Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTO
  • Tacir Şahmalıoğlu əməliyyat olundu
  • Sabah hava necə oalcaq?
  • 2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı
  • Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı
  • Ramiz Mehdiyev bu gün hakim qarşısına çıxarılır - Video
  • Milli Məclisin komitə iclası keçirilir
  • “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib
  • Sumqayıtda dəhşət: Sürət qatarı 38 yaşlı kişini vurdu - Video
  • Ermənilər Kərkini boşaldacaq – Paşinyan qərar verdi
  • Marketlərdə AÇIQ MÖHTƏKİRLİK.... - Ekspert deyir ki...
  • Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
  • "Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
  • İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ildönümlərində ailələrini ziyarət edib
  • Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir"
  • 2-ci liqa: “Ağstafa Gəncləri” “Marafon”a səfərdə məğlub oldu
  • Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib
  • Rusiya taktikasını dəyişib, Polşa müharibəyə hazırlaşır
  • Azərbaycan Pakistana başsağlığı verdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Samir Şərifov “Tərtər İşgəncələri”nə görə bəraət alanların təzminatını ödəməkdən imtina edib - İŞGƏNCƏNİ VERƏN QURUMLAR ÖDƏSİN!

  • Tarix: 15-09-2023, 09:07

Maliyyə Nazirliyi “Tərtər hadisələri” dövründə həbs olunub beş il yarım sonra bəraət almış şəxslərə kompensasiya ödəməkdən imtina edir. Məhkəmə nazirliyin üzərinə onlara təzminat ödəmək öhdəliyi qoysa da, dövlət orqanı bununla razılaşmır.

2017-ci ilin may-iyun aylarında Tərtərdə dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs edilib 20 ilə qədər cəza alanlardan 19 nəfər 2022-ci ilin dekabrında bəraətlə azadlığa buraxıldı.

Onlar həbsdən çıxandan sonra təzminat tələbi ilə ayrı-ayrılıqda məhkəməyə müraciət ediblər. Cavabdeh qismində isə Maliyyə Nazirliyini göstəriblər.

Bəraət alan şəxslər iddia ərizələrində göstəriblər ki, heç bir cinayət törətmədikləri halda, 5 il yarım həbsdə saxlanılıblar, günlərlə ağlasığmaz işgəncələrə məruz qalıblar, “vətən xaini” adlandırılaraq şərəf və ləyaqətləri alçaldılıb. Ərizəçilərin bir neçəsi göstərib ki, həbsdə olduqları dövrdə ailələri dağılıb, həyat yoldaşları onlardan boşanıb. Bəzilərinin valideynləri dözməyərək həyatını itirib.

Maliyyə Nazirliyi Nəsimi rayonu ərazisində yerləşdiyinə görə kompensasiya tələbi ilə qaldırılan iddialara da bu rayonun məhkəməsində baxılıb. Məhkəmə iddiaları qismən təmin edib. Mənəvi ziyana görə həbsdə olduqları hər aya görə 1000 manatdan hesablanmaqla, 66 min kompensasiya təyin olunub. Maddi ziyan isə hesablanarkən hərbçilərin həbsdən öncə aldıqları maaşın məbləği və s. əsas götürülüb. Beləliklə, keçmiş “Tərtər məhbusları”na 118 min, 123 min və başqa məbləğdə kompensasiyalar təyin edilib.

Məhkəmənin çıxardığı qərarlara əsasən, bu vəsaitləri Maliyyə Nazirliyi ödəməlidir. Lakin nazirlik bundan imtina edir.

Maliyyə Nazirliyi Nəsimi rayon Məhkəməsinin keçmiş “Tərtər məhbusları” ilə bağlı təmin olunmuş kompensasiya qərarlarının hamısından apellyasiya şikayəti verib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, nazirliyin nümayəndəsi bildirib ki, bu şəxslərə ziyanı Maliyyə Nazirliyi vurmayıb. Ona görə də təzminatı bu qurum ödəməməlidir: “Bu məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi yox, bu adamlara qarşı pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. Nazirlik heç bir ziyan vurmayıb. İddia tələbi də müvafiq hərəkətlərə yol verən, qərarlar qəbul edən orqana yönəlməlidir, Maliyyə Nazirliyinə yox…”.

