Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
  • AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
  • Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
  • Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
  • Sabah bu rayonda qaz olmayacaq
  • Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
  • 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
  • Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
  • Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
  • Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
  • İlham Əliyev Vladimir Putinə zəng etdi
  • Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”i darmadağın etdi - VİDEO
  • Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
  • Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
  • İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
  • AVRO-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq
  • Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
  • Kimya üzrə Nobel mükafatı onlara verildi
  • "Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək"
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Anasının Votsapına baxan oğul həyatının şokunu yaşadı - Yad kişi ilə... - Şamaxıda biabırçılıq

  • Tarix: 2-10-2023, 08:44

Şamaxı şəhərində 2005-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində anası Nəzakəti (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Mediaxeberleri.Az teleqraf.com-a istinadən bildirir ki, Vüsal 9 oktyabr 2022-ci ildə, saat 20 radələrində anası Nəzakətin mobil telefonuna yüklənmiş "Whatsapp" mobil tətbiqdə tanımadığı kişi ilə sevgi məzmunlu yazışmalarının olduğunu görüb. Vüsal anasına öz iradını bildirib.

Bu zaman Vüsal anasının kobud tərzdə bunun şəxsi işi olduğunu bildirməsindən əsəbiləşib. O, evdən çıxaraq nənəsi Almazın evinə gedib və orada gecələyib.

Növbəti gün Vüsal anasının əxlaqsız hərəkətlər etdiyini, bunu qəbul edə bilməyəcəyini, həmin hərəkətlərin onu ətrafdakı şəxslər arasında nüfuzdan salması qənaətinə gəlib. O, anasını qisas niyyəti ilə öldürmək qərarına gəlib.

Vüsal bu niyyətini həyata keçirmək məqsədi ilə həmin gün saat 19 radələrində yaşadıqları Şamaxı şəhərində olan evlərinə gəlib və yazışmanı oxumaq üçün anasından ona mobil telefonunu verməsini tələb edib.

Bu vaxt Nəzakət mobil telefonunu verməkdən imtina etdiyi üçün mətbəxdən götürdüyü bıçaqla anasını hədələyib və mobil telefonunu alıb. Vüsal həmin şəxslə yazışmanın artıq "Whatsapp" mobil tətbiqdən silindiyini görüb. O, mobil telefonu qonaq otağındakı masanın üzərinə qoyaraq anasını qisas niyyəti ilə öldürmək məqsədi ilə yataq otağına daxil olub.

Həmin otaqdakı çarpayıda arxası üstə uzanıqlı vəziyyətdə olan anasına yaxınlaşıb və hər iki əli ilə boğaz nahiyəsindən tutmaqla anasını boğmağa başlayıb.

Həmin vaxt bacısı Gülnarın 2016-cı il təvəllüdlü oğlu həmin otaqda olmasına və qorxaraq ağlamasına məhəl qoymayıb. Vüsal azyaşlının gözü qarşısında ona xüsusi əzab və iztirablar verməklə anasına qarşı cinayətini davam etdirib.

Vüsal bir neçə dəqiqə ərzində anasını boğduqdan sonra onun artıq müqavimət göstərmədiyini və hərəkətsiz olduğunu görüb. Bu səbəbdən anasını öldürdüyünü, yəni öz məqsədinə nail olduğunu düşünüb. O, hadisə yerini tərk edib və təslim olmaq üçün könüllü surətdə Şamaxı rayon polis şöbəsinə gəlib. Vüsal anasını boğaraq öldürməsi barədə məlumat verib.

Lakin Nəzakət sağ qalıb.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 9 mart 2022-ci ildə onun atası rəhmətə getdikdən sonra psixologiyası çox pozulub, əsəblərini idarə edə bilməyib. Onun sözlərinə görə, hadisəni ani əsəb halında törədib, törətdiyi əməldən peşman olub.

İş üzrə zərərçəkmiş Nəzakət qeyd edib ki, hadisə günü oğlu Vüsal evə gəlib: "Vüsaldan yemək istəyib-istəmədiyi soruşdum. O, istəmədiyini söylədi. Daha sonra başım ağrıdığı üçün yatmağa getdim. Ardımca Vüsal yanıma gələrək "İnstagram" sosial şəbəkəsinə baxmaq üçün telefonumu istədi. Mən də telefonumu ona verdim. Telefon Vüsalın əlində olarkən mənə sevgi mesajı gəldi. Vüsal həmin mesajı gördü. Həmin hadisənin təsirindən Vüsal mənim boğazımı sıxdı. Bu zaman huşumu itirdim. Özümə gəldikdə isə Vüsal artıq evdən getmişdi".

İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin azyaşlı bacısı oğlu deyib ki, anası və atası Bakı şəhərində işlədikləri üçün üç ildir nənəsi Nəzakət və dayısı Vüsalla birlikdə yaşayır: "Nənəm Nəzakəti və dayım Vüsalı çox sevirəm. Dayımı nənəmdən də çox istəyirəm. Dayım mənə nənəmi sevmədiyini dedi. Mən balaca olanda dayım mənimlə çox oynayıb, lakin böyüyəndən sonra dayım mənimlə oynamayıb. Daha sonra dayım işləmək üçün Bakı şəhərinə getdi. Bir müddət əvvəl dayım nənəmin "Whatsapp"da Ceyhunla danışdığını gördü. Buna görə çox hirsləndi və nənəm ilə mübahisə etdi. Dayım yaşadığımız evdə əlləri ilə nənəmin boğazını sıxdı və onu boğmağa başladı. Dayım nənəmi boğanda həmin otaqda olmuşam, onları görmüşəm və çox qorxduğum üçün ağlamışam. Dayım iki dəfə nənəmi boğub. Dayım nənəmi boğduqdan sonra nənəm tərpənmədi. Buna görə də dayım polisin onu tutmaması üçün qaçdı. Dayım qaçandan sonra nənəmin yanında uzandım. Beş dəqiqədən sonra nənəm oyandı. Biz birlikdə böyük nənəmin evinə getdik".

İş üzrə şahid qismində ifadə verən Ceyhunun sözlərinə görə, zərərçəkmiş Nəzakət ilə 2022-ci ilin avqustunda tanış olub: "Hadisədən təxminən 2 il əvvəl zərərçəkmiş Nəzakətin qızı Vüsalə ilə "Tiktok" sosial şəbəkəsi vasitəsi ilə tanış olub. Vüsalə ilə sosial şəbəkələr vasitəsi ilə danışsam da, onunla heç vaxt görüşməmişəm, aramızda heç bir münasibət olmayıb. Bir müddət Vüsalə ilə danışdıqdan sonra anasının əvvəllər sevgilisi olduğunu, həmin şəxsin anası ilə görüşmədiyini, anasının həmin şəxslə əlaqə yarada bilmədiyini dedi. Mən Vüsaləyə dedim ki, anasının sevgilisi yoxdursa, özüm anası ilə danışaraq sevgilisi ola bilərəm. Vüsalə anasının mobil nömrəsini mənə verdi və dedi ki, tanış ola bilirsənsə, get tanış ol. Mən də Nəzakətin nömrəsinə zəng etdim, onunla tanış olmaq istədiyimi dedim. İlk əvvəl tanış olmağa razılıq verməsə də, daha sonra Nəzakət ilə tanış oldum. Bir müddət Nəzakət ilə adi zəng və "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə görüntülü zəng, səsli zəng və mesaj vasitəsi ilə danışdıqdan sonra ona vuruldum".

Ceyhun qeyd edib ki, adını xoşlamadığı üçün sonradan tanış olduğum insanlara öz adını yox, başqa ad deyib. O qeyd edib ki, 2022-ci ilin avqustun sonlarından hadisənin baş verdiyi vaxtadək bir neçə dəfə Nəzakət ilə görüşüb və onunla yaxın münasibətləri yaranıb: "2022-ci ilin avqust ayının sonlarında dəqiq xatırlamadığım tarixdə Nəzakət ilə görüşərək cinsi əlaqədə olmaq qərarına gəldik. Həmin gündən hazırki vaxta qədər Nəzakətin yaşadığı evə müxtəlif tarixlərdə 4 və ya 5 dəfə gecə saatlarında onun nəvəsi yatdıqdan sonra gəlmişəm. Cinsi əlaqədə olduqdan sonra səhərə yaxın hava işıqlanmamış oradan getmişəm".

Ceyhun bildirib ki, növbəti günlərdə tanımadığı mobil nömrədən bir kişi ona zəng edib və Nəzakətin "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə nə üçün sevgi məzmunlu mesaj yazdığını, Nəzakəti tanıyıb-tanımadığını soruşub: "Həmin şəxsin kim olduğunu bilmədiyim üçün Nəzakəti tanımadığımı, mesaj göndərdiyim nömrədə rəqəm səhvliyinə yol verə biləcəyimi və ya mobil telefonumun bibim oğlunda olarkən həmin mesajı yaza biləcəyini, Nəzakətə mesaj yazmadığımı bildirdim. Növbəti gün, səhər saatlarında Nəzakət mənə zəng etdi, oğlu Vüsalın telefonunu əlindən almasını, bu səbəbdən zəng edə bilmədiyini dedi və sevgi məzmununda bir qədər danışdıqdan sonra zəngi sonlandırdıq. Bundan sonra mənə zəng edən şəxsin Nəzakətin oğlu Vüsalın olmasını bildim".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.


