Saray bağlarında antisanitar vəziyyət – Samur-Abşeron kanalın üfunət bürüyüb – VİDEO

Suyun səviyyəsinin enməsi nəticəsində kanalın dibində yığılan zibillər üzə çıxıb və qoxu daha da güclənib. Sakinlər bildirirlər ki, həm yayılmış qoxu, həm də antisanitar vəziyyər ətraf mühitə və insan sağlamlığına təhlükə yaradır.
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirildi ki, məsələdən xəbərdardılar.
O da qeyd edilib ki, ərazi yaxın günlərdə təmizlənəcək.





















