Ramazanın ilk gününün imsak, iftar və namaz vaxtları
Sabah Ramazan ayının ilk günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 1-də imsak vaxtı 05:49, iftar vaxtı saat 18:47-dədir. Martın 1-i üçün namaz vaxtları: Birinci günün imsak vaxtı üçün duanı təqdim edirik: "Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!". Tərcüməsi: "Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla, ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!". Allah orucunuzu qəbul eləsin!Sübh azanı 05:54 Zöhr azanı 12:53 Əsr azanı 16:49 Məğrib azanı 18:47 İşa azanı 19:47