Azərbaycan millisinin 2025-ci ildə ilk sınağı
Azərbaycan milli komandası bu gün 2025-ci ildə ilk oyununa çıxacaq. Mediaxeberleri.Az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv yoxlama matçında tarixində ilk dəfə Haiti millisi ilə üz-üzə gələcək. Millimiz rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Görüş 21:45-də start götürəcək. Haiti millisi hazırda FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb. Milli komandamız sonuncu yoxlama oyununu ötən il iyunun 11-də Qazaxıstana qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb. Qeyd edək ki, 3 gün sonra Azərbaycan millisi növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək. Yoxlama oyunu 22 mart 21:45. Azərbaycan - Haiti Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan) Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu