Mediaxeberleri.az
    
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • Bəzi ərazilərdə işıq olmayacaq
    Bəzi ərazilərdə işıq olmayacaq
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib

Son xəbərlər :
  • Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı
  • Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı Ağstafada qeyd olunub
  • Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
  • İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib
  • “Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb - FOTO
  • Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - VİDEO
  • Gəncədə zəhərlənən şagirdlərin sayı 7-yə çatdı
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Tiflisə getmək istəyənlərə şad xəbər!
  • Ağstafada şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
  • İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... - Kimlər və nə qədər pul ala bilər?
  • 400 manata 15 saat: "Sevimli dad" işçi axtarır, yoxsa nökər?
  • Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək?
  • Sabah güclü yağış yağacaq
  • Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
  • Bu şəxslər maaşdan əlavə pul alacaq
  • Gəncədə 5 şagird bufetdən aldıqları şirniyyatdan zəhərləndi
  • Gələn ildən “uşaqpulu” verilə bilər – AÇIQLAMA
  • Bu ərazidə evlər tikilir – yarım milyona yaxın vəsait sərf olunacaq
  • Millətlər Liqası: bu gün 8 matç baş tutacaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

  • Tarix: 20-01-2024, 13:53

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 34 il ötür. Bu faciə xalqımıza qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayətlərdən biridir.

20 Yanvar və Azərbaycan tarixində daha əvvəl baş vermiş digər faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə Qarabağda baş qaldıran separatizm, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha dünyaya nümayiş etdirdi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakıya soxulması xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olunurdu. Bu vəhşiliyin miqyasını görmək üçün təkcə bir fakta baxmaq kifayətdir. Belə ki, fövqəladə vəziyyətin tətbiqi elan olunanadək 82 dinc insan amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı.

Həmin gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik qoşun hissələri, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə girdi. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, fərqinə varmadan hər kəsi atəşə tuturdular. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

Həmin qanlı hadisə ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Şit” ekspertlərinin hesabatında deyilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdu. Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var; “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir”.

Xalqımızın başına gətirilən həmin amansız müsibətin bu gün on minlərlə canlı şahidi var. İmperiya qoşunlarının Azərbaycanda törətdiyi hərbi cinayətin dəhşətli nəticələrini, eyni zamanda, xalqın yenilməzliyini əks etdirən dəlil-sübutlarından biri də fotoşəkillərdir. Qanlı Bakı gecəsinin, günahsız insanların küçələrə səpələnmiş cəsədlərinin, şəhidlərin dəfnində yaşanan izdihamın və digər epizodların əks olunduğu fotolara baxdıqca həmin günlər bir daha göz önündə canlanır. 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı gün kimi yazılıb. Şəhidlərin dəfn mərasimində yaşanan izdiham Azərbaycan xalqının böyük kədəri ilə yanaşı, mərdliyini, bir amal uğrunda necə sıx birləşdiyini nümayiş etdirirdi.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri indi daha aydın görürük. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə azadlığa gedən yolda xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biri də odur ki, xalqın birliyi və milli ləyaqət hissi imperiyanın top-tüfənginə qalib gəldi.

Şəhidlərin ruhu şaddır, çünki onların qanı hədər getməyib. Otuz dörd il əvvəl başlayan çətin, məşəqqətli və şərəfli yol xalqımızı 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə qovuşdurdu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfəri, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Məhz buna görə də xalqımız 20 Yanvar faciəsinin 34-cü ildönümünü xüsusi qürur hissi və başucalığı ilə qeyd edir.

Zaman keçdikcə Qanlı Yanvar hadisələrinə baxışlar da dəyişir. Vaxtilə bu faciəyə görə ağlayıb-sızlayır, şəhid məzarları üzərinə qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi ürəklər həm də sonsuz fərəh və iftixar hissi ilə döyünür. Təpədən-dırnağa kimi silahlanmış sovet əsgərləri tərəfindən əliyalın insanların qəddarcasına gülləyə tutulduğu, tankların altında əzildiyi həmin qış gecəsində, əslində, azadlıq günəşinin ilk şəfəqləri parlayırdı.

Sovet ordusunun hərbi müdaxiləsindən sonra Azərbaycan informasiya blokadasına alınmışdı. Televiziya və radiolar işləmirdi, qəzetlər çıxmırdı. Bu informasiya blokadasını o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev yardı. Faciənin səhəri günü - yanvarın 21-də Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. Azərbaycanda baş vermiş hadisələrin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirərək bu qanlı cinayətə qarşı etiraz səsini ucaltdı. Ulu Öndəriin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törətdiyi dövlət terrorundan xəbər tutdu.

1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir... Bu, Azərbaycan xalqına qarşı hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. Noyabrın 21-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən, xalqımızın ümumi rəyini özündə təcəssüm etdirən sənəd qəbul edildi.

Şəhid qanı müqəddəsdir. Ona ən dəqiq qiyməti də Ümummilli Lider Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlərboyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Xalqımızın azadlığa və zəfərlərə gedən yolunun başlanğıcı məhz 20 Yanvar gecəsi qoyuldu. Ötən müddət ərzində Azərbaycan tanınmaz dərəcədə dəyişib, misilsiz inkişaf yolu keçərək regionda və dünyada söz sahibinə çevrilib. O vaxtdan başlayaraq Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahından birinə çevrilib. Bakının ən hündür nöqtələrinin birində yerləşən bu məkan həm ümummilli kədər və iztirabın, həm də xalqımızın mübarizliyinin, yenilməz iradəsinin təcəssümüdür. İllər ötüb keçir, lakin şəhidlərə olan ehtiram azalmır, əksinə, daha da artır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Qarabağımız məhz şəhidlərimizin canı-qanı bahasına işğaldan azad edilib, müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Ağdərədə, Kəlbəcərdə, Laçında, Xocalıda, Xankəndində, ölkəmizin hər bir guşəsində Azərbaycanın Dövlət Bayrağı qürurla dalğalanır. Biz buna görə rəşadətli Ordumuza, qəhrəman Azərbaycan əsgərinə, bütün şəhidlərimizə borcluyuq. Zamanın sürətli axarında dəyişməyən yalnız xalqın şəhidlərə olan hörmət və ehtiramıdır.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib. Rayonda hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzülüb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirələrini yad edib, memorial önünə tər qərənfillər düzərək, şəhidlərimizə olan ehtiramlarını bildiriblər.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb.

Bakı vaxtı ilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.




Oxunub: 726
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:37 | Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı
    Dünən, 22:56 | Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı Ağstafada qeyd olunub
    Dünən, 21:53 | Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
    Dünən, 21:17 | İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib
    Dünən, 18:18 | “Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb - FOTO
    Dünən, 18:15 | Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - VİDEO
    Dünən, 18:13 | Gəncədə zəhərlənən şagirdlərin sayı 7-yə çatdı
    Dünən, 17:40 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:59 | Tiflisə getmək istəyənlərə şad xəbər!
    Dünən, 16:56 | Ağstafada şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
    Dünən, 15:22 | İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... - Kimlər və nə qədər pul ala bilər?
    Dünən, 15:19 | 400 manata 15 saat: "Sevimli dad" işçi axtarır, yoxsa nökər?
    Dünən, 14:30 | Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək?
    Dünən, 14:10 | Sabah güclü yağış yağacaq
    Dünən, 14:09 | Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
    Dünən, 14:07 | Bu şəxslər maaşdan əlavə pul alacaq
    Dünən, 14:05 | Gəncədə 5 şagird bufetdən aldıqları şirniyyatdan zəhərləndi
    Dünən, 13:27 | Gələn ildən “uşaqpulu” verilə bilər – AÇIQLAMA
    Dünən, 13:25 | Bu ərazidə evlər tikilir – yarım milyona yaxın vəsait sərf olunacaq
    Dünən, 13:23 | Millətlər Liqası: bu gün 8 matç baş tutacaq
    Dünən, 13:14 | Şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
    Dünən, 11:21 | AĞSTAFADA MÜƏLLİMƏ DÖYÜLÜB - VİDEO
    Dünən, 11:07 | Qazaxda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
    Dünən, 09:17 | Gürcüstanda türklərin tarixi irsi necə məhv edilir...
    Dünən, 08:57 | AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da akademik sessiya keçirilib
    Dünən, 08:51 | Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
    Dünən, 08:48 | "ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
    Dünən, 08:43 | Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı
    Dünən, 08:40 | İlqar Xəyal uzun müddət sonra görüntüləndi
    Dünən, 08:38 | Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dünən, 08:27 | HAKİM səhvləri və HƏKİM səhvləri... - AKTUAL
    Dünən, 08:22 | Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
    Dünən, 08:15 | Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - HƏBS
    Dünən, 08:12 | Rusiya Ukraynaya qarşı yeni növ drondan istifadə etdi
    Dünən, 08:11 | Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Dünən, 08:04 | Millimiz Millətlər Liqasında növbəti sınağına çıxır: Rəqib Lixtenşteyndir
    30-09-2026, 23:27 | Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə - Foto/Video
    30-09-2026, 23:24 | Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video
    30-09-2026, 23:22 | ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?
    30-09-2026, 23:19 | XƏZƏRDƏ KRİTİK VƏZİYYƏT... - Suyun səviyyəsi sürətlə azalır + VİDEO
    30-09-2026, 23:15 | Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    30-09-2026, 23:07 | Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək
    30-09-2026, 23:05 | MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    30-09-2026, 22:53 | Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    30-09-2026, 22:49 | Həbsdə olan vəkillər azadlığa buraxıldılar
    30-09-2026, 22:45 | Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı
    30-09-2026, 22:43 | Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
    30-09-2026, 22:25 | Sərnişinlər İsrailə gətirildi, Netanyahu şəxsən qarşıladı - Video
    30-09-2026, 22:18 | Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü
    30-09-2026, 22:16 | Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.