Oxunub: 553
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 21:44 | Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Bu gün, 21:15 | "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
    Bu gün, 21:14 | AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
    Bu gün, 21:12 | Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
    Bu gün, 21:10 | Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
    Bu gün, 21:09 | Sabah bu rayonda qaz olmayacaq
    Bu gün, 20:33 | Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
    Bu gün, 20:10 | 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
    Bu gün, 18:09 | Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
    Bu gün, 17:53 | Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
    Bu gün, 17:37 | Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
    Bu gün, 17:07 | İlham Əliyev Vladimir Putinə zəng etdi
    Bu gün, 16:19 | Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”i darmadağın etdi - VİDEO
    Bu gün, 15:19 | Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
    Bu gün, 15:17 | Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
    Bu gün, 15:01 | İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
    Bu gün, 14:39 | AVRO-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq
    Bu gün, 14:16 | Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
    Bu gün, 14:14 | Kimya üzrə Nobel mükafatı onlara verildi
    Bu gün, 14:13 | "Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək"
    Bu gün, 14:11 | Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu
    Bu gün, 13:46 | “Dərslik nəşri elmə deyil, ticarətə xidmət edir” - Fazil Mustafadan sərt İTTİHAM
    Bu gün, 13:41 | Ayın 8-də də yağış yağacaq - Proqnoz
    Bu gün, 13:36 | Jurnalistlərin qurultayının vaxtı dəyişdirildi
    Bu gün, 13:31 | İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair maarifləndirici tədbir keçirilib
    Bu gün, 13:27 | “TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - VİDEO
    Bu gün, 13:25 | Mehriban Rəhimliyə hökm oxundu
    Bu gün, 13:04 | Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
    Bu gün, 13:00 | Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Bu gün, 12:55 | Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Əvəz Məmmədovu ildönümündə ehtiramla anırıq
    Bu gün, 12:53 | Hökumət korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini təmin edəcəkmi? - Deputatdan AÇIQLAMA
    Bu gün, 12:35 | Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
    Bu gün, 12:33 | August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
    Bu gün, 12:30 | Azərbaycanın puluna yağlanan... buğlanan ŞAMİL AYRIM... - Hətta nəvələrini də SOCAR-da işə düzəltməyə çalışır...
    Bu gün, 12:23 | Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb
    Bu gün, 12:19 | "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    Bu gün, 12:15 | Azərbaycan nefti 120 dollara ticarət olunur
    Bu gün, 12:09 | Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
    Bu gün, 12:05 | Azərbaycan vətəndaşlarının bir qrupu Rusiyadan deportasiya olunacaq
    Bu gün, 12:04 | Elza Seyidcahanla Rəşid Mahmudovun məhkəməsi: 10 min istədi, 500 manat alacaq
    Bu gün, 12:02 | Bakıda dəhşət: 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü - QISQANCLIQ
    Bu gün, 12:01 | Müştərinin 10 manatına da TAMAH SALIRLAR... - AXI NİYƏ?..
    Bu gün, 11:57 | AVTOBUSDA, METRODA, XİDMƏT MƏNTƏQƏSİNDƏ... - Növbə savaşı niyə bitmir?
    Bu gün, 11:56 | ƏMƏK PENSİYASI ALA BİLMƏYƏNLƏRİN SAYI ARTIR – 180 minə yaxın vətəndaş 220 manat alır...
    Bu gün, 11:31 | QARABAĞDA BU İŞ YERLƏRİ BOŞ QALIB... - 1800 - 2100 manat maaş təklif olunur + TAM SİYAHI
    Bu gün, 10:53 | “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    Bu gün, 10:40 | Müəllimlər üçün geyim qaydaları və tələbləri müəyyən edildi - Nazirlər Kabineti təsdiqlədi
    Bu gün, 10:33 | Azərbaycan kubokunda yeni mövsümə start verilir: “Ağstafa Gəncləri” “Şəmkir”ə qarşı
    Bu gün, 10:24 | Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama
    Bu gün, 10:22 | Böyük Vedi: Əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd - Foto/Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.