t s

» » Xocalı qurbanlarının xatirəsi yad edildi - Almatı

Xocalı qurbanlarının xatirəsi yad edildi - Almatı

23-02-2015, 02:19 Yazar:  Məmməd Məmmədov Baxılıb: 718 Çap et
Xocalı qurbanlarının xatirəsi yad edildi - AlmatıAlmatı şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin və “Ozan” Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət!” kompaniyası çərçivəsində tədbir keçirilib.

İctimai-siyasi xadimlərin və Almatıda fəaliyyət göstərən diaspora təşkilatları təmsilçilərinin iştirak etdikləri tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Xocalıda törədilmiş cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün imkanlardan istifadə olunacağına, soydaşlarımızın, xüsusilə də tələbələrimizin və gənclərimizin Azərbaycan tarixindəki bu qanlı səhifəni heç zaman unutmayacağına əminliklərini ifadə ediblər.

Natiqlər ermənilərin Xocalıda törətdikləri vəhşiliklərinin bəşəriyyətə qarşı törədilmiş cinayətlərdən ən dəhşətlisi olduğunu vurğulayıb, faciəyə indiyədək dünya birliyi tərəfindən siyasi-hüquqi qiymət verilməməsindən təəssüfləndiklərini bildirmişlər.

Tədbirdə Xocalı faciəsini əks etdirən kitab və şəkillərdən ibarət sərgi təqdim edilib, Xocalı soyqırımı və erməni terrorunu əks etdirən sənədli film nümayiş olunub. /AzərTac




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:51 Xocalı soyqırımı ilə bağlı aksiya - İsveçrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “ Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri olduğu kimi İsveçrədə də Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Ölkənin paytaxtı
15:07 Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər keçirilir. Bu silsilədən növbəti tədbir Rustavi şəhərində təşkil olunub. Əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi
22:09 Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Vyanada aksiya və yürüş keçirilib Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 21-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib. 

 Ştefan meydanında qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi
16:58 Argentinada Xocalı soyqırımı anıldı Argentinada Xocalı soyqırımının anımı münasibətilə Ermənistan-Azərbaycan münaqişəsinə dair kitabın təqdimatı keçirilib. Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Azərbaycanın Argentinadakı Səfirliyi tərəfindən “Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin sənədləri toplusu” adlı kitabın
18:51 Norveç parlamenti qarşısında Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Norveç parlamentinin binası qarşısında mitinq təşkil edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada hər iki təşkilatın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az