Bakıda dava: otaq yoldaşlarını bıçaqladı - Təfərrüat
Bakıda dava bıçaqlanma ilə nəticələnib. Mediaxeberleri.Az APA-ya istiandən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. Rahib İsmayılov birlikdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovlə mübahisə edib. Mübahisə nəticəsində bıçaqla K.Bayramova və S.Dövlətova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Fakta bağlı cinayət işi başlanılıb. İş üzrə R.S.İsmayılov şübhəli şəxs qismində tutulub. *** Bakının Nizami rayonunda baş vermiş bıçaqlanma hadisəsinin bəzi detalları məlum olub. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, eyni evdə kirayədə yaşayan Kamal Bayramov, Sahil Dövlətov və Rahib İsmayılovun mətbəx üstündə mübahisələri yaranıb. Mətbəxin təmizlənməsi ilə bağlı növbələşmədə razılığa gələ bilməyən tərəflərin mübahisəsi bıçaqlanma ilə nəticələnib. Məlumata görə, tərəflərdən ikisi - Kamal Bayramov və Sahil Dövlətov birləşib, nəticədə təklənən tərəf - Rahib İsmayılov digər iki nəfəri bıçaqlayıb.