Azəriqaz İB baş direktoru Azər Məmmədova müraciət edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə vətəndaş müraciətini ictimailəşdirərək həyəcan təbili çalır.
Mediaxeberleri.Az xəbər verir ki, NHMT sədrinin "Azəriqaz" şefinə ünvanladığı müraciətdə deyilir:
"Cənab Azər Məmmədov, eviniz soyuq deyil ki? Bəs kabinetiniz?"
Bunun ardından M.Qəhrəmanlı Masallı rayonu, Təklə kəndində 2 azyaşlı övladı ilə yaşayan İnqilab Rzayevin hazırki durumundan bəhs edən müraciətini təqdim edib;
"3 gündür karta pul vururam, mənə deyirlər operativ briqada gələcək... Bu soyuq havada görəsən, necə və nə vaxta gələcək? 2 azyaşlı uşaq öləndən sonra?Rzayev İnqilab Allasukur oğlu... Masallı rayonu Təklə kəndində hələ də körpələrin ölməyəcəyi ümidi ilə gözləyirəm..."