t s

» » Kredit alanda müqaviləni oxumaq nə üçün lazımdır?

Kredit alanda müqaviləni oxumaq nə üçün lazımdır?

20-02-2015, 09:21 Yazar:  Aygün Baxılıb: 758 Çap et
Kredit alanda müqaviləni oxumaq nə üçün lazımdır?Bu il güzəştli ipoteka kreditinin verilməsi üçün 50 milyon manat ayrılıb. Hazırda 22 müvəkkil bank seçilib. Manatın ucuzlaşması fonunda yaranan vəziyyət bir çox vətəndaşların narahatçılığına səbəb olub. Bəzi vətəndaşları düşündürən odur ki, bundan sonra dövlət hesabına verilən güzəştli ipoteka kreditləri, bankların israrı ilə dollar ekvivalenti ilə verilə bilərmi? Banklar belə bir səlahiyyətə malikdirlərmi?

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, dövlət hesabına verilən güzəştli ipoteka kreditlərində seçilən banklar sadəcə əməliyyatçıdır: “Bu banklar dövlət tərəfindən seçilib və onların başqa bir səlahiyyəti yoxdur. Amma biznes ipoteka kreditləri də var ki, bu bankın öz vəsaiti və təşəbbüsüdür. Hazırda biznes ipotekasının faiz dərəcəsi 10-12 faizdir. Bu ipotekada bank krediti hansı valyuta və faizlə verməsində azaddır. Ümumiyyətlə, kreditlərin əsas xüsusiyyətlərindən biri odur ki, hansı valyuta ilə verilirsə, o valyuta ilə də geri alınmalıdır.”

R. Həsənov qeyd etdi ki, bundan sonra banklar kreditlərin dollarla verilməsi prosesini sürətləndirəcəklər: “Hazırda bank faizləri ilə bağlı hökumət tərəfindən müəyyən banklara təzyiqlər var. Bu onu deməyə əsas verir ki, banklar kredit faizlərini artırmaq imkanından hələlik məhrumdurlar. Belə olduğu təqdirdə bank rəhbərləri anlayır ki, hazırda manatın məzənnəsinin itirilməsi prosesi təxminən 10-15 faizi əhatə edə bilər. Ona görə də mümkün deyil ki, banklar manatla kredit verməkdə maraqlı olsunlar.”


Ekspert kredit müqavilələrində vətəndaşların diqqətindən yayınan bir məqama da toxunub. Onun sözlərinə görə, bir çox kredit müqavilələrində devalvasiya ilə bağlı maddə öz əksini tapıb: “Müqavilələrin əksəriyyətində maddələrdən biri də odur ki, devalvasiya baş verərsə bu zaman aylıq kredit ödənişlərini bankın indeksasiya etmək səlahiyyəti var. Bu hallara bəzi məqamlarda rast gəlinir. Açıq şəkildə bank hansı həddə bu addımı ata bilər mütləq göstərilməlidir. Hədd göstərilmirsə, əks halda qanunsuz sayılır. Bir çox hallarda bu maddə öz əksini tapmır. Bu da ondan irəli gəlirdi ki, banklarda son 10 ildə manatın daim möhkəmlənməsinə bir əminlik formalaşmışdı. Yeni verilən kreditlərdə isə buna bənzər maddələrin əlavə edilməsi mümkündür.”

İqtisadçı, bu kimi məsələlərdə qonşu Türkiyə təcrübəsindən yararlanmağı məqsədəuyğun hesab edir: “Qonşu Türkiyəyə baxsaq, bu məsələlər adətən parlament tərəfindən müzakirə edilir. Kredit ödənişləri və lirənin devalvasiyası ilə bağlı problemlər yarandıqda kreditlərə zaman tanınması, kredit götürənlərə əlavə vaxtların verilməsi, kredit ödənişlərinin indeksasiyası məsələləri qanunverici orqan tərəfindən müzakirə edilərək qərara qəbul olunur. Situasiya bu şəkildə davam edərsə, bank-maliyyə sistemində problemlər yaranarsa, banklar Azərbaycan manatı ilə kredit verməkdən imtina edərlərsə, Azərbaycanda da qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi məqsədəuyğun sayıla bilər. Necə ki, ölkədə son illər pensiya təminatının inflyasiyaya uyğun indeksləşdirilməsi həyata keçirilir. Mümkündür ki, bank kreditləri ilə bağlı da belə bir addım atılsın, qərar qəbul edilsin. Bu daha münasib idarəetmə formalarından biri hesab edilir. O zaman tərəflərin hüququ qorunur.”

R.ZEYNALLI/Analitik.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:29 Bakıda islam ipotekası (VİDEO) İslam qaydalarına uyğun ipoteka sisteminin yaradılması təklif olunur Azərbaycanda islam qaydalarına uyğun ipoteka sisteminin yaradılması təklif olunur. Mediaxeberleri.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, bundan başqa bankların şəriət qaydalarına uyğun fəaliyyət göstərə bilməsi üçün
09:02 Mərkəzi Bankdan şok manat qərarı Milli valyutanın dollardan asılılığından imtina edildi; ekspertlər bildirirlər ki, hökumətin bu addımı manatın ucuzlaşmasını şərtləndirəcək... Azərbaycan manatı dollardan asılılıqdan imtina edib. Bildirilir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 16-dan etibarən məzənnə
00:33 Manat rubl kimi ölə bilər (VİDEO) Ekspertlər əhalini təşvişə düşməməyə, təmkinli olmağa çağırır Dünyada gedən siyasi və iqtisadi prosseslərin sürətli dəyişməsi, neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəhayət Azərbaycanın dollardan və avrodan qiymətli manatına da təsir etməyə başladı. Hələlik böyük təsir yoxdur. Amma
23:22 Manat düşməyə başladı Manatın məzənnəsi bivalyuta səbəti əsasında müəyyənləşdirilir Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarını bircə cümlə ilə belə ifadə etmək olar: hökuməti manatın yumşaq ucuzlaşdırılmasına start verdi. Bu barədə bu gün iqtisadçı ekspert Samir
23:07 “Kapital Bank”ın Füzuli filialında maxinasiyalar Camal Ocaqverdiyev dövlətin pullarını sələmə verir Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində “Kapital Bank”ın Füzuli filialının fəaliyyətində yer alan çeşidli nöqsanlara dair materiallar dərc olunmaqdadır. Bu xüsusda redaksiyamıza təqdim edilən məlumatlarda filialın müdiri Camal

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az