Prokurorluq plastik cərrahın əməliyyatları ilə bağlı araşdırmalara başladı
Plastik cərrah Vüqar Ələkbərovun həyata keçirdiyi əməliyyatla bağlı edilən iki şikayət üzrə prokurorluqda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Plastik cərrah V.Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair iki nəfərin müraciətləri üzrə Bakı şəhərinin Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırmalar aparılır: "Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq".
Oxunub: 50
Xəbəri paylaş
Paylaş:





















