Tarixi şərait yaranıb: sülh müqaviləsi... - Əliyev
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün tarixi şərait yaranıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub: "Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb".
Oxunub: 250
Xəbəri paylaş
Paylaş: