t s

» » Səlim Müslümovun işçiləri Tovuzda bir-birilərilə davaya çıxdılar - Rüşvəti bölə bilmirlər...

Səlim Müslümovun işçiləri Tovuzda bir-birilərilə davaya çıxdılar - Rüşvəti bölə bilmirlər...

17-02-2015, 00:53 Yazar:  Səməd Tovuzlu Baxılıb: 762 Çap et
Səlim Müslümovun işçiləri Tovuzda bir-birilərilə davaya çıxdılar - Rüşvəti bölə bilmirlər...Tovuz rayon 28 saylı TSEK-in həkim komissiya üzvləri arasında hökm sürən narazılıq o həddə çatıb ki, tərəflər bir-birini didməkdən belə çəkinməyiblər.
Daha doğrusu, Tovuz rayon 28 saylı TSEK-in sədri Arif Səmədov komissiya üzvü olan həkimlə pulu bölüşə bilmir, münaqişə hazırda da davam edir. Məlumata görə, TSEK-in iş rejimi 5 gündən ibarətdir. Həftənin 1-ci və 5-ci günləri təkrar komissiyadan keçməli olan xəstələr və ilkin sənədlərin qəbulu üzrə əlillik qrupu almaq istəyən şəxslər TSEK-ə müraciət edirlər. Bu işlərlə həkim komissiya üzvləri məşğul olur. Hətta qayda belədir ki, ilkin sənədləri qəbul edən komissiya üzvü həkim sonrakı mərhələlərdə də müayinə edib qrup təyin etdiyi xəstəyə məsuliyyət daşıyır. 28 saylı TSEK-də əlillik heç kimə pulsuz təyin edilmir, heç bir xəstə 70-150 manat verməsə, təkrar komissiyadan keçirilmir. Əlillik təyin olunan “xəstələr”dən 2-ci qruplar üzrə 3000 manat, 3-cü qrup əlillik dərəcəsi almaq istəyənlərdən 1500-2000 manat qarşılığında vəsait alınır. Bu vəsaitlər sahə üzrə ixtisaslaşmış möhtəkirlərin əli ilə alınır. Alınan pul 28 saylı TSEK-in sədrinə rayonun müxtəlif yerlərində kafe və çayxanalarında verilir. Orta hesabla gün ərzində ilkin və təkrar komissiyaya gələn şəxslərdən 6000-7000 min manat yığılır. Bu qədər puldan Arif Səmədov 5 nəfər komissiya üzvü olan həkimlərin hər birinə gündəlik 100 manat vermir. Həkimlərə yığılmış ümumi puldan günorta yeməyi alınmır. Bir sözlə, “Heyva da mənə, armud da mənə” yanaşması narazılığa səbəb olur.
Komissiyadakı narazılardan birinin söylədiyinə görə, Arif Səmədov fikrini onunla izah edir ki, Tovuz rayonunun rəhbərliyinə və Bakıda mərkəzə xərci çox çıxır. Qazandığının cüzi hissəsi ona qalır.
Məlumat üçün onu da qeyd edək ki, bir müddət əvvəl Tovuz rayon 28 saylı TSEK-də baş alıb gedən negativ halları, tibb bacısı Samirə xanımın qanunsuz olaraq işdən çıxarılmasını, Qovlar kənd sakinlərindən rüşvət istənilməsini, Arif Səmədov tərəfindən gözümçıxdıya salınmasını yazmışdılar.
Səməd Tovuzlu \\ tezadlar.az \\




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:12 1 saylı Dəri Zöhrəvi Dispanserində Rəşad İsmayılov ruzigarı "Baş həkimin tapşırığıdır..." Artıq səhiyyə ocaqları barədə daxil olan şikayətləri eşitdikdə, elə də təəccüblənmirik. Necə deyərlər, artıq bu duruma vərdiş etmişik. Lakin vəziyyətin belə olması heç də xoş mənzərə deyil. Lakin təəssüflər olsun ki, səhiyyədəki yaşanan amillər gerçəkdir. Sağlamlıq
23:55 Bakıda 15 yaşlı qızın etdiyi dəhşət (VİDEO) Gecə saatlarında paytaxtın Sabunçu rayonu Muxtarov qəsəbəsi 8-ci mədəndə bıçaqlanma hadisəsi baş verib. ANS TV-nin məlumatına görə, 15 yaşlı Zemfira Abbasova ilə bacısı arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən Zenfira əlini bıçağa atıb və bıçağı özünün qarın nahiyyəsinə sancıb.
23:16 Uşaq stomatoloji poliklinikasında anarxiya Rafael Sultanovun rəhbərlik etdiyi poliklinikada vəziyyət acınacaqlıdır Qəzetimizin ötən saylarında biz dəfələrlə respublikamızın səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Məlum olduğu kimi
12:18 Ətimizi yeyən klinikalar Cərrahi əməliyyatların qiyməti və keyfiyyəti ürək ağrıdır Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az