Abşeronda dirəksiz qalan elektrik xətləri - Hər an FACİƏ BAŞ VERƏ BİLƏR
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Oxu.Az-a kəndin Fəxrəddin Əsədov küçəsinin sakinləri məlumat veriblər. Sakinlər elektrik xətlərini saxlamaq üçün illər öncə küçəyə basdırılan şalbanların çürüyərək aşmağa başladığını deyiblər: "Dirəklər yararsız vəziyyətdədir. Artıq bir neçəsi aşıb. Hər gün övladlarımız dərsə, özümüz iş-güc dalınca gedib-gəlirik. Bir yandan güclü külək, digər yandan havanın yağıntılı keçməsi istənilən an faciəyə səbəb ola bilər. Bu zamana kimi yaranan problemin aradan qaldırılması istiqamətində hər hansı bir addım atılmayıb. Təkcə bizim küçədə yox, kəndin, demək olar, çox yerində bu problemə rast gələ bilərsiniz".
Abşeron rayonunun Məmmədli kəndində 15 ildən çoxdur istismara verilən elektrik dirəkləri tamamilə yararsız vəziyyətə düşüb.





















