Əliyev və Ərdoğan ona dəstək verir: İrəvan üçün pis ssenari
2020-ci ildə Azərbaycana müharibəyə başlamağa imkan verənlərdən biri olan Donald Trampın yenidən prezident seçilməsi Ermənistan üçün ən pis ssenaridir. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan deyib. O bildirib ki, Əliyevlə Ərdoğanın Trampa dəstək ifadə etməsi təsadüfi deyil. Eyni zamanda Danielyan əlavə edib ki, İran və Azərbaycan arasında moderator funksiyasını üzərinə götürən Rusiyanın Cənubi Qafqazda rolu artır: “Bu region yenidən Moskvanın təsir zonasına çevrilir. Belə bir vəziyyətdə Ermənistan hakimiyyətinin Rusiya ilə yeni münasibətlər qurmağa, İranla münasibətləri dərinləşdirməyə çalışması vacibdir. Bu, Ermənistan üçün çox vacibdir”.
Oxunub: 2 552
Xəbəri paylaş
Paylaş: