Rusiyadan muzdlularla bağlı məlumat istənildi: Onları nə gözləyir?
Bəzi ölkələr Rusiyadan Kursk vilayətində hərbi əməliyyatlarda iştirak etmiş Ukrayna Silahlı Qüvvələrinin sıralarında olan muzdlular – vətəndaşları barədə məlumatların ötürülməsini xahiş edirlər. Mediaxeberleri.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib. “Elə dövlətlər var ki, bizdən Rusiya ərazisində öz vətəndaşlarından muzdluların olub-olmaması barədə məlumat verməyi xahiş edirlər. Və onlara qarşı tədbir görmək niyyətindədirlər”, - Miroşnik bildirib. Onun sözlərinə görə, bu müraciətlərə cavab olaraq, idarə istintaq orqanlarından və hərbi hissələrdən aldığı sənədləşdirilmiş məlumatları diplomatik kanallar vasitəsilə göndərir.
Oxunub: 89
Xəbəri paylaş
Paylaş: