t s

» » Ərindən məşhur aparıcıya ölüm təhdidi: "Səni kəsərəm"

Ərindən məşhur aparıcıya ölüm təhdidi: "Səni kəsərəm"

7-07-2015, 12:35 Yazar:  Röya Baxılıb: 454 Çap et
Ərindən məşhur aparıcıya ölüm təhdidi: "Səni kəsərəm" O, özündən 11 yaş kişik ərindən qorunmaq üçün polisə getməli odu.

Özündən 11 yaş kiçik gənclə evlənən tanınmış türkiyəli aparıcı boşanmağa qərar verib. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Ece Erken ilə Serkan Uçarın boşanma ərizəsinin bəzi detalları yayılıb.

Ötən il iyun ayının 20-də ailə quran və iki ay öncə ilk övladları Eyməni qucaqlarına alan cütlüüyün ailəsi üzərində qara buludlar dolaşmağa davam edir.

Teleaparıcı qoruma tələbi ilə məhkəməyə müraciət edib və həyat yoldaşının onu ölümlə hədələdiyini deyib.

İddiaya görə, ailə Eceyə məxsus olan İstanbul Ortaköydəki evdə yaşayıb. Ailənin təməli Uçarın təhqirləri ilə zədələnib. Belə ki, o həyat yoldaşını tez-tez təhqir edib, alçaldıb. Hər dəfə üzr istəsə də sonradan eyni davranışları təkrarlayıb.
Ece və Serkan ötən il nağıl kimi toyla evlənmişdilər.

Qadın hamiləlik zamanı da dəfələrlə ərinin təzyiqlərinə məruz qalıb və xəstəxanaya düşüb. Hətta övladını itirmək təhlükəsi ilə üzləşib.

Məhkəmə şikayətində yer alan məlumata görə, doğuşdan sonra Ece ərinin düzələcəyinə ümid edib. Lakin bu baş vermədiyini görəndə boşanmağa qərar verib.

"Serkan Uçarı həkimə getməyə inandıra bilsələr də, o bu işi yarımçıq qoyub. Həm ailəsini, həm də həyat yoldaşının yaxınlarını ölümlə təhdid edib. Hətta o arvadının telefonuna "səni kəsərəm", "səni öldürərəm" "məndən ayrılsan bu sənin sonun olar" kimi SMS-lər göndərib".

Ece Erken oğlu ilə özünə mühafizəçi təyin edilməsini tələb edib. Məhkəmə Serkan Uçarın 3 ay müddətinə həyat yoldaşına yaxınlaşmasını qadağan edib. Bundan başqa gənc ata silahını polisə təhvi verməli, həkim müayinəsindən keçməlidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:00 Səhvən sevgilisnə yox, həyat yoldaşına göndərdi "Hardasan sevgilim?"... DƏHŞƏTLİ ANLAR Türkiyənin Konya şəhərində həyat yoldaşını öldürən qadına 24 il həbs cəzası verilib. Mediaxeberleri.az xəbər verir ki, sözügedən qadın həyat yoldaşı tərəfindən bağ evində günlərcə ac-susuz saxlanılıb, işgəncələrə məruz qalıb. Buna səbəb isə ər-arvad arasında xəyanət şübhəsi olub. Məhkəmədə məlum
08:45 Dünyanın ən qəribə boşanma - Səbəbləri Bəziləri evliliyi sevginin bitdiyi gün kimi qiymətləndirsələr də, psixoloqların sözlərinə görə cütlüklər arasında əsil sevgi evləndikdən sonra başlayır. Ümumiyyətlə, evlilik çox çətin qəbul edilən qərar hesab edilsə də, təəssüflər olsun ki, bəzən tərəflər “onu” tapana qədər nə qədər əziyyət
09:07 Ərinin ikinci arvadını facebookda tapdı İngiltərədə yaşayan Çişel Oclee adlı qadın 6 illik həyat yoldaşının onunla eyni vaxtda başqa bir qadınla evli olduğunu öyrəndiyi zaman həyatının şokunu yaşayıb. 6 il əvvəl ailə həyatı quran qadın facebook sosial şəbəkəsində vaxt keçirərkən ərinin başqa bir qadınla çəkilmiş şəkillərini görüb.
01:03 Toy gecəsi qadın ərini qanına qəltan etdi Rusiyada baş verən cinayət hadisələrindən biri dünya mətbuatının gündəminə düşüb. ANS PRESS-in məlumatına görə, Rusiyada ikinci dəfə evlənən 47 yaşlı Anatoli toy gecəsi həyat yoldaşının qurbanı olub. Bu barədə İngiltərənin “Mirror” qəzeti xəbər yayıb Xəbərdə bildirilir ki, hadisəyə səbəb isə elə
00:01 Telefonuna gələn mesaja görə ər arvadını doğradı Bərdədə bayram günü ər arvadının biləklərini kəsib. Mediaxeberleri.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, hadisə Bərdənin C.Cabbarlı küçəsində baş verib. Bərdə rayon sakini Eldar Həsənov həyat yoldaşı 31 yaşlı Hüsniyyə Həsənova ilə mübahisə edib. Daha sonra Eldar həyat yoldaşını yerə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az