Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?

Son xəbərlər :
  • Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
  • Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
  • Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
  • Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
  • Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
  • "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
  • Ukraynadan Rusiya ordusuna ağır zərbə
  • Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
  • Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
  • Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
  • “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
  • Millimizdən dünya çempionatında böyükhesablı qələbə
  • Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
  • Məşhurlar ən çox bu kokteyli içir
  • Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
  • Çay içənlərə XƏBƏRDARLIQ
  • 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
  • Zeytun Festivalının açılışı olub - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İnformasiya cəmiyyətində siyasi kommunikasiyanın önəmi

  • Tarix: 22-11-2023, 22:46

                                           

Xülasə: Bu müfəssəl izahinformasiya cəmiyyəti kontekstində həm marketinq, həm də qeyri-marketinq üzrə siyasi kommunikasiya metodlarının hərtərəfli icmalını təqdim edir.  Siyasi kommunikasiya, həqiqətən də, ictimai rəyin formalaşmasında və siyasi proseslərə təsirində həlledici rol oynayır.

Açar sözlər:informasiya cəmiyyəti, siyasi kommunikasiya, siyasi PR, siyasi reklam, siyasi kampaniya, lobbizm, terrorizm, təbliğat, təşviqat.

Müasir dövrdə “informasiya cəmiyyəti” və “siyasi kommunikasiya” anlayışları   ayrı-ayrılıqda geniş istifadə olunan terminlərdir. İnformasiya cəmiyyətində siyasi kommunikasiyanın önəmini anlamaq üçün ilk olaraq bu anlayışların mahiyyətini araşdırmaq lazımdır.                

İnformasiya cəmiyyətiinformasiya texnologiyaları vasitəsilə məlumatın toplanması, saxlanması, emalı və ötürülməsi ilə məşğul olan insanların toplaşdığı cəmiyyətdir. Belə bir cəmiyyətdə siyasi kommunikasiya texnologiyalarından istifadə qaçınılmazdır. Bu gün  böyükdən kiçiyə hər kəsin  müxtəlif vasitələrlə informasiyaya çıxışı var. Belə bir şəraitdə insanlar daim fərqli məlumatlar əldə edir ki, bu da gündəlik həyat tərzi və fəaliyyətlərinə ciddi şəkildə təsir edir. Maraqlı tərəflər qeyd etdiyimiz faktordan istifadə edərək,   siyasi kommunikasiyanı məqsədə uyğun şəkildə tətbiq edirlər.

Bəs siyasi kommunikasiya nədir? Adındanda göründüyü kimi, siyasi kommunikasiya siyasət və kommunikasiya  elmlərinin sintezindən yaranaraq,  vətəndaşlar, siyasi institutlar və onlarla əlaqəli qurumlar, həmçinin media nümayəndələri arasında fikir mübadiləsinin yaranmasını təmin edir. Belə ki, yerli, dövlət, milli və beynəlxalq arenalarda müvafiq siyasətin reallaşdırılması prossesində danışıqlar sözü gedən texnologiya vasitəsilə həyata keçirilir.Siyasi kommunikasiyanın təməlində siyasi qurumlar və ya şəxslərlərlə vətəndaşlar arasında düzgün dialoqun qurulması durur. Siyasi kommunikasiya siyasi prosesə təsir göstərə biləcək mesajlar yaratmağa, formalaşdırmağa və yaymağa kömək edir.   Siyasi mesajın ötürülmə formalarına canlı ünsiyyət, sosial və onlayn media, televiziya və radio, namizədlə seçicilər arasında görüşlər, siyasi araşdırmalar, press-relizlər və digərləri aiddir. Siyasi kommunikasiya üçün mesajların məzmunu əvvəlcədən təyin edilməli, düzgün kanallar seçilməli və mesajların cəmiyyətə bağışladığı təsir ölçülməlidir.Təbii ki, siyasi kommunikasiyanın reallaşdırılması üçün müvafiq vasitələr, üsullar olmalıdır.Siyasi kommunikasiyanın formalaşdığı ilk gündən belə vasitələr mövcud olmuş, lakin inkişaf nəticəsində, xüsusilə də internetin yaranması ilə çeşidliliyini genişləndirmişdir.Belə ki, siyasi kommunikasiyanın təşkilinin ilkin formalarını qeyri-marketinq üsulları (təbliğat, təşviqat və s.), nisbətən yeni üsullarını marketinq üsulları təşkil (siyasi PR, siyasi reklam, informasiya lobbizmi və s.) edir.Marketinq metodlarına siyasi aktorlar arasında informasiya mübadiləsinin elə üsulları daxildir ki, bu zaman resipiyentə informasiyanın verilməsi onun ehtiyaclarına və siyasi hakimiyyət məkanında tutduğu mövqeyinin  xüsusiyyətlərinə uyğun təşkil edilir.

