"Azərişıq"dan Lerikdə 80 kəndin işıqsız qalması məsələsinə münasibət: "Məsuliyyət təkcə bizim quruma aid deyil"
"Azərişıq" ASC Lerik rayonunda 80-ə yaxın kəndin işıqsız qalması məsələsinə münasibət bildirib. Qurumdan Mediaxeberleri.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ, əslində, göründüyü kimi deyil. Açıqlamada qeyd olunub ki, Lerikdə kifayət qədər intensiv iş gedir, elektrik enerjisinin verilişi təmin edilir: "80 kənd deyəndə ucqar ərazidəki yaşayış məntəqələri nəzərdə tutulur. Hər kənddə 5-10 ev var. Əksəriyyəti balaca kəndlərdir. 80 kənddə ümumi 360 abonent var. Lerikin mərkəzi bağlıdır. Birinci yollar açılmalıdır ki, texnika hərəkət etsin. Düzdür, gecə-gündüz iş gedir, işıq bərpa olunur, lakin qar da güclənir. Bütün məsuliyyət təkcə bizim qurumun üzərində deyil. Ağaclar qırılıb, yolboyu tökülüb. O ağaclar kəsilib götürülməlidir. Bizim o ağacları kəsib götürməyə ixtiyarımız yoxdur".





















