Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Bakıda 50 ildən çox yaşı olan park belə məhv olur - Video
  • Rektor “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb
  • Azərbaycan millisi Andorraya qalib gəldi
  • MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
  • İran Zəngəzura hücuma hazırlaşır – Tehranda Ermənistan düşmən ölkə elan edildi
  • İcra başçısı ilə şəhid atası dalaşdı – VİDEO
  • Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlandı - FOTO
  • Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
  • Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
  • 500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
  • Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMA
  • İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub
  • Bakıda məşhur restorandakı yanğın söndürüldü - Foto/Video
  • Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçmək özü işgəncədir"
  • Qara dənizdə yük gəmizi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
  • Bakıda obyekt yanır: bu yol bağlandı - Video
  • Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə olunub
  • Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
  • İşdən çıxarılan generala yeni vəzifə verildi
  • Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İlham Əliyev və Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər

  • Tarix: 12-07-2024, 08:21

İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Pakistanın Baş naziri çıxış etdi.

Baş nazir Məhəmməd Şahbaz Şərifin bəyanatı

- Mənim əziz qardaşım, Sizi Pakistanda salamlamaq məndə böyük məmnunluq və şərəf hissi oyadır. Siz öz dəyərli vaxtınızı sərf edərək qardaş ölkəyə səfər edirsiniz. Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir. Cənab Prezident, 2023-cü ildə məni Azərbaycana dəvət etdiyiniz çox yaxşı xatirimdədir. Səxavətiniz və çox səmimi qonaqpərvərliyinizlə bağlı o xoş anları hələ də xatırlayıram. Nahar zamanı ləziz yeməyiniz hələ də xatirimdədir. Kaş onun dadına bir də baxa bilərdim. Lakin bunun üçün Sizin möhtəşəm ölkənizi yenə də ziyarət etməliyəm. İnşallah, noyabr ayında gələcəyəm.

Zati-aliləri, bu gün çox məhsuldar təkbətək görüşümüz və sonra geniş tərkibdə görüşümüz oldu. Bu müzakirələrin qarşılıqlı inam və etimad, hər iki ölkənin irəli getməli olduğuna və hələ də kiçik olan, təqribən yüz milyon dollardan az olan və dostluğumuzu, qardaşlığımızı əks etdirməyən ticarət, birgə investisiyalar, birgə əməkdaşlıq sahələrində, qarşılıqlı fayda verən sahələrdə daha yüksək nailiyyətlər qazanmalı olduğuna dair təcililik və sarsılmaz dəstək əsasında aparıldığından çox məmnunam. Əlbəttə ki, münasibətlərimiz onilliklər ərzində davam edir və hər iki ölkə arasında bayaq qeyd olunduğu kimi bu münasibətlər səmimi xarakter daşıyır. Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq.

Pakistan həmişə sizin Qarabağla bağlı mövqeyinizi dəstəkləmişdir və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib. Eynilə mənim əziz qardaşım, Siz həmişə kəşmirlilərin haqq işini dəstəkləmisiniz. Mən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur. Mənim əziz qardaşım, böyük məmnunluqla böyük qardaşım Baş nazir Nəvaz Şərifin hakimiyyətdə olduğu dövrdə - 2017-ci ildə Pakistana səfərinizi xatırlayıram. Tarix yenidən təkrarlanır. Bu gün Siz Pakistanı ziyarət edirsiniz. Mən Nəvaz Şərifin kiçik qardaşı olaraq Pakistan hökuməti və xalqı adından Sizi qəbul edirəm.

Bugünkü ətraflı söhbət zamanı biz ikitərəfli ticarətimizi genişləndirməklə bağlı razılığa gəldik. Biz, həmçinin birgə əməkdaşlıq və birgə investisiya sahələrini müzakirə etdik. Qardaşım Prezident, icazənizlə deyim ki, biz qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə apardıq. Bu gün biz bununla bağlı ilkin müzakirələr apardıq. Sabah isə iki ölkənin nümayəndə heyətləri ilə rəsmi müzakirələr aparılacaq və sonra ümidvaram ki, mən noyabrda sizin möhtəşəm ölkənizə səfər edəndə, o vaxta qədər hər iki tərəf ilkin olaraq 2 milyard dollar dəyərində razılaşmaları imzalamağa hazır olacaq. İnşallah, bu göstəriciləri qarşıdakı illərdə milyardlarla dollaradək artırmaq üçün hər iki tərəfin böyük potensialı var. Əminəm, hər iki tərəf, xüsusilə Pakistan tərəfi qardaş ölkəmiz olan Azərbaycanın bu sürətinə çatmaq üçün gərgin işləyəcək ki, biz bu müzakirəni həqiqi fəaliyyətə çevirə bilək.

