Mediaxeberleri.az
    
  • Xətaidə konsert proqramı... - Foto
    Xətaidə konsert proqramı... - Foto
  • 
  • PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
    PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
  • 
  • Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
    Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
  • 
  • Qızıl kəskin ucuzlaşdı
    Qızıl kəskin ucuzlaşdı
  • 
  • Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • 
  • Nəriman Həsənzadənin son durumu...
    Nəriman Həsənzadənin son durumu...
  • 
  • "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
    "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
  • 
  • Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
  • 
  • MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
    MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
  • 
  • Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
    Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
  • 
  • Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
    Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
  • 
  • DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
    DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
  • 
  • Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
    Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
  • 
  • "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
    "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
  • 
  • Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
    Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
  • 
  • "Qarabağ" Ukrayna klubuna uduzdu
    "Qarabağ" Ukrayna klubuna uduzdu
  • 
  • VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
    VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
  • 
  • Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ
    Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ
  • 
  • Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
    Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
  • 
  • RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
    RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
  • 
  • Azərbaycan nefti bahalaşıb
    Azərbaycan nefti bahalaşıb

Son xəbərlər :
  • Hind bəylə, azərbaycanlı gəlinin 7 gün davam edən toyu- VİDEO
  • Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
  • Prezident Almaniya kanslerini Azərbaycana dəvət etdi
  • Prezident Berlində AB ilə əlaqələrdən danışdı
  • Gənc vəkillər dindirmədə iştirak etmədən protokolu imzaladılar - MƏHKƏMƏDƏN İFŞA
  • Prezidentlərin geniş tərkibdə görüşü oldu
  • Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
  • Ağstafada 78 yaşlı kişi yıxılaraq öldü
  • Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı - VİDEO
  • Pensiya alanların nəzərinə - Bu tarixdə
  • Prezidentlərin təkbətək görüşü keçirilir
  • Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
  • Özəl bağçalara aylıq 350 manatadək dövlət dəstəyi veriləcək - Proses necə aparılacaq?
  • Rusiya üzərində 209 PUA vuruldu
  • Çevik iş vaxtı şamil ediləcək sahələr və şəxslər açıqlandı
  • Cavid Babazadə Kanadada faciəvi şəkildə vəfat etdi
  • Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı - Bakıda saat 15:00-da başlayacaq
  • Baş həkim olmaq arzusunda olan şəxsə qarşı dələduzluq edənlər qərardan şikayətçidirlər
  • 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başladı
  • Magistraturaya ixtisaslaşma seçimi başlanır
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“20 Yanvar xalqımızın qürur tarixidir”

  • Tarix: 19-01-2024, 23:10

20 Yanvar faciəsindən artıq 34 il keçir...

Düz 34 il əvvəl SSRİ rəhbərliyi əzəli və əbədi torpağı olan Dağlıq Qarabağın Ermənistana verilməsinə qarşı çıxdığı üçün Azərbaycanı cəzalandırmaq qərarına gəldi və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Azərbaycana qoşun yeridildi.

Xalqımıza qarşı misli görünməmiş hərbi cinayəti həyata keçirməyi planlayan baş katib tabeliyindəki Müdafiə, Daxili İşlər nazirliklərinin və Dövlət Təhlükəsizlik Komitəsinin qoşun hissələrinin Bakıya göndərilməsi ilə bağlı müvafiq göstərişlər verdi. Azərbaycan xalqının ayıldığını, artıq rejimdən azad olmaq istədiyini və ən əsas məsələ, Dağlıq Qarabağın Ermənistana verilməsinə etiraz etdiyini görən Sovet hakimiyyətinin törətdiyi Qanlı Yanvar qırğınının misli bərabəri yox idi.

Birincisi, Azərbaycana yeridilən qoşun hissələrinin əsas hədəfi dinc əhaliyə divan tutmaq idi və bu məqsədlə də, hərbi birləşmələrin tərkibində ermənilərə xüsusi yer verilmişdir. Əvvəlcədən Azərbaycana nifrət bəsləyən erməniləri Rusiyanın ayrı-ayrı vilayətlərindən gətirərək qoşun hissələrinin tərkibinə daxil etdilər.

