları keçirilir. "Traktorsazi" Məşhəd "Neft"inin qonağı olub. Ardıcıl ikinci turda səfərdə oynayan Təbriz klubu yenə əzmkar qələbə qazanıb. Belə ki, hesabı 11-ci dəqiqədə meydan sahibləri penaltidən açıb. "Traktorsazi" buna
22:04 Erməni futbolçu Bakıda meydana çıxdı Komandamız 1:2 hesabı ilə məğlub olub. Rusiyanın U-17 millisinin erməniəsili futbolçusu David Kazaryan Bakıda meydana çıxıb. Mediaxeberleri.az futbolxeber.az-a istinadən məlumatına görə, bu, Rusiyanın U-17 millimizə qarşı Bakıda keçirdiyi yoldaşlıq matçında baş verib. Rusiya pasportuna sahib
14:51 Dünya liqası: Azərbaycan Fransadan öndədir Bu, yığmamızın Uruqvay turnirində ikinci qələbəsidir. Uruqvayın paytaxtı Montevideoda ot üzərində xokkey üzrə qadınlar arasında Dünya liqasının 2-ci raundunun oyunları davam edir. Mediaxeberleri.az xəbər verir ki, ikinci matçda Azərbaycan yığması Fransanı məğlub edərək 3:2 hesabı ilə qalib gəlib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az