t s

» » Nazir: Dələduzlar qiymətləri süni şəkildə artırmağa cəhd göstəriblər

Nazir: Dələduzlar qiymətləri süni şəkildə artırmağa cəhd göstəriblər

24-02-2015, 17:44 Yazar:  Aygün Baxılıb: 524 Çap et
Nazir: Dələduzlar qiymətləri süni şəkildə artırmağa cəhd göstəriblərManatın dollarla müqayisədə dəyərdən düşməsi sosial ödənişlərin verilməsində hər hansı problem yaratmayacaq.

Mediaxeberleri.az APA TV-yə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib:

“Milli valyutanın kursu endirilirsə, bu, büdcəyə daxilolmaların artması deməkdir. Büdcəyə daxilolmalar artırsa, belə halda hansı çətinlikdən danışmaq olar. Biz tam vaxtında bütün sosial ödənişləri yerinə yetirmişik və bundan sonra da yerinə yetiriləcək. Hər hansı bir gecikmə ola bilməz”.

Nazirliyin müvafiq qurumlarının bazarlarda monitorinqlər apardığını deyən Səlim Müslümov bildirib ki, burada əsas məqsəd Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş istehlak səbətinin tərkibinə daxil olan məhsullar və xidmətlərin qiymətinin araşdırılmasıdır:

“Təəssüflər olsun ki, bazarlarda bir sıra işbazlar və dələduzlar qiymətləri süni şəkildə artırmağa cəhd göstəriblər”.

Səlim Müslümov deyib ki, nazirlik əmək müqavilələrinin elektron qeydiyyatı vasitəsilə son dövrlərdə ixtisar olunan və bağlanan iş yerlərinin saldosuna baxıb:

“Bu günədək elə böyük saldo yoxdur, cüzi kənarlaşma var. Yəni indiyədək ləğv olunmuş əmək müqavilələrinin sayı ilə bağlanmış əmək müqavilələrinin sayı eynidir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:17 Ünvanlı sosial yardım almaq istəyənlərin nəzərinə Prezidentin Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılacaq. Bu barədə Mediaxeberleri.az-a nazirlikdən məlumat verilib. Nazir
20:27 Səlim Müslümova daha bir şikayət ÜNVANLANDI Şirvan şəhəri, F.Cavadov küçəsi 48-də yaşayan Naməddin Mirzəyev 3-cü qrup əlil olan oğlunun üzləşdiyi problemi həll edə bilmir. Daha doğrusu, oğlu Fərrux Mirzəyevin eşitmə qabiliyyəti olmadığından ona verilmiş cihaz təyinatı üzrə olmadığından problem yaranıb. JAM.AZ-a müraciət edən Şirvan sakini
20:08 Prezident İlham Əliyevin ünvanlı sosial yardımla bağlı - Fərmanı Azərbaycan prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, fərmanda aşağıdakı göstərişlər verilib: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş
15:06 Sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 10,3 faiz artıb Yanvar ayında ünvanlı sosial yardım alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 min 675 ailə azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar ayında ölkəmizdə 107 min 761 ailə (470 min 237
09:09 Uşaqlarla bağlı vahid məlumat bazası yaradılır (VİDEO) Plana əsasən cari ilin mart ayının ortalarına qədər minimum standartların hazırlanması başa çatdırılacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazası yaradır. Bu bazada sağlamlıq imkanları məhdud olan, çətin həyat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az