Avropa Azərbaycan xalqına bu qədər DƏSTƏK OLSA... - HƏQİQƏTƏN DƏ...
Ukrayna nəhayət ki, lazım olanı edir. El arasında deyildiyi kimi, pazı pazla çıxardarlar və ya ən yaxşı müdafiə hücumdur. Müharibə Rusiyanın dərinliklərinə irəlilədikcə rəsmi Kreml danışıqlara məcbur olacaq. Eyni zamanda bir müşahidəmi bölüşməyə bilmirəm. Qarabağ müharibəsi zamanı istər daxildə, istər xaricdə azərbaycanlılar faktiki olaraq könüllü cəbhəyə axışmaq istəyirdilər. Baxmayaraq ki, içi mən qarışıq Azərbaycan hökumətindən həmişə zərbə görmüşük. Yenə də o zaman ölkəyə dəstək verdik. Lakin ukraynalıların əksəriyyətində sanki bunun əksini görürəm. Məsələn, son iki ildə Avropaya on minlərlə savaş qabiliyyətli ukraynalı kişi gəlib. Balaca İsveçrədə 11 min, Nederlandda 30 min döyüş qabiliyyətli ukraynalı var. Eyni zamanda milyonlarla insan evini tərk edib. Prinsipcə Rusiyanın xaricdəki səfirlik və konsulluqlarının önü hər gün dolu olmalıdır, iş fəaliyyətləri mümkünsüz vəziyyətə gətirilməlidir. Doğrudur, müharibənin ilk ili aksiyalar olurdu. Ancaq 2024-cü ildə aksiyalar seyrəldi və getdikcə unudulmaq durumuna gəldi. İnsanlar şəxsi həyatlarını yaşayır. Ailələr dağılır. Bir çoxları müharibəni də unudur, orda döyüşən yaxınlarını da… Bunları müşahidə edərkən Azərbaycan xalqının daha vətənpərvər olduğu qənaətinə gəlirəm. Azərbaycan xalqına bu qədər dəstək olsa, 6 aya İranı ələ keçirib Təbrizi paytaxt elan edər.