t s

» » Saatlı İcra Hakimiyyətində Qarabağ qazisini döydülər - sonra da həbs etdilər

Saatlı İcra Hakimiyyətində Qarabağ qazisini döydülər - sonra da həbs etdilər

20-02-2015, 19:06 Yazar:  Aygün Baxılıb: 711 Çap et
Saatlı İcra Hakimiyyətində Qarabağ qazisini döydülər - sonra da həbs etdilərSaatlıda özbaşınalıq pik həddə çatıb. Artıq rayon İcra Hakimiyyəti başçısı və yerli məmurlar vətəndaşlarla həddindən artıq kobud davranmaqla yanaşı, həm də haqqını tələb edənləri həbs etdirəcəkləri ilə hədələyirlər.

JAM.AZ-a az verilən məlumata görə, daha bir özbaşınalıq dünən baş verib. Belə ki, rayonun Molday kənd sakini, Qarabağ müharibəsi əlili Səbuhi Nizami oğlu Fətullayev yerli polis tərəfindən həbs olunub. Həbsinə səbəb isə üzləşdiyi problemlərlə bağlı Saatlı İcra Hakimiyyətinə gedərək, orada icra başçısı ilə görüşmək istəyi olub.

Məlumatda deyilir ki, həftənin 4-cü günü olduğundan icra başçısının birinci müavini İlham Quliyevin qəbulu keçirilirmiş. Ora gələn Səbuhi Fətullayev icra başçısı ilə görüşmək istədiyini bildirib. Lakin ona icazə verilməyib. Əvəzində isə bir neçə nəfər onu İcra Hakimiyyətində ağır formada döyərək, müxtəlif xəsarətlər yetiriblər. Qan içində olan Qarabağ əlilini oradan çağırılmış polis əməkdaşları aparıblar.

JAM.AZ-a verilən məlumata görə, İcra Hakimiyyətinə çağırılmış polis Qarabağ qazisinin qoluna qandal vuraraq, onu Saatlı Polis Şöbəsinə aparıblar. Bu gün isə məlum olub ki, Səbuhi Fətullayevə cinayət işi açılıb. Onu hansı cinayətdə ittiham edilməsi barədə isə hələlik heç bir bilgi verilmir.

Qarşı tərəfi də dinləməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:25 Adı böyük yeyintidə hallandırılan Zakir Fərəcov dara düşəndə necə davranır? - İcra başçısı ilə bağlı qərar yaxındadır… Hələ keçənlərdə informasiya verərək bildirmişdik ki, Abşeron rayon icra hakimiyyətinin (RİH) başçısı Zakir Fərəcovla bağlı «yuxarılar»ın qərarı olacaq. Bildirək ki, rayon rəhbərinin keçənilki maliyyə hesabatında kəsir yaranıb ki, bu da ortaya böyük yeyinti faktını çıxarıb. Bununla bağlı DİA.AZ-ı
09:24 Saatlıda ünvanlı sosial yardım qadağası - yoxsul ailələrə arayış verilməsi yasaqlanıb Saatlı rayonunda yoxçul ailələrin ünvanlı sosial yardım almasını ciddi əngəllər törədlilir. JAM.AZ-a verilən məlumata görə, icra başçısı Siraqəddin Cabbarov tərəfindən verilmiş təlimata əsasən yardım almaq istəyənlərə arayış verilməsi yasaq edilib. Belə ki, sənədləri hazırladıqları zaman yerli
09:07 Bu icra başçılarının dəyişdiriləcəyi deyilir Rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu barədə “istiqlal.az”
12:29 Fazil Məmmədovla Oqtay Əsədov üz-üzə Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək. Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az