t s

» » Müxalifət düşərgəsində ciddi təlatümlər yaşanır

Müxalifət düşərgəsində ciddi təlatümlər yaşanır

3-03-2015, 11:30 Yazar:  Aygün Baxılıb: 604 Çap et
Müxalifət düşərgəsində ciddi təlatümlər yaşanırPolitoloq, AXCP sədrinin sabiq müavini Razi Nurullayevin AXCP sıralarından istefa verməsindən sonra Azərbaycan müxalifəti daha aydın çalarlarla görünməyə başlayıb. Hər kəsin intelekt sahibi və bir neçə avropa dillərini mükəmməl bilən şəxs kimi tanıdığı Razi Nurullayev susmadı və AXCP sədri Əli Kərimlinin timsalında müxalifətin bütün paxırını açıb tökdü. Buradan belə nəticə hasil oldu ki, müxalifət içərisində də qaranlıqla işığın, keçmişlə gələcəyin və xeyirlə şərin mübarizəsi gedir.

Aydın oldu ki, müxalifət liderləri üçün elə oturduqları müxalifət kreslosu daha önəmlidir. Beynəlxalq aləmdə az qala bütün Azərbaycan müxalifətinin sözçüsünə çevrilən Razi Nurullayevlə yolunu ayırmaqla Əli Kərimli hələ bundan sonra da hansı yolla olursa olsun, AXCP sədri kimi qalacağını bəyan etmiş oldu.

Indiyə kimi müxalifətlə yolunu ayıranların analizini aparan zaman məlum olur ki, onların ləkələnməsi bir mərkəzdən baş verib. Əli Kərimli ilə yolunu ayıranlara “satqın” damğası vurulub. Ancaq, artıq siyasi səhnədə də kifayət qədər durulaşma olub. Xalq doğurdan da köhnə simalardan bezib və yenilik axtarışındadır. Yeniliyə uyuşmayan köhnələr isə özlərini siyasi səhnədə saxlamaq üçün yenilik tərəfdarlarını sıradan çıxarmaq yolunu tuturlar. Amma, unutmaq olmaz ki, zəka sahiblərini susdurmaq çox çətindir. Intelektlə nadanlığın vuruşunda hər zaman zəka qalib olub.

Məsələ burasındadır ki, müxalifət apardığı siyasi mübarizədə heç bir yenilik etmir. Danışmağa və tənqidə üstünlük verən müxalifət xalq tərəfindən qınanır. Çünki, onlar nə yeni proqram təqdim edirlər, nə də yeni yanaşma. Bütün sivil ölkələrdə müxalifət xalqa proqramını açıqlayır və görəcəyi işlərə xalqdan dəstək istəyir. Azərbaycan müxalifətinin böyük bir hissəsi isə ümumi sözçülüklə məşğul olur. Bunun da nəticəsində, xalqın etimadını qazana bilmir.

Vacib olan məsələlərdən biri də siyasi mədəniyyətin olmamasıdır. Siyasi istefa mədəniyyətinin olmaması, müxalifət daxilində avtoritarizmə və diktatura tipli idarəetməyə gətirib çıxarır. Elə Razi Nurullayevin istefasından sonra yaydığı bəyənatda da bu bariz şəkildə ifadə olunmuşdu. Əgər siyasi partiyada üzvlərin karyera inkişafı mümkün görünmürsə, demək ki, o siyasi təşkilat inkişaf edə bilməz. Üzvlərin maraqları təmin olunmayan təşkilat sonunda ya məhvə, ya da radikal dəyişikliyə məhkumdur. Bu zaman isə ağrılı proseslər baş verir. Elə Razi Nurullayevin istefası ilə də müxalifətdə ciddi təlatümlər yaşandı.

Son zamanlar baş verən siyasi hadisələri analiz edərək belə nəticəyə gəlmək olar ki, doğurdan da Azərbaycan müxalifətində keyfiyyət dəyişikliyi baş verməlidir. Köhnə təfəkkür, yeni təfəkkürlə əvəzlənməlidir. Əks halda, xalqla siyasət arasında olan uçurum daha da dərinləşəcəkdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:00 Razi Nurullayev Milli Şuradan çıxarılacağını gözləyir “Milli Şuraya daxil olan hər bir insan xüsusi bir filtrdən keçirilir” Bir həftə öncə AXCP-dən istefa verən Razi Nurullayevin Qərb ölkələrinin səfirliklərinin gözündən salınması üçün adıçəkilən partiyanın rəhbərliyinə daxil olan bir sıra şəxslər tərəfindən təbliğat aparılır. Təbliğatın ana xətti
19:08 Nurəddin Məmmədli : "Razi Nurullayevin pafosla danışması mənəvi deqradasiyanın ifadəsidir" Nurəddin Məmmədli Razi Nurullayevin cavabını belə verdi Razi Nurullayev AXCP-yə gələn gündən həmişə onunla münasibətim yaxşı olub. Etiraf edim ki, onun haqqında neqativ fikir söyləmək istəyində deyildim. Amma onun bu səviyyədə yalançı, böhtançı olmasını sükütla qarşılamaq da mümkün deyil. İddia
22:14 Əli Kərimlinin gizli tapşırığı (VİDEO) AXCP-nin sədr müavini R.Nurullayev ANS-ə eksklüziv müsahibə verdi Azərbaycan Xalq Cəbhəsi Partiyasında qalmaqal yaşanır. Səbəbsə partiyanın sədr müavini Razi Nurullayevin bəyənat verərək partiyadan və tutduğu postdan istefa etməsidir. Bununla bağlı bir çox məlumatlar yayılır. Məsələyə aydınlıq
01:41 Fuad Qəhrəmanlı: “Razi Nurullayevin hakimiyyətə loyal münasibəti vardı” AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sədr Əli Kərimlinin bu gün vəzifədən çıxardığı digər müavini Razi Nurullayevi hakimiyyətə işləməkdə ittiham edib. APA-nın xəbərinə görə, F. Qəhrəmanlı “facebook” sosial şəbəkəsindəki statusunda R. Nurullayevin müavin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini
01:18 Razi Nurullayev: “AXCP-də diktatura hökm sürür, Əli Kərimli avtoritar düşüncəyə malikdir” - YENİLƏNİB Bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini postundan uzaqlaşdırılan Razi Nurullayev partiyadan istefa verdiyini bəyan edib. Bu barədə o, özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. O, buna təəssüfləndiyini qeyd edib. R. Nurullayev istefasına

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az