Nazirliyin əməkdaşı vurğulayıb ki, konkret bu işdə vətəndaşa ziyan vuranlar hüquq-mühafizə orqanının (prokurorluq) əməkdaşı və onun verdiyi ittiham əsasında hökm çıxarmış hakimdir. Lakin onlar məsuliyyətdən kənarda saxlanılıb: “Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməzdir. Hər bir dövlət orqanı müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən… orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir”.

Amma Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin olunmayıb. Nazirliyin bu qərarlardan Ali Məhkəməyə şikayət verib-verməyəcəyi məlum deyil.

 

Şəbnəm Rəhimova

Gununsesi.info


Oxunub: 462
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 13:38 | Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTO
    Bu gün, 13:35 | Tacir Şahmalıoğlu əməliyyat olundu
    Bu gün, 13:29 | Sabah hava necə oalcaq?
    Bu gün, 13:27 | 2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı
    Bu gün, 11:23 | Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı
    Bu gün, 10:17 | Ramiz Mehdiyev bu gün hakim qarşısına çıxarılır - Video
    Bu gün, 10:04 | Milli Məclisin komitə iclası keçirilir
    Bu gün, 07:57 | “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib
    Bu gün, 07:55 | Sumqayıtda dəhşət: Sürət qatarı 38 yaşlı kişini vurdu - Video
    Dünən, 21:24 | Ermənilər Kərkini boşaldacaq – Paşinyan qərar verdi
    Dünən, 21:19 | Marketlərdə AÇIQ MÖHTƏKİRLİK.... - Ekspert deyir ki...
    Dünən, 21:01 | Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
    Dünən, 20:55 | "Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
    Dünən, 20:30 | Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
    Dünən, 19:50 | İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ildönümlərində ailələrini ziyarət edib
    Dünən, 19:24 | Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir"
    Dünən, 19:05 | 2-ci liqa: “Ağstafa Gəncləri” “Marafon”a səfərdə məğlub oldu
    Dünən, 18:40 | Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib
    Dünən, 18:19 | Rusiya taktikasını dəyişib, Polşa müharibəyə hazırlaşır
    Dünən, 18:17 | Azərbaycan Pakistana başsağlığı verdi
    Dünən, 16:32 | Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dünən, 15:53 | Sabah leysan olacaq
    Dünən, 15:51 | Benzin satışına yeni limit tətbiq edildi - Moskvada
    Dünən, 15:50 | İcazə verildi: Smartfonlar peyklərə qoşulacaq
    Dünən, 13:17 | İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
    Dünən, 13:12 | İrəvanın puç olmuş "yeni müharibə" xülyası və Azərbaycanın yaratdığı alternativsiz nizam
    Dünən, 13:10 | Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK
    Dünən, 13:08 | NATO şərq cinahında müharibəyə hazırdır - Draqone
    Dünən, 13:05 | Ukrayna Moskvanı “Flaminqo” ilə vurdu - Zelenski
    Dünən, 13:03 | Moskvaya hücum: 400-dən çox reys təxirə salındı
    Dünən, 12:59 | Qarabağda 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edildi
    Dünən, 12:55 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 12:51 | Ukrayna Nisanovun bazarını yenə vurdu - Video
    Dünən, 12:47 | Tramp Yəmənə zərbə variantını müzakirə edib
    Dünən, 12:44 | “Vivaldi” əməliyyatı: Ukrayna Donetskin daha 2 kəndini azad etdi
    Dünən, 12:42 | Ukrayna Moskvada nəhəng texnoparkı yandırdı – Video
    Dünən, 11:08 | Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Dünən, 11:05 | Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Dünən, 11:02 | Dağətəyi rayonlara leysan yağıb - Faktiki hava
    Dünən, 10:50 | Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
    Dünən, 10:24 | Süni intellekt İnterpola 120-dən çox terrorçunun müəyyən olunmasında kömək edib
    Dünən, 10:20 | Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" - Video
    Dünən, 10:16 | I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    Dünən, 10:12 | Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video
    Dünən, 10:07 | Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
    Dünən, 10:01 | Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası - Video
    Dünən, 09:59 | Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur
    Dünən, 09:57 | "Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
    Dünən, 09:53 | Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
    Dünən, 09:49 | Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.