Azərbaycanlı reper terror aktında zərər çəkənlər üçün 1 milyon bağışladı
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Mediaxeberleri.Az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) bağışlayıb. Bu haqda ifaçı sosial şəbəkə hesabında məlumat bölüşüb. O, izləyicilərini də yardım etməyə çağırıb. Qeyd edək ki, törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, 154 nəfər xəsarət alıb.
Oxunub: 799
Xəbəri paylaş
Paylaş: