Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Bakıda 50 ildən çox yaşı olan park belə məhv olur - Video
  • Rektor “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb
  • Azərbaycan millisi Andorraya qalib gəldi
  • MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
  • İran Zəngəzura hücuma hazırlaşır – Tehranda Ermənistan düşmən ölkə elan edildi
  • İcra başçısı ilə şəhid atası dalaşdı – VİDEO
  • Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlandı - FOTO
  • Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
  • Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
  • 500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
  • Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMA
  • İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub
  • Bakıda məşhur restorandakı yanğın söndürüldü - Foto/Video
  • Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçmək özü işgəncədir"
  • Qara dənizdə yük gəmizi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
  • Bakıda obyekt yanır: bu yol bağlandı - Video
  • Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə olunub
  • Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
  • İşdən çıxarılan generala yeni vəzifə verildi
  • Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Xanlar Vəliyevdən Prezidentə şikayət: “Tabeçiliyində olan müstəntiqlərlə birləşib dələduzların tərəfini saxlamış, onların müdafiəsinə qalxmışdır”

  • Tarix: 3-02-2024, 11:28

            Cəmilə Əhmədova: “Xanlar Vəliyev bizi çəkindirmək, pulumuzu tələb etməməyimiz üçün əlindən gələn bütün haqsızlıqları edir və qızımı həbs etdirməklə hədələyir”

“O, müstəntiqinin qanunsuz hərəkətlərinin qarşısını almaq əvəzinə, düz 11 aydan sonra tabeçiliyində olan müstəntiqlərlə birləşib dələduzların tərəfini saxlamış, onların müdafiəsinə qalxmışdır”.

Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev 108-də yaşayan Cəmilə Əkbər qızı Əhmədova tərəfindən Azmedia.info.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Beləliklə, saytımız vasitəsi ilə ölkə başçısı İlham Əliyevdən və müvafiq qurumların rəhbər şəxslərindən yardım istəyən Cəmilə Əhmədovanın müraciətini olduğu kimi təqdim edirik: 

“Hörmətli cənab Prezident! Mənim 73 yaşım var. Saçlarımı küçələri süpürməklə, evlər təmizləməklə ağartmışam. Bu günə kimi nə qızım, nə də özüm heç bir cinayət törətməmişik. Qızıma qarşı Mircavad Seyidov və Mirislam Seyidzadə (ata-oğul) tərəfindən törədilmiş dələduzluq hərəkətləri barəsində Tərtər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişik. Müraciətimiz əsasında cinayət işi qaldırılmışdır. Cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılmışdır. Dələduzlardan biri Mirislam Seyidzadə əvvəllər hərbiçi olduğu üçün cinayət işi təxminən, 5 aydan sonra Baş Prokurorluq vasitəsilə Bakı Hərbi Prokurorluğuna göndərilmişdir. Cinayət işini Bakı Hərbi Prokurorluğunun müstəntiqi Məhəmməd Abbasov aparmışdır. Məhəmməd Abbasovun qanunsuz hərəkətləri, dələduzlarla əlbir olduğu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişik. Baş Prokurorluq tərəfindən müraciətimizə baxılmışdır. Müraciətimizdə göstərdiyimiz faktlar və sübutlar təsdiqini tapdığı üçün Baş Prokurorluq tərəfindən cinayət işi Məhəmməd Abbasovdan və ümumiyyətlə, Bakı Hərbi Prokurorluğundan alınmış və Respublika Hərbi Prokurorluğuna, müstəntiq Bəxtiyar Əzimzadənin icraatına verilmişdir.

