t s

» » Dağlıq Qarabağla bağlı şərt

Dağlıq Qarabağla bağlı şərt

16-05-2015, 16:56 Yazar:  Aygün Baxılıb: 313 Çap et
Dağlıq Qarabağla bağlı şərtAzərbaycan Respublikası ilə Litva Respublikası Xarici Islər Nazirlikləri arasinda siyasi məsləhətləsmələr çərçivəsində Azərbaycan Respublikasının xarici islər nazirinin müavini Xələf Xələfov ilə Litva Respublikasının xarici islər nazirinin müavini Andrius Krivas arasında görüşü keçirilib.

Mediaxeberleri.az bildirir ki, Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı Nazir müavini X.Xələfov Azərbaycan və Litva arasinda ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib və siyasi məsləhətləşmələrin keçirilməsinin ikitərəfli siyasi dialoqun güclənməsinə təkan verdiyini qeyd edib. X. Xələfov əlaqələrin daha da dərinləşməsi və yeni əməkdaslıq imkanlarından istifadə olunması baxımından qarşılıqlı yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını vurgulayıb.

Regionda sülh və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də regionun ümumi inkisafina başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinə toxunan X.Xələfov, Litvanın bu məsələdə Azərbaycanın ədalətli mövqeyinə münasibətdə həssaslığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə mümkün olduğunun labüdlüyünü diqqətə çatdırıb.

Münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsinə dair Avropa İttifaqının qəti mövqe ortaya qoymasının zəruriliyini vurğulayıb.

X.Xələfov iki ölkə arasinda Hökumətlərarası İqtisadi Komissiyanın mütəmadi əsasda iclaslarının keçirilməsinin mövcud ticarət dövriyyəsinin artmasi və yeni iqtisadi layihə və təşəbbüslərin, eləcə də əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından önəmli platforma oldugunu qeyd edib.

İkitərəfli münasibətlərin ruhuna uygun olaraq çoxtərəfli formatda da iki ölkə arasında qarşılıqlı anlaşma və dialoqun yüksək səviyyədə olduğunu bildirən X.Xələfov Azərbaycan və Litvanın mövqelərinin yaxın və bir çox hallarda üst-üstə düşdüyünü bildirib.

Andrius Krivas Litvanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini, xüsusilə diplomatik münasibətlərin bərpasından keçən 20 il ərzində ugurlu əməkdaşlıq münasibətləri qurulduğunu və əlaqələrin daha da dərinləşdiyini qeyd edib. Hökumətlərarası İqtisadi Komissiyanın iclasları zamanı artıq razılasdırılmış layihələrin icrasina başlanmasının ikitərəfli əlaqələrə daha da təkan verəcəyini əlavə edib.

Litvanın Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, işğal altındakı ərazilərdə ticarət-iqtisadi fəaliyyətin Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalı olduğunu qeyd edib.

Görüşdə qarsiliqli maraq doğuran digər məsələlər də müzakirə edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:59 İlham Əliyev: Bütün ölkələrin ərazi bütövlüyü eyni yanaşma ilə tənzimlənməlidir Regional təhlükəsizlik üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, uzun illər bu məsələ öz həllini tapmır. Mediaxeberleri.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının
15:43 İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi Bu gün prezident İlham Əliyev Qazaxıstan və Vyetnamın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib. Mediaxeberleri.az Dövlət Başçısının rəsmi saytına istinadən xəbər verir ki, Qazaxıstanın səfiri Beybit İsabayev etimadnaməsini prezidentə tədqim
19:21 Qarabağla bağlı dəqiq vaxt tələbi XİN: Ermənistan qeyri-konstruktiv və işğalçı siyasətini davam etdirir Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Uolteri qəbul edib. Azərbaycan
00:55 3 ölkə Ermənistana mesaj verdi "Bu yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər" Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya
15:07 Üç ölkə biznes forum keçirdi - Forumda 350-dən çox rəsmi şəxs və iş adamı iştirak edib Batumidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Gürcüstan-Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib. İqtisadiyyat və Sənaye

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az