Əziz qardaşım, son olaraq Bakıda COP29-a ev sahibliyi etməyə hazırlaşdığınız bir vaxtda mən Sizə və hökumətinizə ən xoş arzularımı çatdırmaq istərdim. COP29 inkişaf etməkdə olan bütün ölkələr, o cümlədən Pakistan üçün mühüm beynəlxalq tədbir olacaq. Biz əminik ki, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə, İnşallah, COP29 Pakistan kimi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi məsələləri ilə bağlı nəticələrə nail olacaq.

Əziz qardaşım, Pakistana səfərinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək və təkrarlamaq istərdim ki, Zati-alinizin səfəri qardaşlıq əlaqələrimizdə həlledici məqam olacaq. Bu səfər, həqiqətən də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın tamamilə yeni dövrünü açacaq. Mən qeyd etmək istərdim ki, bir qədər əvvəl sizin burada əyləşən ekspertlərinizdən biri tərəfindən hazırlanmış İslamabadın abadlaşdırılması planı təqdim olundu. Üzünüzü göstərmək istərdinizmi? O, özünün abadlaşdırma planını təqdim etdi. Biz bu cür planları bəzən İstanbuldan nümunə götürürdük, indi isə Bakıdan nümunə götürürük. Onun komandası bu yaxınlarda İslamabada səfər edəcək. Daxili işlər naziri də buradadır. Heyətin rəhbəri bu fürsətdən istifadə edib İslamabadı Bakıya oxşadacaq. Bu, İnşallah, sizə məşhurluq gətirəcək. Mən bir daha Sizə təşəkkürümü bildirmək və fikirlərinizi ifadə etmək üçün söz vermək istərdim. Təşəkkür edirəm.

Sonra dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli Baş nazir, əziz qardaşım. İlk növbədə, dəvətə görə bir daha minnətdaram. Sizin gözəl ölkənizdə yenidən səfərdə olmaq böyük şərəfdir. Biz görüşəndə əziz qardaşımdan xahiş etdiyim ilk məsələlərdən biri salamlarımı və hörmətimi mənim çox hörmət etdiyim və 7 il əvvəl burada - bu binada görüşdüyüm qardaşım, Baş nazir Nəvaz Şərifə çatdırmaq oldu. İndi isə mən böyük qardaşımıza hörmətimi kameralar qarşısında ifadə etmək istəyirəm. Mənim Pakistana 7 ildən sonra qardaşımın qardaşı Baş nazir olduğu zaman səfər etməyim rəmzi məna kəsb edir.

Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu "Multan" adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir.

Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.

Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi.

Biz Nazirlər Kabinetinin üzvlərinə bütün lazımi təlimatları vermişik. Onlar artıq təmas qurublar. Sabah səhər əziz qardaşımla növbəti görüşdən öncə onlar layihələri nəzərdən keçirmək və təhlil etmək məqsədilə yenidən görüşəcəklər. Yatıracağımız sərmayələrin ilkin həcmi, əziz qardaşımın qeyd etdiyi kimi, təxminən iki milyard dollardır. Biz energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı. Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq. Onları mübadilə etmək çox vaxt apardı və təsəvvür edin ki, onların hazırlanması nə qədər vaxt tələb edib. Bu əsasla biz qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq. Onlardan birini mən xüsusilə qeyd etmək istərdim. Bu, güzəştli ticarətlə bağlı sənəddir. Biz ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddəni müəyyən etdik. Lakin bu, yalnız başlanğıcdır. Əlbəttə ki, həmin şəxsin üzərinə böyük məsuliyyət düşür. Qardaşım ondan ayağa qalxmağı xahiş etdi ki, İslamabadda hər kəs onu tanısın. Bu abadlıq işlərində iştirak etmək böyük məsuliyyət və şərəfdir. Buyurun, əyləşin. Sizə deyə bilərəm ki, mən artıq qardaşımın xahişi ilə onu və onun heyətini ezam etdim və onlar müəyyən vaxt ərzində burada olublar. Onlar hörmətli Baş nazirə təqdim etdiyimiz layihənin ilk variantını hazırlayıblar. Onlar baxacaqlar, nəzərdən keçirəcəklər və əgər layihə təsdiqlənərsə, o, öz heyəti ilə dərhal buraya gələcək və gözəl şəhəri daha da gözəlləşdirmək üçün hər şeyi edəcəklər.