Marketinq   metodları  aydınlaşdırmağa  və inandırmağa ,  tənqidi və yaradıcı düşüncəni, davranışın demokratik motivasiyasını stimullaşdırmağa yönəldilmişdir. Siyasi marketinq ictimai şüurda siyasi institutların, liderlərin, ideyaların, proqramların və  konsepsiyaların  cəlbedici obrazını formalaşdıran fəaliyyətlər məcmusudur. 

Marketinq metodlarından biri olan “siyasi PR”  fərd və ya təşkilat tərəfindən  ictimaiyyətin qavrayışına təsir etmək üçün məlumatın idarə edilməsi və ya yayılması təcrübəsidir.Siyasi PR, xüsusilə rəqabət şəraitində ortaya çıxır və inkişaf edir. Bu proses siyasətçinin və ya hər hansı qurumun mövqelərini və dəyərlərini ictimaiyyətə çatdırmaq üçün istifadə edilən mesajların hazırlanması və yayılması kimi funksiyaları özündə əks etdirən bir  üsuldur.Siyasi PR-ın əsas vəzifəsi hakimiyyətə və onun nümayəndələrinə etimad mühiti yaratmaqdır. Təsəvvür edinki, X şəxsdeputatlığa namizəd olmaq qərarına gəlir, amma onun haqqında, demək olar ki, heç kimin məlumatı yoxdur.Bu zaman ilk müraciət ediləcək texnologiyalardan biri siyasi PR olur. Bu texnologiya vasitəsilə onun müsbət hərəkətləri, maraqlı açıqlamaları kütləyə təbliğ olunur. Beləliklə, hörmətli X şəxsin bütün addımları yerli əhali arasında dəstək tapır.

Bir digər nümunə kimihökumətin apardığı PR siyasətini göstərmək olar. Belə ki, hökumətin vətəndaşlar üçün tibbi, sosial, iqtisadi sahələrdə yaratdığı imkanlar barədə onları məlumatlandırması ən bariz örnəkdir. 

Siyasi kommunikasiyanın digər növü olan siyasi reklamınənənəvi   bildiyimiz reklamdan elə də böyük fərqi yoxdur.Siyasi PR-ın istənilən vaxt həyata keçirilə bilməsinə baxmayaraq, siyasi reklam seçki dönəmi ilə limitlidir. Əgər ənənəvi reklamla siyasi reklamın fərqini izah etsək,bu zaman mütləq şəkildə vurğulamalıyıq ki, siyasi reklamda hədəf kütləsi seçicilər, ənənəvi reklamda müştərilərdir. Yəni səsvermə hüququ olan hər kəssiyasi reklamda hədəf kütlə sayılır.Ənənəvi reklamlarda əsas məqsəd qurumun mənfəət qazanmasına yönəlib, amma siyasi reklamda əsas olan siyasi məqsədlərə çatmaqdır. Örnək olaraq, “Yes We Can” - reper tərəfindən Barak Obamanın ilk prezidentlik kampaniyası zamanı ona dəstək olan mahnıdır. Reper Obamanın Nyu-Hempşirdəki çıxışından sözlər və parçalar götürmüşdü. Trekin çəkilişində məşhurların iştirak etməsiistər siyasətlə maraqlanan,istərsə də  maraqlanmayan insanların diqqətini çəkmişdi. 