Beləcə, hüquq mühafizə orqanları iki nəfər şəxsi – qızım Aidə Qafarovanı və qonşumuz Vüsalə Fətullayevanı 11 ay zərərçəkmiş qismində tanınmışlar. Aydın məsələdir ki, Respublika Hərbi Prokurorluğu da cinayət işini, eynilə Bakı Hərbi Prokurorluğunun müstəntiqi Məhəmməd Abbasov kimi qanunsuz hərəkətlər etməklə aparmışdır. Çünki Respublika Hərbi Prokurorluğun müstəntiqi Bəxtiyar Əzimzadə tərəfindən təhqir olunan, təzyiqlərə məruz qalan, yalançı şahidlik etməyə ifadə verməyə məcbur edilən, 10-larla müxtəlif şahidlər və cinayət işinə aidiyyəti olmayan şəxslər tərəfindən müstəntiqin qanunsuz hərəkətlərindən Xanlar Vəliyevin özünə teleqramlar göndərilmiş, müraciətlər olunmuşdur. Hətta elə müraciətlərimiz var ki, səsimiz Xanlar Vəliyevə çatsın deyə, sosial şəbəkədə internet üstündən yayımlanmışdır.

Hörmətli cənab Prezident! Xanlar Vəliyev müstəntiqinin qanunsuz hərəkətlərinin qarşısını almaq əvəzinə, düz 11 aydan sonra tabeçiliyində olan müstəntiqlərlə birləşib dələduzların tərəfini saxlamış və dələduzların müdafiəsinə qalxmışdır. Belə ki, təqsirləndirilən şəxslərə – Mircavad Seyidova və oğlu Mirislam Seyidzadəyə bəraət vermiş, qızım Aidə Qafarovanı və Vüsalə Fətullayevanı yalançı xəbər verməkdə ittiham edərək, barələrində cinayət işi qaldırmış. Cinayət işini Tərtər Rayon Prokurorluğuna göndərmişdir. Qızım Aidənin və Vüsalə xanımın həbs edilmələri ilə bağlı Tərtər Rayon Prokurorluğuna göstəriş vermişdir. Aydın məsələdir ki, Tərtər Rayon Prokurorluğunun müstəntiqi qorxusundan Xanlar Vəliyevin sifarişini yerinə yetirəcəkdir. Əks təqdirdə gələcəkdə işini itirəcəyindən qorxur.

Hörmətli cənab Prezident! Xüsusilə qeyd etmək istəyirəm ki, Xanlar Vəliyev barəsində bəraət verdiyi və müdafiəsinə qalxdığı dələduzlardan biri – Mirislam Seyidzadənin əvvəllər də Azərbaycan Respublikası CM-nin 177-ci (Oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə barəsində qanunu qüvvəyə minmiş hökmün olduğunu və hazırda məhkumluq həyatı yaşadığını gizlətmişdir. Məlum məsələdir ki, Xanlar Vəliyevin icazəsi olmadan, müstəntiqin bu qədər qanunsuz hərəkətlərə yol verməsi və qanunsuz hərəkətlərinin arxasında dayanması mümkünsüzdür və inandırıcı görünmür. Xanlar Vəliyevin müstəntiqin müdafiəsinə qalxması məlum məsələdir. Ancaq Xanlar Vəliyevin dələduzları müdafiə etməsini bu gün də başa düşə bilmirik.

Hörmətli cənab Prezident! 01.02.2024-cü il tarixdə səsimizi sizə çatdırmaq üçün Prezident Administrasiyasının qabağında olmuşam. Sizə qədər bütün aidiyyəti qurumlara teleqramlar göndərmişəm, müraciətlər etmişəm. Xanlar Vəliyev Azərbaycan Respublikası Baş Prokurorunun müavini və Respublikanın Hərbi Prokuroru olduğu üçün, bütün prokurorluq orqanlarının işçiləri Xanlar Vəliyevdən qorxurlar. Ona görə də şikayətimizə baxmırlar. İşə düzəltmək üçün qızıma verdiyim pul, qəpik-qəpik yığdığım kəfən pulumdur. Kəfən pulumun alınması üçün Xanlar Vəliyevin qəbulunda olmuşam. Xanlar Vəliyev bizi çəkindirmək, pulumuzu tələb etməməyimiz üçün əlindən gələn bütün haqsızlıqları edir və qızımı həbs etdirməklə hədələyir. Düşünürəm ki, görəsən, Xanlar Vəliyevi ana doğmayıbmı? Görəsən, Xanlar Vəliyevin anası, bacısı, qızı yoxdurmu? Cavab tapa bilmirəm!…

