Sabah 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Yanvarın 5-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Mediaxeberleri.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.





