Qardaşlığa görə sağ olun, qardaşım. Dəstəyinizə görə sağ olun. Bir il öncə - iyun ayında Azərbaycana etdiyiniz səfər, deyərdim ki, bir növ sıçrayış oldu. Biz hər zaman bir-birimizi dəstəkləmişik. Biz hər zaman əməkdaşlıq etmişik. Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq.

Dəvətə, qonaqpərvərliyə görə bir daha minnətdaram və qardaş Pakistan xalqına ən xoş arzularımı çatdırıram.

11 iyul, 20:14

İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.

Bu barədə AZƏRTAC məlumat yayıb.








Oxunub: 492
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 00:12 | Bakıda 50 ildən çox yaşı olan park belə məhv olur - Video
    Bu gün, 00:09 | Rektor “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb
    Dünən, 23:50 | Azərbaycan millisi Andorraya qalib gəldi
    Dünən, 22:42 | MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
    Dünən, 20:31 | İran Zəngəzura hücuma hazırlaşır – Tehranda Ermənistan düşmən ölkə elan edildi
    Dünən, 20:26 | İcra başçısı ilə şəhid atası dalaşdı – VİDEO
    Dünən, 18:06 | Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlandı - FOTO
    Dünən, 18:04 | Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
    Dünən, 18:02 | Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
    Dünən, 17:19 | 500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
    Dünən, 17:17 | Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMA
    Dünən, 16:54 | İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub
    Dünən, 16:44 | Bakıda məşhur restorandakı yanğın söndürüldü - Foto/Video
    Dünən, 16:21 | Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçmək özü işgəncədir"
    Dünən, 16:19 | Qara dənizdə yük gəmizi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
    Dünən, 16:07 | Bakıda obyekt yanır: bu yol bağlandı - Video
    Dünən, 14:57 | Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə olunub
    Dünən, 14:42 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
    Dünən, 14:30 | İşdən çıxarılan generala yeni vəzifə verildi
    Dünən, 14:28 | Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi
    Dünən, 14:14 | Minimum əmək haqqı 500 manat civarında olacaq
    Dünən, 14:13 | İlham Əliyev daha 2 fərman imzaladı
    Dünən, 14:12 | "Traktor"un oyunu ən çox izlənilən 2-ci matç oldu
    Dünən, 13:18 | “Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
    Dünən, 13:17 | Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib
    Dünən, 13:13 | Noyabrın 17-də hava belə olacaq
    Dünən, 13:11 | Bakı metrosunda ölüm
    Dünən, 12:49 | Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi
    Dünən, 12:47 | Prezident Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib
    Dünən, 12:41 | Qazi faciəvi şəkildə öldü
    Dünən, 12:39 | İlham Əliyev fərman imzaladı
    Dünən, 12:37 | 25 iş günü, 11 min dollar maaş – Azərbaycanda iş elanı
    Dünən, 11:50 | Gürcüstan kilsələrinə qazı müftə verən Azərbaycanda: MƏSCİDİN QAZI KƏSİLDİ... - Naxçıvan dindarları GİLEYLƏNİR
    Dünən, 07:44 | “Başı ağrıyırmış, bacısına deyib hamama gedib” - VİDEO
    Dünən, 07:42 | Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
    Dünən, 07:38 | Millətlər Liqası: Türkiyə Fransaya məğlub oldu
    Dünən, 07:36 | Hörmüzdə daha bir tanker minaya düşdü
    Dünən, 02:06 | Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin FOTOSU
    Dünən, 01:53 | Fransa Türkiyəni məğlub etdi
    Dünən, 00:00 | Bakıda yaşayış binasının zirzəmisi çirkab içindədir: "İllərdir bu vəziyyətdəyik" - Video
    15-11-2026, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    15-11-2026, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    15-11-2026, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    15-11-2026, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    15-11-2026, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    15-11-2026, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    15-11-2026, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    15-11-2026, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    15-11-2026, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    15-11-2026, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.