Cənab Prezident! Hər yerdən ümüdümüz kəsilmişdir. 73 yaşlı, ağbirçək bir ana kimi Sizə müraciət edirəm. Sizdən xahiş edirəm, Xanlar Vəliyevin dələduzlarla birləşib bizi məhv etməsinə imkan verməyin! Ümid yerimiz ancaq Sizsiniz. Xanlar Vəliyevin qanunsuz hərəkətlərinin qarşısının alınması ilə bağlı aidiyyəti qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Oxunub: 2 064
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 00:12 | Bakıda 50 ildən çox yaşı olan park belə məhv olur - Video
    Bu gün, 00:09 | Rektor “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb
    Dünən, 23:50 | Azərbaycan millisi Andorraya qalib gəldi
    Dünən, 22:42 | MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
    Dünən, 20:31 | İran Zəngəzura hücuma hazırlaşır – Tehranda Ermənistan düşmən ölkə elan edildi
    Dünən, 20:26 | İcra başçısı ilə şəhid atası dalaşdı – VİDEO
    Dünən, 18:06 | Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlandı - FOTO
    Dünən, 18:04 | Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
    Dünən, 18:02 | Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
    Dünən, 17:19 | 500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
    Dünən, 17:17 | Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMA
    Dünən, 16:54 | İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub
    Dünən, 16:44 | Bakıda məşhur restorandakı yanğın söndürüldü - Foto/Video
    Dünən, 16:21 | Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçmək özü işgəncədir"
    Dünən, 16:19 | Qara dənizdə yük gəmizi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
    Dünən, 16:07 | Bakıda obyekt yanır: bu yol bağlandı - Video
    Dünən, 14:57 | Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə olunub
    Dünən, 14:42 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
    Dünən, 14:30 | İşdən çıxarılan generala yeni vəzifə verildi
    Dünən, 14:28 | Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi
    Dünən, 14:14 | Minimum əmək haqqı 500 manat civarında olacaq
    Dünən, 14:13 | İlham Əliyev daha 2 fərman imzaladı
    Dünən, 14:12 | "Traktor"un oyunu ən çox izlənilən 2-ci matç oldu
    Dünən, 13:18 | “Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
    Dünən, 13:17 | Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib
    Dünən, 13:13 | Noyabrın 17-də hava belə olacaq
    Dünən, 13:11 | Bakı metrosunda ölüm
    Dünən, 12:49 | Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi
    Dünən, 12:47 | Prezident Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib
    Dünən, 12:41 | Qazi faciəvi şəkildə öldü
    Dünən, 12:39 | İlham Əliyev fərman imzaladı
    Dünən, 12:37 | 25 iş günü, 11 min dollar maaş – Azərbaycanda iş elanı
    Dünən, 11:50 | Gürcüstan kilsələrinə qazı müftə verən Azərbaycanda: MƏSCİDİN QAZI KƏSİLDİ... - Naxçıvan dindarları GİLEYLƏNİR
    Dünən, 07:44 | “Başı ağrıyırmış, bacısına deyib hamama gedib” - VİDEO
    Dünən, 07:42 | Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
    Dünən, 07:38 | Millətlər Liqası: Türkiyə Fransaya məğlub oldu
    Dünən, 07:36 | Hörmüzdə daha bir tanker minaya düşdü
    Dünən, 02:06 | Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin FOTOSU
    Dünən, 01:53 | Fransa Türkiyəni məğlub etdi
    Dünən, 00:00 | Bakıda yaşayış binasının zirzəmisi çirkab içindədir: "İllərdir bu vəziyyətdəyik" - Video
    15-11-2026, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    15-11-2026, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    15-11-2026, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    15-11-2026, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    15-11-2026, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    15-11-2026, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    15-11-2026, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    15-11-2026, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    15-11-2026, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    15-11-2026, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.