Siyasi kampaniyalar.  Siyasi kampaniya müəyyən qərarların qəbul edilməsində inkişafa təsir göstərməyə cəhd edən sistemli bir fəaliyyətdir. Bu texnologiyanın tətbiqi idarəçilik sisteminə görə dəyişir. Belə ki, Demokratik ölkələrdə, əsasən, nümayəndələrin seçildiyi və ya referendumun keçirildiyi seçki kampaniyaları üstünlük təşkil edir. Siyasi kampaniyanın formalaşdırılmasının əsasında dayanan meyarlardan biri də namizədin seçicilərə ötürmək istədiyi ideyadır. Nəzərdə tutulan ideyanın ötürülmə vasitəsi mesajlardır. Mesaj özündə bir neçə vacib siyasi məsələləri birləşdirir. Həmin məsələlər kampaniyanın ötürmək istədiyi fikirləri ümumiləşdirir və uzun müddətli təəssürat yaratmaq üçün daim təkrarlanır. Məsələn, 2008-ci il ABŞ-ın prezident seçkilərində Con Makkeyn seçicilərə özünün vətənpərvər olması mesajını ötürməsi üçün tez-tez çıxışlarında “Öncə ölkə” ifadəsindən istifadə edirdi. 

Lobbizm.Siyasi arenada həyata keçirilən lobbiçilik dövlət idarəçilərinin, xüsusilə də qərar qəbulunda iştirak edən tərəflərin davranışlarına, siyasətlərinə və ya qərarlarına qanuni çərçivədə təsir məqsədi daşıyan fəaliyyətdir. Bu zaman fəaliyyəti icra edən həm fərdi şəxs, həm də hər hansı mütəşəkkil qrup, birlik ola bilər. Belə ki, fərdi şəkildə subyekt kimi vətəndaşı, korporativ şəkildə qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarını qeyd etmək mümkündür. Lobbiçilik fəaliyyətinin özünə sadə nümunə versək, normal lobbiçilik fəaliyyəti qanun çərçivəsində parlament üzvü və ya üzvləri arasında təşviqatınaparılmasıdır. Qəbul olunması istənilən hər hansısa qanunun cəmiyyət üçün çox əhəmiyyətli olduğuna və dövlətə  fayda verəcəyinə parlament üzvləri inandırılır. Bunu həyata keçirmək üçün müxtəlif üsullardan istifadə olunur. Bunlara misal olaraq, mətbuatda məqalələrin dərc olunmasını,  müxtəlif statistik göstəricilərin və s. araşdırılıb təqdim edilməsini göstərmək olar. Həmin vasitələrməsələni qaldıran tərəflərin işini xeyli asanlaşdırır.

Terrorizm.Əksər insanların terrorizmin siyasi kommunikasiyanın bir üsulu olmasını anlamamasına baхmayaraq, terror aktları çox vaxt siyasi məqsədlər naminə həyata keçirilir. Terrorizm qeyri-qanuni fəaliyyət kimi hesab edilsə də, əslində bəzi dövlətlərin bu meyardan sui-istifadə etməsilə “qanuni” şəkildə də reallaşdırılır. Belə ki, doğrudur, terrorizmin tərifi siyasi motivlər, qanunilik və dövlət subyektlərinin iştirakı ilə mürəkkəb ola bilər. Həmçinin terror aktlarının təsirinin gücləndirilməsində medianın rolu da tanınmış aspektdir ki, bu yolla ictimai rəyə və qlobal diqqətə təsir göstərilir. Çətinlik bu cür aktların təsnifatı üçün hamılıqla qəbul edilmiş meyarların müəyyən edilməsindən ibarətdir.Dövlətin qorxu və ya sensasiya yaymaq üçün mediadan potensial sui-istifadəni nəzərə alaraq ictimaiyyətin məlumat almaq hüququnu qoruması vacibdir. Balansın əldə edilməsi məsuliyyətli jurnalistikanın inkişafını təmin edir və terrorla mübarizə adı altında mətbuat azadlığının məhdudlaşdırılmasının qarşısını alır.Belə ki, bir məqsəd üçün mülki dəstəyə təsir etmək üçün nəzərdə tutulmuş düşmən şəhərini strateji bombardman etmək, əgər hökumət tərəfindən icazə verilsəydi, terror sayılmayacaqdı. Bu meyar mahiyyət etibarı ilə problemlidir və hamı tərəfindən qəbul edilmir, çünki dövlət terrorizminin mövcudluğunu inkar edir.

Yuxarıda yazdıqlarımızın hər biri siyasi kommunikasiyanın marketinq üsullarına daxil idi. İndi isə növbə qeyri-marketinq üsullarına gəldi. İnformasiya axınlarının və siyasi kommunikasiyanın təşkilinin qeyri-marketinq üsullarına təbliğat, təşviqat və siyasi informasiyanın mübadiləsi və emalının bəzi digər formaları daxildir. Bunlardan ən məşhuru təbliğat və təşviqatdır. 

Təbliğat.Adından da göründüyü kimi, təbliğat bir nəzəriyyənin,ideyanın, informasiyanın cəmiyyət arasında məqsədəuyğun şəkildə yayılması, təbliğ edilməsidir. Nəzərdə tutulan qeyri-marketinq üsulu verbal və qeyri-verbal vasitələrlə aparıla bilər. Bu prosses zamanı təbliğat aparan tərəf yalnız ona sərf edən məlumatları lehinə və ya əleyhinə təbliğat aparmasından asılı olaraq, təbliğat hədəfi olan tərəfin baxış və maraqları ilə uzlaşmayan, hətta ziddiyyət təşkil edən yaxud əksinə, söhbət lehinə təbliğatdan gedirsə-uyğun gələn xüsusiyyətlərini bir tərəfli işıqlandırır. Ümumi şəkildə, məlumatın seçmə təqdimatı və inandırıcı üsullardan istifadə çox vaxt konkret məqsədləri nəzərdə tutan təbliğat üçün xarakterikdir.

Təşviqat.Siyasi təşviqatçılar siyasi məqsəd, namizəd və ya ideologiyanın təbliğində fəal iştirak edən fərdlər və ya qruplardır.Onlar dəstək qazanmaq, ictimai rəyə təsir etmək və seçiciləri səfərbər etmək üçün çalışırlar.Sosial təşviqata misal olaraq ABŞ-dakı Vətəndaş Hüquqları Hərəkatını göstərmək olar. Bu hərəkat irqi ayrı-seçkiliyə və ayrı-seçkiliyə son qoymaq məqsədi daşıyırdı və bu, oturaq aksiyalar və boykotlar da daxil olmaqla, zorakılıqsız etirazın müxtəlif formalarını əhatə edirdi. Roza Parksın avtobus oturacağını verməkdən imtina etməsi əhəmiyyətli sosial dəyişikliyə səbəb olan vətəndaş itaətsizliyi aktının diqqətəlayiq nümunəsidir.

