Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
  • Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
  • “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
  • Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Tələbələrdən tutulan pullar: hər ay 100 min manat hara gedir? - "Qanunsuzdur"

  • Tarix: 17-07-2025, 11:30

Ali təhsil ocaqlarında təhsil alan birinci kurs tələbələri deyirlər ki, onların şəxsi razılığı olmadan hər ay təqaüdlərindən  3 manat çıxılır. Mediaxeberleri.Az yazıb ki, bunun səbəbi özləri də bilmədən Tələbə Həmkarlar İttifaqı Komitəsinə məcburi üzv olmalarıdır.

 

“Təqaüdümüzdən tutulan pulun Tələbə Həmkarlar İttifaqı Komitəsinə köçürülməsi ilə razı deyiləm. Çünki bu məsələni qərarlaşdıranda məndən fikrimi soruşmayıblar. 3 manata belə ehtiyacı olan tələbələr var?”, - deyə onlardan biri narazılığını bildirib.

 

Statistikaya görə, bu gün ali təhsil ocaqlarında 180 mindən çox tələbə təhsil alır. Onların 70 minə qədəri dövlət sifarişi ilə oxuyur. Təxminən 35 min tələbə hər ay təqaüd alır və nəzərə alsaq ki, hər ay bu məbləğdən 3 manat tutulur, bu isə ayda 100 min manatdan çox vəsaitin toplanması deməkdir.

 

Təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, tələbələrin sözügedən təşkilata üzv olması onların istəklərinə uyğun həyata keçirilməlidir: “Əgər tələbə məcburi olaraq bu təşkilata üzv olursa, öz istəyi ilə ərizə yazaraq oradan xaric olunmasını tələb edə bilər. Burada məcburiyyət yolverilməzdir”.

 

Universitetlərdə tələbələrin həmkarlar ittifaqı üzvlüyü və onlardan toplanan vəsaitlə bağlı yaranan müzakirələrə təhsil eksperti Elmin Nuri münasibət bildirib. Ekspert “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, bu cür təşkilatlar yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstərir və əsas mexanizm birmənalı şəkildə ianələr və könüllü iştirak əsasında formalaşır: “Ümumiyyətlə, Həmkarlar İttifaqı istər könüllü üzvlük, istərsə də könüllü üzvlərdən gələn ianələr hesabına formalaşan bir mexanizmdir. Bu, dünyanın hər yerində belədir. İstər təhsil sahəsində, istər  tibb və digər sahələrdə həmkarlar təşkilatları mövcuddur. Hamısı eyni prinsiplə,  könüllülük və şəffaf ianə əsasında fəaliyyət göstərməlidir”.

 

Ekspertin fikrincə, həmkarlar ittifaqı yalnız ildə bir dəfə verilən putyovkalarla məhdudlaşmamalı, sosial dəstək, hüquqi yardım, tələbələrin və müəllim heyətinin sosial rifahının yüksəldilməsi ilə də məşğul olmalıdır. Həmkarlar İttifaqının nizamnaməsində bu vəzifələr ətraflı  şəkildə qeyd olunub.

 

Bununla belə, Elmin Nuri universitetlərdə tələbələrdən ianələrin toplanması və istifadəsi məsələsində şəffaflıq təmin olunmasının vacibliyinə də diqqət çəkib: “Bu məsələnin nə dərəcədə düzgün və hüquqi əsaslarla həyata keçirildiyini mən şəxsən deyə bilmərəm. Bunun üçün tələbələr arasında sorğular keçirilməli, universitetlərin rəsmi açıqlamaları təqdim olunmalı və ən əsası Təhsil Həmkarlar İttifaqının rəsmi mövqeyi ictimaiyyətə açıqlanmalıdır”.

 

Hüquqşünas Əkrəm Həsənov isə “Yeni Müsavat”a açıqlamasında həm hüquqi, həm də etik baxımdan bu praktikanın tamamilə qanunsuz olduğunu bildirib. Əkrəm Həsənov qeyd edib ki, istər tələbələr, istərsə də işçilər üçün həmkarlar ittifaqına üzvlük yalnız könüllülük prinsipi əsasında həyata keçirilməlidir: “Bu, əlbəttə ki, qanunsuzluqdur. Təkcə tələbələr yox, dövlət orqanlarında çalışan işçilər də məcburi şəkildə həmkarlar ittifaqına üzv edilirlər. Üstəlik, maaşlardan və ya tələbələrin təqaüdlərindən aylıq olaraq 2 faiz tutularaq Həmkarlar Konfederasiyasına köçürülür. Bu, açıq şəkildə qanuna ziddir”.

 

Hüquqşünas vurğulayıb ki, həm Azərbaycan Konstitusiyasında, həm də “Həmkarlar İttifaqları haqqında” Qanunda üzvlüyün yalnız və yalnız könüllü əsasda həyata keçirilməsi qeyd olunub: “Könüllülük o deməkdir ki, şəxs özü ərizə yazaraq üzv olmaq istədiyini bildirməlidir. Əks halda, bu vəsaitin ondan tutulması cinayət xarakteri daşıyır. Mən tələbə olduğum illərdə də, 1994-cü ildən 2000-ci ilə qədər bu məsələyə qarşı çıxmışam. Bakı Dövlət Universitetinin və Təhsil Nazirliyi yanındakı Tələbə Şuralarının sədri olduğum dövrdə dəfələrlə bu haqda çıxışlar etmişəm, mətbuatda məqalələr də dərc etdirmişəm”.

 

Ə.Həsənov əlavə edib ki, bu vəsaitin necə  xərcləndiyi ilə bağlı da ciddi suallar var: “Sizdən xəbərsiz pul tutulur, həmkarlar ittifaqına köçürülür, amma bu pullarla nə edildiyi bilinmir. Təəssüf ki, şəffaflıq yoxdur. Bəzən bəzi üzvlərə istirahət zonalarına putyovka verilir, lakin bu da sistemli və bərabər əsaslı şəkildə həyata keçirilmir. Toplanan vəsaitin çox  cüzi hissəsi istifadə olunur, qalanının aqibəti bilinmir”.

 

Hüquqşünas deyir ki, istənilən tələbə və ya işçi bu günə qədər ondan qanunsuz şəkildə tutulan vəsaitin qaytarılmasını hüquqi qaydada tələb edə bilər: “Qanunsuz tutulan vəsaitlə yanaşı, həmin məbləğin illik 5 faizlə birlikdə geri qaytarılması da tələb oluna bilər. Əgər bu qaydaya əməl olunmursa, vətəndaş məhkəməyə müraciət edərək öz hüquqlarını təmin edə bilər. Bu, SSRİ-dən qalmış bir vərdişdir. Necə ki, sovet dövründə insanları məcburən həmkarlar ittifaqına üzv edirdilər, bu gün də bu yanaşma davam etdirilir. Amma bu, nə hüquqa, nə də ədalətə sığır. Üstəlik, Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları dünyanın qəbul etdiyi modelə uyğun deyil. Xaricdə bu qurumlar işçilərin və tələbələrin hüquqlarını qoruyan, onlara real dəstək verən strukturlardır. Bizdə isə bu təşkilatlar  faktiki olaraq dövlət strukturu kimi fəaliyyət göstərir və ideal fəaliyyəti də müşahidə olunmur”.


Oxunub: 3 210
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Bu gün, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Bu gün, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Bu gün, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.