Oğuzda ağac kəsiminə görə cinayət işi başlanılıb
Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb. Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Oxunub: 57
Xəbəri paylaş
Paylaş: