Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
  • İlham Əliyev dəyirmi masada iştirak etdi
  • Çox çay içənlərin diqqətinə!
  • ML: Türkiyə və Fransa məğlub oldu
  • İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
  • Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
  • Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
  • Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
  • ABŞ-da neft hasilatı rekord həddə çatdı
  • Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
  • Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
  • Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
  • KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
  • Tramp Meksikanı hədələdi
  • Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
  • Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
  • İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İrəvana olmayan inam – Şamaxıda İncilə əl basan imansız keşiş

  • Tarix: 1-04-2025, 14:32

Ermənistan rəsmiləri sülh sazişinin imzalanması ilə bağlı məsələ üzərində manipulyasiya edirlər. Onlar elə təəssürat yaradır ki, guya rəsmi İrəvan bütün şərtləri yerinə yetirir, təkliflərə razılıq verir. Ermənistan bununla beynəlxalq, o cümlədən yerli ictimai rəyi Azərbaycana qarşı formalaşdırmağa səy göstərir.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan İrəvanda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib ki, ölkəsi Azərbaycanla sülh yaratmağa çalışır, hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər.

Onun iddiasına əsasən, rəsmi İrəvan sülhün bərqərar olması məqsədi ilə var gücü ilə çalışır. Ermənistan prezidenti vurğulayıb ki, hazırda masada hazır sənəd var.

Vaaqn Xaçaturyandan 10 gün öncə ölkənin xarici işlər naziri Ararat Mirzoyan isə məntiqsiz və əsassız olaraq Azərbaycanı “konstruktiv olmamaqda” ittiham edib. Azərbaycana qarşı bir sıra cinayətlərdə təqsirli bilinənlərin “sərbəst buraxılmasını”, “silahlara nəzarət edilməsini” istəməklə saxtakarlığa yol verib.

Ermənistan Azərbaycanda silahlanmaya nəzarət edəcək axırıncı ölkə ola bilər. Çünki bu ölkənin işğalçı və təcavüzkar adı üstündədir. O, vaxtı ilə torpaqlarını işğal etdiyi Azərbaycan hərbi potensialını müzakirə etməyə heç bir halda hüququ yoxdur. Müqayisə müəyyən mənada qüsurlu da olsa, ikinci dünya müharibəsindən sonra Şərqi Almaniyanın SSRİ-nin silahlanması üzərində nəzarəti nə dərəcədə məntiqi idisə, Mirzoyanın da bu iddiası o qədər ağlabatandır.

Onun Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, dövlətçiliyinə qarşı cinayətlərdə ittiham olunanların sərbəst buraxılmasını istəməsi “humanist məsələdən” çox terrorçuluqda, başqa cinayətlərdə təqsirli bilinənləri müdafiə, məhkəmə prosesinə müdaxilə etmək cəhdidir.

Azərbaycanın şərtləri və istəkləri konkret, aydın, yerinə yetirilə bilən, məntiqi və əsaslıdır- Ermənistanın təcavüzkar konstitusiyasının dəyişdirilməsi, vətəndaşlıq hüququ zorla əlindən alınmış 300 minə yaxın qərbi azərbaycanlının tapdanmış, pozulmuş haqqının bərpası.

Bu şərtlərin reallaşması üçün yeni konstitusiya ilə bağlı referendum, repatriasiya haqqında qanuna 300 min azərbaycanlının vətəndaşlıq hüququnun təsbit edilməsi tərəflər arasında etimad mühitinin yaranmasına şərait yaradır.

Ermənistan indiyədək vaxtı ilə işğal altında saxladığı torpaqlarda basdırdığı minaların xəritəsini Azərbaycana təqdim edilməsi, habelə Zəngəzur yolunun açılması ilə bağlı məsələni uzatmaqla əldə edilən yazılı və şifahi razılaşmalara əməl etməyib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Sadaladıqlarımız günümüzün reallıqlarıdır. İrəli sürülən təklif və şərtlərə əməl etməməsi, atəşkəsi pozması Ermənistana etibar edilməsini əngəlləyir.

Tarix də bunu təsdiqləyir.

Azərbaycan martın 31-də soyqırımı gününü qeyd edib. Bu, türklərə və dostlarına qarşı ermənilərin törətdiyi cinayətin ümumiləşdirilmiş tarixidir. Çünki 1918-ci ilin Novruz bayramı qabağı və ondan sonra Cənubi Azərbaycanın Salmas, Xoy, Urmiya, Maku, Muğan və başqa rayonlarında azərbaycanlılara qarşı soyqırımı törədilib.

Tarixdə ermənilərin törətdiyi vəhşilikləri təsəvvür etmək üçün həmin dövrdə təkcə Şamaxıda törədilən soyqırımını yada salmaq kifayət edər.