İkincisi, 1990-cı ilin yanvar ayının 20-də saat 00:00 fövqəladə vəziyyətin elan olunmasına baxmayaraq, bu barədə xalqa heç bir məlumat verilmədi. Sovet Ordusu isə elə ayın 19-da axşam saatlarından Bakı şəhərinin müxtəlif istiqamətlərində amansız qırğınlar törətməyə başladı. Fövqəladə vəziyyət tətbiq olunsa da, xalq bundan xəbərsiz oldu və yalnız səhər 05:30-da bu barədə radio vasitəsilə məlumat verildi, hansı ki, artıq həmin ərəfədə qırğın baş vermişdi.

Üçüncüsü, baş vermiş hadisələr zamanı sovet hərbi qulluqçularının göstərdikləri vəhşiliklərin və qəddarlıqların misli-bərabəri yox idi. Heç nədən xəbəri olmayan günahsız və əliyalın insanlarımız qurbana çevrildi. Qoşun birləşmələri mülki əhalini və obyektləri hədəfə almaqla dinc əhaliyə qarşı amansız cinayətlər törətdilər.

Dördüncüsü, törədilmiş misilsiz qırğınlar yalnız Bakı şəhərində baş vermədi, ölkəmizin ayrı-ayrı rayon və şəhərlərində də qırğınlar davam etdirildi. Belə ki, paytaxtdan sonra Neftçala və Lənkəran rayonlarında baş vermiş faciələr zamanı ümumilikdə 147 nəfər soydaşımız öldürüldü, 744 nəfər isə yaralandı, 841 nəfər isə qanunsuz olaraq həbs olundu.

Faciə baş verərkən öz xalqına, millətinə arxa çıxmayan və onları qorumaq əvəzinə ölkəni tərk edən, bu hadisəyə göz yuman Ə.Vəzirov və başqaları faciənin günahkarları ilə eyni dərəcədə məsuliyyət daşıyırlar. Daha sonra hakimiyyətə gələn və Qanlı  Yanvar faciəsinin qəsbkarlarının cəzalandıracaqlarını əsas şüarı elan edən Cəbhə hakimiyyəti isə öz dövründə bu hadisəyə ümumiyyətlə heç bir qiymət vermədi.

Soydaşlarımızın üzləşdiyi bu faciə ilə bağlı ilk dəfə haqq səsimizi dünyaya çatdıran Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev oldu. Məhz 1990-cı ilin 21 yanvar günü Sovet hakimiyyətinin ona qoyduğu qadağalara baxmayaraq, Ulu Öndər Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək baş vermiş faciəni dünyaya bəyan etdi. Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu beynəlxalq cinayəti ifşa edərək, günahkarların cəzalandırılmalı olmasını, günahsız, əliyalın xalqa qarşı törədilmiş bu vəhşilik aktının günahkarlarının birbaşa Sovet və respublika rəhbərliyi olmasını diqqətə çatdırdı.

1990-cı ilin noyabrında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi baş vermiş faciə ilə əlaqədar ilk dəfə olaraq qərar qəbul etdi. Qəbul olunmuş bu qərarla Qanlı Yanvar hadisəsinə hüquqi qiymət verildi və daha sonra faciə ilə əlaqədar qəbul olunacaq qərarlara zəmin yaratdı. 1994-cu ildə  Milli Məclis Qanlı Yanvarla əlaqədar “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.

Ulu Öndər Heydər Əliyev faciə ilə əlaqədar danışarkən demişdir: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Baş vermiş faciənin dünyaya çatdırılması, günahkarların cəzalandırılması istiqamətində aparılan bütün işlər Ulu Öndər tərəfindən nəzarətə götürüldü və 1994-cü ildə dövlət başçısı tərəfindən “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərman imzalandı.

20 Yanvar faciəsi xalqımız üçün nə qədər ağrılı olsa da, milli kimliyimizin formalaşmasında müstəsna rol oynadı. Xalqımız bir daha anladı ki, müstəqillikdən başqa nicat yolumuz yoxdur və  faciədən sonra milli azadlıq hərəkatı geniş vüsət aldı.

Faciə qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara Allahdan rəhmət diləyirəm.

