Azərbaycanda zəlzələ olub
Azərbaycanda zəlzələ olub. Bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:37-də Şamaxı-Qobustan sərhədində 3,1 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb. Qeyd edək ki, oktyabrın 15-də yerli vaxtla saat 06:01-də Lənkəran stansiyasından 23 km qərbdə, Lerik rayonunda da 3,6 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Oxunub: 212
Xəbəri paylaş
Paylaş: