Məşhur professor xəbərdarlıq etdi: 7 bal gücündə zəlzələ gözlənilir
Bu gecə Kahramanmaraş, Hakkari və Elazığda baş verən zəlzələlərdən sonra Türkiyədə təşviş yaşanıb. Mediaxeberleri.AZ xəbər verir ki, zəlzələ üzrə alim Prof. Dr. Okan Tüysüz zəlzələlərlə bağlı açıqlama verib. Hakkarinin zəlzələ bölgəsi olduğunu qeyd edən Tüysüz, 7 bal gücündə zəlzələ ola biləcəyini vurğulayıb. Zəlzələnin dəqiq vaxtının məlum olmadığını deyən Tüysüz tikinti işləri ilə bağlı da xəbərdarlıq edib. O, 4,3 bal gücündə baş verən zəlzələnin dağıdıcı olmadığını bildirsə də, Elazığ və Kahramanmaraşdakı zəlzələlərin bir müddət də davam edəcəyini bildirib.
Oxunub: 796
Xəbəri paylaş
Paylaş: