Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri

Son xəbərlər :
  • Ermənistana xəbərdarlıq: Pul köçürmələri iki dəfə azalacaq
  • Renka əsəbləşdi: “Subay adamla sevgili ola bilmərəm?”
  • İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib
  • Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
  • Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut
  • Azərbaycanda polkovnik-leytenant və mayor məhkəmə zalında həbs edildilər
  • Bu gün pulsuz avtobuslar işləyəcək - Saat 17:00-dan...
  • Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu
  • Heyvandarlıq təsərrüfatlarına yeni subsidiyaların verilmə şərtləri açıqlandı
  • Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut
  • Prezident sərəncam imzaladı
  • Qazaxda 20 Oktyabr - Energetiklər Günü qeyd olunub
  • Sumqayıtda 21 şagirdin nədən zəhərləndiyi məlum oldu
  • Türkiyə millisinin baş məşqçisi bəlli oldu – Rəsmi
  • “Yelo Bank”dan əmanətçilərə PİS XƏBƏR - Faizlər KƏSKİN ENDİRİLDİ
  • Xəzərdən həyəcan təbili: Abşeron və Qızılağac ətrafında...
  • Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
  • Bakıda bu ərazidə 10-cu mikrorayon salınır?
  • Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır
  • Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

NİYƏ MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ? - Nəsiman Yaqublunun araşdırması

  • Tarix: 31-01-2024, 19:33

Zaman keçir, dövr ötür, müxtəlif rejimlər, sistemlər Azərbaycanda mövcud olur və biz hər dəfə bu şəxsiyyətlə bağlı problemlərin yaşandığını müşahidə edirik. İstər çar Rusiyası dövründə, istər Sovetlər Birliyi zamanında, istərsə də müstəqilliyinin 33-cü ili yaşanan öz vətənində onun adı ilə bağlı narahatlıqlar mövcud olmuş və qalmaqdadır. Çar Rusiyası zamanında Məhəmməd Əmin Rəsulzadə təqib edildi (1908-1913-cü illər), həbsə alındı (1914-cü il), Sovetlər Birliyinin təbliğat maşını 70 ilə qədər onun əleyhinə işlədi və onu həbs də etdilər (1920-ci il). Moskvada ciddi nəzarət rejimində yaşamağa məcbur oldu (1920-1922-ci illər). Vətəni Azərbaycan müstəqillik əldə etdikdən, sovet rejimindən xilas olduqdan sonra da ona münasibət dəyişmədi, heykəli qoyulmadı, adı əbədiləşdirilmədi, tutduğu mövqeyə qısqanclıqla yanaşıldı.

XX əsrin ən böyük şəxsiyyətləri ilə əlaqə və münasibətlər qurdu, birgə fəaliyyəti tarixə həkk edildi. Stalinlə, Atatürklə, marşal Pilsudski ilə müxtəlif siyasi münasibətləri, danışıqları oldu. Onu sevdilər də, dəyərləndirdilər də, bəzən qəzəblənib ölkələrindən də qovdular. Amma M.Ə.Rəsulzadə adı ilə barışmağa da məcbur oldular. Hətta münasibətlərinin çox kəskin olan bir dövründə - 1930-cu ildə onun əleyhinə xoşagəlməz ifadələr işlədən bir sovet komsomolçusuna keçmiş mübarizə dostu Stalin dözməyib etiraz etmişdi. Stalin həmin şəxsə demişdi: “Səfər, tanımadığın adam haqqında heç vaxt pis danışma. Əgər bir insan bizimlə yol getmirsə, bu, o demək deyil ki, o, pis insandı”.

Onun bütün həyatı Azərbaycanın azadlığına,istiqlalına həsr edilib və dünyadan köçmək ərəfəsində də M.Kəngərlinin dediyinə görə üç dəfə “Azərbaycan” sözünü işlədib.Onun tariximizdə əbədi yaşamasını şərtləndirən çox məqamlar olsa da, uğrunda mübarizə apardığı ideya və fikirlər müqəddəsdir, bəşəridir, həmişəyaşardır: “İnsanlara hürriyyət,millətlərə istiqlal!”; “Bir kərə yüksələn bayraq bir daha enməz”.İndi M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin bəzi məqamları ilə oxucuları tanış edirəm.

***

1938-ci ildə Polşanın Varşava şəhərində onun nəşr edilən “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabına məşhur senator, Şərqi Avropa İnstitutunun direktoru Sedlitski bu sözləri yazmışdı: “Bu, həm də ona görə xoşdur ki, yazılmış kitab öz azadlığı uğrunda mübarizə aparan, Şərq xalqlarından daha birisinin tarixini göstərən bu əsərin müəllifi Azərbaycan milli hərəkatının ideoloqu və Milli Müsavat Partiyasının lideri, müstəqil Azərbaycanın Milli Şurasının keçmiş sədri, görkəmli dövlət xadimi və patriotu Məhəmməd Əmin Rəsulzadədir”.

Bir zamanlar Məşrutə hərəkatı zamanından yaxın dostluq etdiyi, İran parlamentinin sədri olmuş Seyid Həsən Tağızadə onu belə dəyərləndirirdi: “Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar, mücahid və örnək bir insandı. Böylələrinə zamanımızda və hələ bizim tərəflərdə rastlaşmaq, həmən-həmən imkansız olduğu kimi bütün dünyada da rastlanmaz”.

Aqil Muradov süni intellekt vasitəsilə Məhəmməd Əmin Rəsulzadənin realistik  şəkillərini hazırlayıb.

Onun yaşadığı ömür, göstərdiyi siyasi fəaliyyət ciddi və mürəkkəb situasiyalardan keçib. Diqqət edək, 1902-1903-cü illərdən ci ildən, yəni 18 -19 yaşlarından başlayaraq o, ilk siyasi təşkilat yaradıb. 1908-ci ilə qədər yaşadığı Bakı mühitində siyasi fəaliyyəti ilə yanaşı mətbuatda maraqlı yazılarla çıxış edib, “Şərqi-Rus”, “İrşad”, “Təkamül”, “Tərəqqi” qəzetlərində çalışıb. Əslində Azərbaycan mətbuatının formalaşmasında əvəzsiz xidmətlər göstərib. 1908-1911-ci illərdə M.Ə.Rəsulzadə İrana gedib, Səttarxanın başladığı Məşrutə hərəkatına böyük rəğbətini bildirib. Səttarxanla görüşüb, onun haqqında sonralar məqalə də yazıb. 1910-cu ildə Tehranda “İrani-Nov” (“Yeni İran”) qəzetini nəşr edib. Avropa tipli qəzetçilik sistemini İran mühitinə əslində o gətirib. Eyni zamanda İran Demokrat Partiyasının yaradılmasında böyük rolu olub. O, Güneyi də, Quzeyi də eyni dərəcədə məhəbbətlə sevirdi. Onun Bakıya, Gəncəyə, Naxçıvana, digər bölgələrimizə bağlılığı necədirsə, Təbrizə, Urmiyyəyə sevgisi də elədir. Məhz elə buna görə də hər iki, amma əslində bir və bütöv olan Vətənin - Güneyli, Quzeyli Azərbaycanın tarixini, mədəniyyətini yaxşı bilir və təbliğ edirdi. 1911-1912-ci illərdə onun İstanbulda “Türk Yurdu” və“Səbilür Rəşad” məcmuələrində “İran türkləri” əsəri nəşr edildi. Bu, çox ciddi bir hadisə idi. Bu ərazilərdə yaşayan böyük bir toplumun türk qövmünə mənsub olduğunu o, ilk dəfə olaraq elmi və tarixi əsaslarla sübut edirdi.

1911-1913-cü illərdə M.Ə.Rəsulzadə Türkiyədə olur və “Türk ocağı”nda nəhəng fikir adamları-Ziya Göyalp, Həmidullah Sübhi Tanrıövər və digərləri ilə ilə görüşür. Türkçülüyün tarixi, elmi-nəzəri əsaslarını daha dərindən mənimsəyir, Türkiyə mühiti onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.

1915-ci il oktyabrın 2-də M.Ə.Rəsulzadənin baş redaktoru olduğu “Açıq söz” qəzeti nəşr edilməyə başladı. Bu qəzet yalnız mətbuat tariximizdə deyil, eyni zamanda xalqımızın azadlıq mübarizəsi tarixində əhəmiyyətli rol oynayıb. M.Ə.Rəsulzadə bir lider olaraq xalqın düşdüyü ağır vəziyyətdən çıxmaq bacarığını məhz bu qəzetdə nəşr olunan yazılarında ortaya qoyurdu. Uzaqgörənlik, siyasi fəhm və bacarıq, yüksək təşkilatçılıq, inqilabi mübarizlik keyfiyyətlərini məhz bu yaxınlarda açıqlayırdı.

***

Bloknot \ Блокнот \ Notepad Məmməd Əmin Rəsulzadə (xətli) | 2001382044635 |  Alinino.az

1917-ci ilin fevral burjua inqilabından sonra Rusiyanın əyalətlərində də ciddi hadisələr başladı. Milli dirçəliş fikrini ortalığa qoyan siyasətçilərdən biri məhz M.Ə.Rəsulzadə oldu. Belə ki, 1917-ci il aprelin 15-dən 20-dək Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayında o, ərazi muxtariyyəti ideyasını rəsmi olaraq irəli sürdü və əsaslandırdı ki, Rusiyada yaşayan xalqlara müəyyən müstəqilliklər verilməlidir. Bu, əslində xalqımızın müstəqilliyə doğru gedən yolunda baş verən yeni bir hadisə idi. Bu fikrin və bu ideyanın banisi M.Ə.Rəsulzadə idi.

M.Ə.Rəsulzadənin bir siyasi lider olaraq üstünlüyü onda idi ki, o, yalnız ideya vermirdi, həm də bu ideyanın reallaşmasını təmin edirdi. Məhz elə həmin qurultayda o, Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaratmış Nəsib bəy Yusifbəyli ilə razılaşdılar ki, həmin təşkilatın Müsavatla birləşməsi təmin edilsin. 1917-ci ilin iyun ayında Bakıda hər iki partiyanın birləşmiş qurultayı keçirildi. Məhz həmin qurultayda o, özünün bəşəri şüarını səsləndirdi: “İnsanlara hürriyyət, millətlərə istiqlal!” Həmin qurultayda M.Ə.Rəsulzadə Müsavat Partiyasının lideri seçildi.

1918-ci il mayın 2-də Tiflisdə Azərbaycan İstiqlalı elan edilir. Bir gün əvvəl isə Azərbaycan Milli Şurasının toplantısı keçirilir və M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilir. Yenə diqqət edilirsə, Azərbaycan istiqlalını elan edən Milli Şuradır, Milli Şuranın sədri isə məhz onu - M.Ə.Rəsulzadəni seçirlər. M.Ə.Rəsulzadəni isə (təbii ki, digər əqidə dostları olan Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və başqaları ilə birlikdə) hansı vəzifəyə seçilməsi yox, millətinin xilası uğrunda apardığı mücadilə maraqlandırırdı. Odur ki, bu illərdə biz M.Ə.Rəsulzadəni formalaşan Nazirlər Şurasının hökumət kabinəsində hansısa bir nazir vəzifəsində görmürük. Biz onu daha çox Batumda Türkiyə nümayəndə heyəti ilə danışıqlar aparan, İstanbula gedib Bakının erməni daşnaklardan, “Sentrokaspi” kimi qüvvələrdən xilas edilməsi təkliflərini irəli sürən, Qərbi Avropa ölkələrinin konfransında çıxışa hazırlaşan, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Almaniya səfirliyinə ciddi bəyanat verən, Osmanlı Türkiyəsini Bakıya köməyin vacibliyinə inandıran yorulmaz və mücahid şəxsiyyət olan M.Ə.Rəsulzadəni görürük.

Bakıya qayıdandan sonra M.Ə.Rəsulzadə bütün gücünü dövlət quruculuğu işlərinə həsr edir, Azərbaycan parlamentinin yaradılmasında böyük təşəbbüslər göstərir və özü həmin qanunverici orqanda ən böyük fraksiyanın lideri olur, parlamentdə maliyyə-büdcə komissiyasında çalışır.145 iclası keçirilən Azərbaycan Parlamentinin toplantılarında 80-dən çox əhəmiyyətli çıxışlar edir. Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi 17 ay ərzində 270-ə qədər qanun layihəsi müzakirəyə çıxarılır və onlardan 230-u qəbul edilir. Ölkədə böyük bir demokratikləşmə prosesi gedir, hüquqi dövlətin təməl prinsipləri formalaşırdı. Əslində ən düzgünü də məhz bu idi - demokratik, hüquqi dövlətin və cəmiyyətin qurulması!

***

1920-ci il aprelin 27-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə yenidən müstəqilliyin bərpası uğrunda savaşa qatılır, müqavimət hərəkatının təşkilatçısına və liderinə çevrilir. Çünki bu dövrdə N.Yusifbəyli qətlə yetirilir, F.Xoyski və H.Ağayev Tiflisdə güllələnir, Ə.M.Topçubaşov isə Parisdə qalıb orada mücadiləsini yürüdür. Əsas tanınmışlardan Azərbaycan siyasi səhnəsində qalan yalnız o, olur. Əvvəl Bakıda, sonra Ramanada, daha sonra isə Lahıcda gizli yaşamaq məcburiyyətində qalan M.Ə.Rəsulzadə əslində xalqın işğalçılara qarşı aparılan mücadiləsinin əsl təşkilatçısı idi. Və özü həbsxanada keçmiş mücadilə dostu Stalinə etiraf edirdi ki, biz həm də “əlverişli məqam” gözləyirdik ki, bolşevik Rusiyası işğalçılarını devirək.

Bu illərdə M.Ə.Rəsulzadənin həyatında çox ciddi təhlükələr baş verir: həbs edilir, güllələnmək təhlükəsi ilə üzləşir, Stalin tərəfindən Moskvaya aparılır, burada iki ilə qədər çətin şəraitdə yaşayır...

1922-ci ilin sonlarından biz onu Türkiyədə - İstanbulda görürük. İtirilmiş vətəninin geri qaytarılması, yenidən müstəqilliyə qovuşması uğrunda M.Ə.Rəsulzadə əsl fədakarlıq göstərir. Tez bir zamanda Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün kitablar yazır, jurnallar çap etdirir, təşkilatlar qurur. 1923-cü ildə nəşr etdirdiyi “Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” kitabı İzmir kitab sərgisində böyük uğur qazanır, 1923-cü ilin sentyabrın 26-dan İstanbulda nəşr etdirdiyi “Yeni Qafqasiya” jurnalı sovetlər birliyinin işğalçı mahiyyətini açıb göstərir. Eyni zamanda o, Polşa dövləti rəsmiləri ilə yazışmalar aparır, bolşevizmə qarşı yaradılan bütün təşkilatlarda fəallıq göstərir. Onun “Qafqaz İstiqlal Komitəsi”, “Prometey” təşkilatı və digər antibolşevik qurumlardakı fəaliyyəti böyük önəm daşıyır.

***

Aqil Muradov süni intellekt vasitəsilə Məhəmməd Əmin Rəsulzadənin realistik  şəkillərini hazırlayıb.

1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır(əslində M.Ə.Rəsulzadə 1928-ci ildən Fransada yaşayırdı və onun Türkiyə qayıtmasında problemlər yaranmışdı). Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə Ə.M.Topçubaşov Parisdə vəfat edəndən sonra mühacirət həyatının ağır şərtlərinə baxmayaraq M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

Rəsulzadənin Ankarada məzarı haqqında bilmədikləriniz - BBC News  Azərbaycanca

İkinci Dünya savaşı dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır. İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır. 

1949-cu ildə Ankarada “Azərbaycan Kültür Dərnəyi”ni yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.
M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da 71 yaşında Türkiyənin Ankara şəhərində vəfat edir, “Əsri” məzarıstanlığında dəfn edilir.

Nəsiman Yaqublu

M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, tarix elmləri doktoru, professor 



Oxunub: 1 032
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:18 | Ermənistana xəbərdarlıq: Pul köçürmələri iki dəfə azalacaq
    Bu gün, 16:54 | Renka əsəbləşdi: “Subay adamla sevgili ola bilmərəm?”
    Bu gün, 16:37 | İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib
    Bu gün, 16:30 | Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
    Bu gün, 16:28 | Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut
    Bu gün, 16:20 | Azərbaycanda polkovnik-leytenant və mayor məhkəmə zalında həbs edildilər
    Bu gün, 16:12 | Bu gün pulsuz avtobuslar işləyəcək - Saat 17:00-dan...
    Bu gün, 16:10 | Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu
    Bu gün, 16:09 | Heyvandarlıq təsərrüfatlarına yeni subsidiyaların verilmə şərtləri açıqlandı
    Bu gün, 16:07 | Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut
    Bu gün, 16:05 | Prezident sərəncam imzaladı
    Bu gün, 15:10 | Qazaxda 20 Oktyabr - Energetiklər Günü qeyd olunub
    Bu gün, 14:45 | Sumqayıtda 21 şagirdin nədən zəhərləndiyi məlum oldu
    Bu gün, 14:43 | Türkiyə millisinin baş məşqçisi bəlli oldu – Rəsmi
    Bu gün, 14:42 | “Yelo Bank”dan əmanətçilərə PİS XƏBƏR - Faizlər KƏSKİN ENDİRİLDİ
    Bu gün, 14:24 | Xəzərdən həyəcan təbili: Abşeron və Qızılağac ətrafında...
    Bu gün, 14:16 | Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
    Bu gün, 14:13 | Bakıda bu ərazidə 10-cu mikrorayon salınır?
    Bu gün, 14:10 | Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır
    Bu gün, 13:51 | Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü
    Bu gün, 13:33 | Ukrayna “Drujba” neft kəmərini vurdu
    Bu gün, 13:32 | Qazaxda avtomobil su arxına düşdü
    Bu gün, 13:27 | Neft Fondunun investisiya portfeli 5%-dən çox artıb
    Bu gün, 13:26 | Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir
    Bu gün, 13:23 | Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ
    Bu gün, 13:19 | Kamran Əliyevdən yeni təyinatlar
    Bu gün, 13:18 | Sabah rayonlara yağış yağacaq
    Bu gün, 09:07 | Payızda hər kəs "bu üçlüyü" yeməlidir
    Bu gün, 08:57 | Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO
    Bu gün, 08:53 | Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var
    Bu gün, 08:23 | Narkotik üstündə yaranan mübahisəyə görə tanışlarını bıçaqlayan şəxslə bağlı QƏRAR
    Bu gün, 08:19 | Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
    Bu gün, 08:15 | Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
    Bu gün, 08:05 | Uşaq meydançasında təhlükəli çökmə - Video
    Bu gün, 08:02 | UEFA Çempionlar Liqası: "Sabah" Bakıda "Borussiya Dortmund"u qəbul edir
    Dünən, 21:59 | Günəşlidə obyekt piyada səkisinin üzərində inşa edilib - VİDEO
    Dünən, 21:52 | İŞSİZLİK ARTIR, 61 MİN VAKANSİYA BOŞ QALIB... – Səbəb nədir? + RƏY
    Dünən, 21:49 | TƏBİB-in SƏHİYYƏ NAZİRLİYNƏ BİRLƏŞDİRİlMƏSİ... - Hansı yeniliklər olacaq?
    Dünən, 21:43 | İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Video
    Dünən, 21:40 | Elnarə Akimova: "Əsas meyar vətəndaşın həkimə əlçatanlığı, xəstəxanalarda xidmətin keyfiyyətidir"
    Dünən, 21:06 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 21:05 | Rusiyadan buğda axını: Bakı anbarları doldurur... - Səbəb
    Dünən, 21:00 | Türkiyə ilə viza rejimi bərpa olunur? - "Bu sərhəd və dövlət təhlükəsizliyi məsələsidir"
    Dünən, 19:39 | Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var
    Dünən, 19:38 | Bu həftə üç bürcün həyatında çox yaddaqalan olacaq
    Dünən, 19:35 | Onları da əsgər aparacaqlar - VACİB AÇIQLAMA
    Dünən, 19:31 | Azərbaycanda COVID yayılır - Ginekoloqdan xəbərdarlıq
    Dünən, 19:30 | “Sabah” – “Barselona” oyununun biletləri satışa çıxarıldı - 15-1500 manat...
    Dünən, 17:34 | Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun
    Dünən, 17:23 | Pensiyaçılar bu pulla necə dolansın? - Xərclər hesablandı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.