1918-ci ilin mart-aprel aylarında ermənilərin Şamaxı qəzasında azərbaycanlılara qarşı törətdikləri cinayət etnik təmizləmə idi.

Onda ermənilər tərəfindən qətlə yetirilmiş Şamaxı sakinləri Kələxana və Süleyman dərələrində dəfn edildiyi deyilir.

26 Bakı komissarının başçısı Stepan Şaumyanın göstərişi ilə Stepan Lalayev yerli əhaliyə qarşı palanlaşdırılan soyqırıma hazırlıq məqsədilə 1917-ci ilin sonu, 1918-ci ilin əvvələrindən başlayaraq gizli surətdə Şamaxıda yaşayan ermənilərə silah paylayıb. Həmin dövrdə Bakı Soveti tərəfindən 15 maşın silah, mart ayının ortalarında isə 60 maşın silah və iki min erməni əsgəri Şamaxıya göndərilib.

Şamaxıya daxil olan ermənilər şəhəri talan etmiş, az-çox salamat qalmış tikililər yandırmışdı. Şamaxıda ermənilərin törətdikləri cinayətlər xüsusi qəddarlıqla həyata keçirilib. Qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilib, gözləri çıxarılıb, qarınları yırtılıb, yandırılıb, işgəncə ilə öldürülüblər.

"Piran-Şirvan" məhəllələri tamamilə talan edilib, Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulub, şəhərin 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırılıb.

Bəzi məlumatlara görə, həmin dövrdə Şamaxıda 40 minə qədər müsəlman öldürülüb.

Şamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya verilən olmazın işgəncə ermənilərin törətdiyi vəhşiliklərə örnək sayıla bilər. Ermənilər ona axund olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək, bu Allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmiş, axunda sığımış saysız-hesabsız qadın, uşaq və qocaları da öldürüblər.

Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olmuşdur.

Ermənilər axund Cəfərqulunun Şamaxıda nüfuzundan xəbərdar idi. Başqa sakinlərə görk olmaq üçün onu belə işgəncə ilə öldürüblər.

Bu hadisədən əvvəl axundla erməni keşişi müsəlmanlarla ermənilərin bir-birinə qarşı savaşmayacaqlarına dair and-aman etmişlər. Onda axund Qurani-Kərimə, keşiş isə İncilə əl basaraq and içmişdi. Ancaq ermənilər bu andı pozaraq Şamaxı sakinlərinэ qısaca olaraq bəhs etdiyimiz divanı tutmuşdular.

Bu erməni xislətidir. Güclü olanda, havadarları qabaqda gedəndə türklərə düşmənlik edir, Xocalı, Şamaxı, Salmas, Xoy, Maku, Bakı və başqa bölgələrdə soyqırımı törədir, vəhşiliklər edirlər. Zəiflədikdə, asılı hala düşdükdə isə yazıqlaşır, aman diləyir, humanist, sülhsevər donu geyinirlər.

Ermənistan konstitusiyanın dəyişəcəyini vəd edir. Onun vədinə inanıb, sülh sazişini imzalamaq da olar. Ancaq bunlar İncilə əl basıb, azərbaycanlıların başının altına yastıq qoyan, “ayağının altına isə qumbara qoyandılar”. Ona görə də rəsmi İrəvanla danışıqlarda “şifahi razılaşma”, “sonra baxılar kimi” ifadələr yetərli sayılmır. Çünki onlar bu etimadı Şamaxıda, Qarabağda, Qubada, Bakıda, Gəncədə, Sumqayıtda, Cənubi Azərbaycanda, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla yanaşı əldə edilən şifahi razılığa əməl etməməklə çoxdan itiriblər.

Bu kimi tarixi hadisələr, çağdaş dövrün reallıqları, olayları ermənilərə “inanmaq olmaz”ı təsdiqləyir. Bunun əksini isə bu etnosun başçılarının, ideoloqlarının sübut etməsinin zamanıdır. Çünki Şamaxıda axundla imansız keşişin dövründəki and-aman bir tarix, bir göstəricidir.

Sədrəddin İsmayılov 


Oxunub: 4 086
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Dünən, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Dünən, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Dünən, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Dünən, 13:40 | Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
    Dünən, 13:37 | Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
    Dünən, 13:36 | Daxili Qoşunların keçmiş komandanına ağır itki
    Dünən, 13:35 | Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
    Dünən, 12:45 | Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
    Dünən, 12:04 | GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
    Dünən, 07:41 | MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
    Dünən, 07:40 | Şəmkirdə ağır qəza: İki nəfər öldü
    Dünən, 07:38 | Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
    Dünən, 00:10 | Bu gün Azərbaycanda Konstitusiya Günüdür
    11-11-2026, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.