Zaqatalada ağır qəza: ölən var
Zaqatalada ölümlə nəticələnən yol qəzası olub. Mediaxeberleri.Az xəbər verir ki, qəza rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. VAZ-21015 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Oxunub: 41
Xəbəri paylaş
Paylaş:





