Beləliklə,texnologiyanın informasiyanın toplanması və ötürülməsini asanlaşdırdığı informasiya cəmiyyətində siyasi kommunikasiya mühüm əhəmiyyət kəsb edir.   Bu sahə təkcə ictimai rəyi formalaşdırmır, həm də hökumət, siyasət və ictimai siyasətdə həlledici rol oynayır. İnformasiyaya geniş çıxış yolu ilə siyasi kommunikasiya insanların gündəlik həyatına təsir edir, dövlət siyasətinin formalaşdırılmasında fəal iştirak edən məlumatlı vətəndaşlar yaradır.Sosial media bu mənzərənin bir hissəsi kimi sosial qarşılıqlı əlaqəni gücləndirərək və ictimai rəyə təsir etməklə siyasi ünsiyyəti gücləndirir. Bu dinamikanı anlamaq hökumətdə, siyasətdə və ya ünsiyyətdə karyera quran şəxslər üçün çox vacibdir.

 

Fatimə Qarayeva Samir qızı 

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi,

PAŞAHoldinq tərəfindən təşkil olunan “Əlaçı” təqaüd proqramının qalibi

Sudabə Dursunəliyeva Ramin qızı

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi


Oxunub: 2 962
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Bu gün, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Bu gün, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Bu gün, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Bu gün, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Bu gün, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Bu gün, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    Dünən, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    Dünən, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    Dünən, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    Dünən, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    Dünən, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    24-10-2026, 19:06 | Bu şəxslər təyyarədən pulsuz istifadə edəcək
    24-10-2026, 19:03 | İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
    24-10-2026, 18:59 | Kartdan-karta pul köçürənlərə vacib xəbər - Foto
    24-10-2026, 18:42 | Pezeşkian Moskvaya gedir: 27 oktyabrda nə baş verəcək?
    24-10-2026, 18:35 | Payızda bu qidaları süfrənizdən əskik etməyin
    24-10-2026, 18:32 | Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi -
    24-10-2026, 18:30 | “Barselona” “Real”la matça necə hazırlaşır?
    24-10-2026, 18:29 | Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia
    24-10-2026, 18:24 | Azərbaycana xarici investisiya qoyuluşu kəskin artıb
    24-10-2026, 18:06 | Rusiya-Ukrayna müharibəsində sülhdən sonra nə olacaq?
    24-10-2026, 18:04 | Sərhədimizdə qanunsuz ağac kəsən ermənilərə protokol yazıldı
    24-10-2026, 15:45 | Davada öldürülən Ceyhunun qızına bu gün elçi gələcəkmiş
    24-10-2026, 15:40 | Misli Premyer Liqası: “Şəfa” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u qəbul edir
    24-10-2026, 15:24 | Qəbələdə ağır qəzada xəsarət alanların son durumu - Video
    24-10-2026, 15:21 | Dilarə Əliyevaya vəzifə verildi
    24-10-2026, 15:17 | Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır - Təhsildə yeni təhlükə
    24-10-2026, 15:14 | Zığda yaşayış binasında yanğın söndürüldü
    24-10-2026, 14:10 | QIŞDA HANSI ƏRZAQLAR BAHALAŞACAQ? – Ərzaq qiymətləri ilə bağlı AÇIQLAMA
    24-10-2026, 14:07 | Avropadan Azərbaycana axın başladı - SƏBƏB BU İMİŞ…
    24-10-2026, 13:47 | RAYONLARA DÖVLƏT DOTASİYASI TAM KƏSİLDİ – Xərclər necə qarşılanacaq?
    24-10-2026, 13:42 | Salyan rəsmən XARABA GÜNƏ QALIB - Rüstəm Xəlilovun "SƏNƏT ƏSƏRİ"...
    24-10-2026, 13:35 | Sabah yağış yaşacaq, külək əsəcək - HAVA PROQNOZU
    24-10-2026, 13:30 | Bakıda tarixi futbol turniri: 1000-ə yaxın oyun keçiriləcək
    24-10-2026, 13:26 | Arzuxan Əlizadənin oğlu haqda açıqlama: “Əhməd elə oğlan deyil”
    24-10-2026, 13:22 | Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
    24-10-2026, 13:11 | BURA RƏHBƏR TƏYİN ETMƏK... NƏ ÇƏTİN MƏSƏLƏDİR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.