t s

» » Səidə Sultan: Mətanəti, Əkizləri niyə efirdən uzaqlaşdırmadız?

Səidə Sultan: Mətanəti, Əkizləri niyə efirdən uzaqlaşdırmadız?

9-07-2015, 01:33 Yazar:  Aygün Baxılıb: 582 Çap et
Səidə Sultan: Mətanəti, Əkizləri niyə efirdən uzaqlaşdırmadız?Həyatda haqq deyilən bir söz var! Bəzən haqqı rüşvət, işinin naminə görməyib nahaq hərəkət edən insanlar var. Əgər insan demək olarsa…

Bu çoxluqlar baş alıb gedir”.


Mediaxeberleri.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri bir müddət əvvəl “Space” kanalından uzaqlaşdırılan aparıcı-müğənni Səidə Sultan sosial şəbəkədə yazıb.

Müğənni MTRŞ-nın düzgün qərar vermədəyini iddia edib:

“Azərbaycanımızda Televiziya Şurası deyilən bir qurum var. Baxın, Televiziya Şurası düzgünlükdən danışır. Mənim indi adını çəkdiyim xanımların heç biri ilə qərəzliliyim yoxdu. Mətanət verilişində xalqın hissinə toxunan sözlər dedi, ictimai qınaq oldu. Əkizlər milli pulumuzu cırdı. O da qınaq oldu. Televiziya Şurası niyə xalqa dəstək olub uzaqlaşdırmadı? Niyə?”.

Səidə efir zamanı işlətdiyi ifadəni səmilikdən irəli gəldiyini qeyd edib:

“Mənim səmimilikdən irəli gələrək dediyim söz belə ağır dərd oldu? Sizə məsləhətim var. Gedin dırnaqarası jurnalistləri təmizləyin. İşə götürənlər bir diplomuna, təcrübəsinə, dünyaya sağlam baxışına baxsın. Bir dəfə də oturub bunları təmizləyin. İnsanların fikrni gic-gic fikirlərə yönəldib, pis gələcəyə, sözbazlığa aparan insanlardan təmizləyin! Yoxsa səmimiliklə bambılılığı səhv salmayın. Elə sizin özünüzdə, Televiziya Şurasında böyük dəyişiklik etmək lazımdı. Çox istərdim rəhbərlik buna baxsın. Siz özünüz heç də aydan arı, sudan duru deyilsiz. Camaat çörəyi qulağına yemir. Söhbət o verilişdən getmir. Mən veriliş aparmıram xoruz yox idi? Səhər açılmırdı? Sadəcə belə haqsızlıq olanda göz yuma bilmirəm”.

Qeyd edək ki, dünən efirə gedən buraxılışda Səidə Sultan qonağı olan müğənni Rəhim Rəhimlinin Niyam haqqında dediklərinə “Adə, uşağımın xətrinə dəymə, cıraram səni” cavabı ilə reaksiya verib. Kanal rəhbərliyi sözügedən hadisədən sonra müğənnini efirdən uzaqlaşdırıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:17 Səidə Sultan: Pula satılan fahişələr, başqalarına gücünüz çatmadı? “Belə xalq dərdi çəkən çaqqallara desən ki...”. Xəbər verdiyimiz kimi müğənni Səidə Sultan “Əsl şou” verilişində həmkarı Rəhim Rəhimlinin ünvanına işlətdiyi “Cıraram səni” ifadəsinə görə efirdən uzaqlaşdırılıb. İfaçı onu tənqid edənlərə sosial şəbəkədə sərt sözlər yazıb: “Tərbiyədən, qeyrətdən
01:05 Səidə Sultan Rəhimə: "Cıraram səni!" sözünə görə “Space”dən qovuldu - VİDEO “Space” kanalında yayımlanan “Əsl şou” verilişinin aparıcısı, müğənni Səidə Sultan efirdən uzaqlaşdırılıb. Mediaxeberleri.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, dünən efirdə səslənən qeyri-etik sözlərə görə kanal rəhbərliyi tərəfindən “Space”dən qovulub. “Əsl şou”nun aparıcılığı isə başqa
14:30 "Vaqif Mustafayev vədinə əməl etməsə..." - "Space"i cəza gözləyir “Milli Televiziya və Radio Şurası tərəfindən “Space” telekanalının rəhbəri Vaqif Mustafayevə iradlar bildirilib”. Bunu aznews.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov “Space”in efirində baş verən “Sən fahişəsən” olayına münasibət bildirərkən deyib. O
02:01 Səidə Sultan: “Bəyəm o sinə tək məndədir?” — AÇIQLAMA+VİDEO Müğənni Səidə Sultan Space-də yayımlanan “Əsl şou” verlişində qarşılaşdığı xoşagəlməz hadisədən danışıb. Qeyd edək ki, müğənni mahnı oxuyarkən geyiminin sinəsi açılıb. Sənətçi Ölkə.Az-a açıqlamasında bildirib ki, canlı yayımdan öncə geyimində heç bir problem olmayıb: “Əslində efirə çıxanda o
12:45 Canlı efirdə Səidə Sultanın sinəsi çöldə qaldı – BİABIRŞILIQ (VİDEO) Space TV-də efirə gedən “Əsl şou” verlişində müğənni Səidə Sultan studiyaya mini ətəkli və sinə dekolteli geyimdə çıxıb. Mediaxeberleri.az xəbər verir ki, mahnı ifa edərkən müğənninin sinəsi açılıb, amma müğənni sinəsini örtməyə tələsməyib. Tamaşaçılarla salamlaşdıqdan sonra isə digər aparıcı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az