Milli Məclisin sədr müavini,

Gənclər və idman komitəsinin sədri Adil Əliyev


Oxunub: 617
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:31 | Hind bəylə, azərbaycanlı gəlinin 7 gün davam edən toyu- VİDEO
    Bu gün, 16:29 | Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
    Bu gün, 16:26 | Prezident Almaniya kanslerini Azərbaycana dəvət etdi
    Bu gün, 16:24 | Prezident Berlində AB ilə əlaqələrdən danışdı
    Bu gün, 13:12 | Gənc vəkillər dindirmədə iştirak etmədən protokolu imzaladılar - MƏHKƏMƏDƏN İFŞA
    Bu gün, 13:09 | Prezidentlərin geniş tərkibdə görüşü oldu
    Bu gün, 12:04 | Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
    Bu gün, 12:03 | Ağstafada 78 yaşlı kişi yıxılaraq öldü
    Bu gün, 12:00 | Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı - VİDEO
    Bu gün, 11:55 | Pensiya alanların nəzərinə - Bu tarixdə
    Bu gün, 11:53 | Prezidentlərin təkbətək görüşü keçirilir
    Bu gün, 11:51 | Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
    Bu gün, 11:49 | Özəl bağçalara aylıq 350 manatadək dövlət dəstəyi veriləcək - Proses necə aparılacaq?
    Bu gün, 11:33 | Rusiya üzərində 209 PUA vuruldu
    Bu gün, 11:29 | Çevik iş vaxtı şamil ediləcək sahələr və şəxslər açıqlandı
    Bu gün, 11:26 | Cavid Babazadə Kanadada faciəvi şəkildə vəfat etdi
    Bu gün, 11:23 | Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı - Bakıda saat 15:00-da başlayacaq
    Bu gün, 10:12 | Baş həkim olmaq arzusunda olan şəxsə qarşı dələduzluq edənlər qərardan şikayətçidirlər
    Bu gün, 10:10 | 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başladı
    Bu gün, 10:07 | Magistraturaya ixtisaslaşma seçimi başlanır
    Bu gün, 08:24 | Kriptobirjada yüksəliş davam edib - “Bitcoin”in qiyməti 65,6 min dolları ötüb
    Bu gün, 08:21 | Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
    Bu gün, 08:16 | UEFA Çempionlar Liqası: "Sabah" növbəti sınaq qarşısında
    Bu gün, 08:13 | “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
    Bu gün, 08:00 | Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
    Bu gün, 07:51 | Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
    Bu gün, 07:50 | İlham Əliyev Berlində Mixael Harms ilə görüşüb - FOTOLAR
    Bu gün, 07:46 | ƏHALİNİN SIYAHIYAALINMASI BAŞLAYIR - "Kupça" və qeydiyyat məsələlərinə təsiri olacaq?
    Bu gün, 07:44 | 6 aydır bu rayonun icra başçısı yoxdur
    Dünən, 21:34 | Qazaxda faciə - ata və qızı göldə batdı - VİDEO
    Dünən, 16:02 | TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
    Dünən, 16:00 | HƏMAS-ın yeni lideri o oldu
    Dünən, 15:58 | Baş Prokurorluqdan estetik mərkəzlə bağlı açıqlama
    Dünən, 12:36 | Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
    Dünən, 12:34 | İşdən çıxarılan generalın yerinə bu şəxs təyin olundu
    Dünən, 12:13 | Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan
    Dünən, 12:10 | Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı
    Dünən, 11:24 | Rusiyanın zərbə endirdiyi Türkiyəyə məxsus gəmidə daha dörd dənizçinin meyiti tapıldı
    Dünən, 11:18 | Futbol üzrə dünya çempionatının finalı hansı rekordlarla yadda qaldı?
    Dünən, 10:39 | Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə hökm oxundu
    Dünən, 10:37 | Bakı və Astaranın bəzi ərazilərində işıq olmayacaq
    Dünən, 10:36 | Müavinət və Prezident təqaüdü ilə bağlı açıqlama
    Dünən, 10:34 | Neft həftəyə bu qiymətlə başladı
    Dünən, 10:32 | Rusiyada güclü zəlzələ oldu
    Dünən, 02:03 | İspaniya DÇ-2026-nın qalibi oldu
    19-07-2026, 09:32 | Kartof qabığını atmayın: Ləkəni kökündən çıxarır
    19-07-2026, 09:30 | DÇ-2026: İngiltərə dünya üçüncüsü oldu!
    18-07-2026, 11:16 | Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
    18-07-2026, 11:14 | Dağlıq rayonlarda leysan yağdı, Aranda güclü isti oldu - Hava məlumatı
    18-07-2026, 11:13 | Deputata ağır itki üz verdi - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.