Çığatel İsaqızının 60 illik yubileyi qeyd olunub
Şairənin yaradıcılığından söhbət açıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər. Yubiley tədbirində Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov çıxış edərək ədəbiyyatımızı öz əsərləri ilə zənginləşdirən, Ağstafa ədəbi məktəbinin yetirməsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Çığatel İsaqızının 30 ildən çox bir dövrdə yaradıcılıqla məşğul olaraq müxtəlif janrlarda qələmini sınamış və sözün həqiqi mənasında böyük uğurlara nail olduğunu bildirmişdir. Digər çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin üzvləri, rayon ağsaqqları və müəllimlərdə şairin yaradıcılığından nümunələr gətirərək Çığatel İsaqızının poeziyasının Azərbaycan poeziyasında önəmli yer tutduğunu əyani misallarla nəzərə çatdırmışlar. Tədbirdə aşıqlar Çığatel İsaqızının sözlərini oxumuş, bədii qiraətçilər yubilyarın yaradıcılığıından seçmə parçalar səsləndirmişlər. Şairə Çığatel İsaqızı belə bir yüksək səviyyəli tədbirin keçirilməsinə görə Rayon İcra Hakimiyyətinin başçısına, tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi, bu tədbiri Azərbaycan poeziyasına verilən qiymət kim dəyərləndirdi. Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində Çığatel İsaqızının sözünə, şeiriyyətinə, poeziyasına qiymət verənlər yubilyara olan təbriklərini çatdırıblar.